RÜSTƏM İBRAHİMBƏYOV RUSİYADA ÇÖNÜB
Tarix: 30-01-2013, 12:33 |
Çap et
"MÜXALİFƏTLƏ ƏLAQƏM YALANDIR"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov sədrlik etdiyi ittifaqa qarşı açılan cinayət işi ilə bağlı “Azerros” saytının suallarını cavablandırıb.
“Qafqazinfo”nun məlumatına görə, İbrahimbəyov Kinomatoqrafçılar İttifaqının məhkəmə qərarı olmadan, qanunsuz boşaldıldığını bildirib: “Təzyiqlər nəticəsində İttifaqın katibi istefa verdi.
Azərbaycan mətbuatı yazır ki, mənim guya müxalifət hərəkatı ilə əlaqəm var. Biz də Azərbaycan mədəniyyəti və elminin ən parlaq nümayəndələrinin daxil olduğu Ziyalılar Forumu keçirilir. Forum Azərbaycanda gedən proseslərə öz baxışını ictimai şəkildə ifadə edir. Lakin hakimiyyət bizim fəaliyyətimizi qeyri-adekvat qiymətləndirdi və bizə, xüsusən də mənə qarşı böhtan kampaniyasına başladı. Hakimiyyət dərhal bizi düşmən kimi qələmə verdi. Bütün bunlarla yanaşı, biz dialoq və Azərbaycanda situsiyanı dəyişdirmək imkanı axtardıq.
İbrahimbəyov İsmayıllı hadisələrinə də toxunub: “İsmayıllı hadisələri göstərir ki, vəziyyət çox ciddi ümumxalq etiraz əhval-ruhiyyəsinə gedir. Bu isə biz çox istəməsək belə, “partlayışa” səbəb ola bilər. Çünki istəyirik ki, Azərbaycan təkamül, mədəni yolla inkişaf etsin. Hər cür qiyamlar və üsyanlar yalnız ziyan gətirəcək...Mənim müxalifətlə əlaqəm barədə deyilənlər isə tamamilə yalandır”.