RƏQİB QÜVVƏLƏR İNDİ DƏ FƏZAİL AĞAMALINI BİTİRİR
Tarix: 22-01-2013, 09:51 |
Çap et
AVP SƏDRİ QAPILARDA QALIB: MƏTBUATDAKI KAMPANİYA ŞİDDƏTLƏNƏCƏK
DİA.AZ: - Hakim düşərgənin yanında olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da öz növbəsində çətin günlərini yaşayır. Bir sıra KİV-lərdə ağır ittihamların hədəfinə çevrilən deputatın hətta bu məqsədlə ayrı-ayrı ünvanlardan, ayrı-ayrı şəxslərdən xeyrinə olan bir ab-havanın formalaşdırılması üçün minnətçi düşdüyü də söylənilir.
Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, Fəzail Ağamalıya qarşı aparılan kampaniyanın arxasında dayanan maraqlı dairələr AVP liderinin birdəfəlik olaraq ictimai-siyasi həyatdan silinməsi üçün çox ciddi faktları açıqlamaq niyyətindədirlər:
«Bu faktların artıq bəziləri davamlı şəkildə mətbuata ötürülür. Lakin daha şiddətli effekt yaradacaq faktlar mətbuat vasitəsilə tirajlanacaq».
Mənbəmiz bildirir ki, bir neçə il əvvəl Fəzail Ağamalının istirahət etdiyi zaman qeyri-münasib formada olan fotosu mətbuat səhifələrinin bəzəyinə çevrilmişdi. Həmin zaman içki məclisində əylənən deputat dollarları rəqqasə qızın ayıb yerlərinə soxması ilə fotoyaddaşlara köçmüşdü ki, bu səs-küylü olay Azərbaycan mətbu tarixinə köçən hadisələrdən biri kimi də diqqətə gəlib.
İndi isə anoloji faktlar hesabına Fəzail Ağamalının birdəfəlik olaraq sıradan çıxarılacağını bildirən mənbəmiz onu da vurğuladı ki, bir neçə gün əvvəl AVP sədri bu kimi hücumlardan yayınması üçün hətta tanınmış bir müxalifətçi ailəsinin evinə də baş çəkib: «Həmin evin sahiblərindən Fəzail Ağamalı dəstək istəyib və müxalifət mətbuatının bu prosesdə iştirakçı olmasının qarşısının alınmasında yardım etmələrini rica edib».
Hər halda, bu əndişənin özü belə deputat barəsində çox ciddi faktların ifşa oluna biləcəyi ehtimallarını artırır. Mövzu diqqətimizdədir.
Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.