BAKIDA ŞOK MƏHKƏMƏ İŞİ
Tarix: 12-02-2013, 11:49 | Çap et
ÖLƏN DƏ, ÖLDÜRƏN DƏ NARKOMANDIRBakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 46 yaşlı Ceyhun Camalovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İstintaqın gəldiyi nəticəyə görə, Ceyhun Camalov 2011-ci il iyunun 8-də, saat 22:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, 4 saylı binanın arxasındakı avtomaşın dayanacağının yanında əvvəllər tanıdığı Namiq Səfərəliyevə yaxınlaşıb. Bir neçə gün əvvəl Namiqin ona narkotik vasitə söz verdiyini, lakin gətirmədiyini bəhanə edərək mübahisə edib. Mübahisə zəminində Ceyhun Camalov cib bıçağı ilə Namiq Səfərəliyevin kürək nahiyəsinə iki zərbə və boyun nahiyəsinə bir zərbə vurub. Namiq Səfərəliyev aldığı bıçaq yarasından hadisə yerində ölüb. Bundan başqa, Ceyhun Camalov məlum olmayan mənbədən bir ədəd döyüş sursatı hesab olunan "HGR DM 41" tipli qəlpəli əl qumbarasının gövdəsini, bir ədəd həmin qumbaranın partladılması üçün nəzərdə tutulmuş "HGR Z DM 72" tipli alışdırıcısını, bir ədəd 5,45 mm kalibrli və bir ədəd 7,62 mm kalibrli patronları qanunsuz əldə edib və yaşadığı Sumqayıt şəhəri, 41 a məhəllə, ev 2a, mənzil 20-də divanın altında saxlayıb. İyunun 9-da Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən mənzilə baxış keçirilərkən həmin döyüş sursatları aşkar edilib.
Məhkəmə prosesindən
“Heroin almaq üçün Namiqə pul vermişəm, Namiq heroin alıb”
Təqsirləndirilən şəxs qismində dindirilən Ceyhun Camalov ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, sonuncu dəfə 2009-cu ilin fevral ayının 19-da Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun sözlərinə görə, cəzasını başa vurandan sonra azadlığa buraxılıb: "Azadlığa buraxıldıqdan sonra günəmuzd fəhləlik etmişəm. 2011-ci ilin may ayının əvvəllərində narkoman kimi tanıdığım Sumqayıt şəhəri, 5-ci mikrorayon sakini, 1985-ci il təvəllüdlü Namiq adlı oğlanla tanış olmuşam, həmin vaxtdan narkotik vasitə olan heroini iyləməklə qəbul etməyə başlamışam. Heroin almaq üçün Namiqə pul vermişəm, Namiq heroin alıb.
"Heroini gətirdi, ikimiz də qəbul etdik"
Birlikdə Namiqin nənəsinin yaşadığı binanın yanındakı, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 33 saylı məktəbin həyətində axşam qaranlıq vaxtlarında heroini qəbul etmişik. İyunun 4-də səhər vaxtı Namiqə nənəsinin yaşadığı evin həyətində 30 manat pul vermişəm ki, heroin alsın və bir yerdə qəbul edək. Təxminən 30 dəqiqə sonra Namiq bir büküm heroin gətirdi. Mal verdiyim 30 manat müqabilində deyil, az idi. Buna baxmayaraq, həmin heroinin bir hissəsini özüm iylədim, toz şəklində qəbul etdim. Namiq isə heroinin qalan hissəsini maye ilə qarışdırıb, birdəfəlik şprisə çəkdi və inyeksiya yolu ilə damarına vurdu.
"Pul verdim, amma narkotik gətirmədi"
Namiqdən 30 manat müqabilində nə üçün heroini az gətirdiyini soruşdum. Guya heroinin bir hissəsini sonra verəcəyini, lakin verməyib özü qəbul etdiyini bildirdi. Gətirmədiyi heroini Namiqə bağışladığımı deyərək ona həmin gün axşamüstü 2-ci dəfə heroin gətirməkdən ötrü 30 manat verdim. Təxminən 30 dəqiqədən sonra Namiq qayıtdı. Mənə heroini aldığını, başqa birisi üçün də heroin aldığını dedi. Həmin şəxsə çatası heroini aparmağa getdiyini, qayıdanda mənim üçün aldığı heroini verəcəyini bildirdi. Namiq həmin gün qayıtmadı.
"Özü istifadə etdiyini dedi"
İyunun 8-də saat 19:30 radələrində Namiqin nənəsinin yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 29 saylı evin yaxınlığında, "Şərq" bazarı ilə üzbəüz kafelərin birində onların məhəllə uşaqları kimi tanıdığım Ramil və adlarını bilmədiyim digər 2 nəfər cavan oğlanla oturmuşdum. Əsasən Ramil və özüm çox qəbul etməklə 4 ədəd 0,5 litrlik spirtli içki olan araq içdik. Ramilə və digər 2 oğlana Namiqin məni aldadıb 30 manat pulu alaraq heroin gətirmədiyini danışdım. Kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə qalxaraq saat 22:00 radələrində 29 saylı beşmərtəbəli yaşayış binasına tərəf tək gələrkən təsadüfən həmin evdən təxminən 100 metr aralıda Namiqin araba ilə yola doğru qara metal apardığını gördüm. Namiqə yaxınlaşdım. Nə üçün məni aldadıb heroini gətirmədiyini soruşdum. Namiq aldığı sonrakı heroini də özü istifadə etdiyini dedi. Bu səbəbdən əsəbiləşdim, Namiqlə əlbəyaxa oldum. Mübahisə zəminində dartışaraq bir-birimizə yumruq vurduq, lakin özüm heç bir xəsarət almadım. Bu zaman üstümdə olan cib bıçağını çıxardaraq Namiqi vurdum.
"Törətdiyim əməldən peşmanam"
Namiq bu an aralandı, nənəsigilin yaşadığı 29 saylı binaya tərəf qaçmağa başladı, arabası isə hadisə yerində qaldı. Namiqi bıçaqla vurduqdan sonra daha onu təqib etmədim, oradan öz mənzilimə getdim. Həmin gecə saat 2:00 radələrində polis əməkdaşları yaşadığım mənzilə gəldilər. Polis əməkdaşları Namiqlə dalaşıb-dalaşmadığımı soruşdular, Namiqi az əvvəl 13-cü mikrorayonda 29 saylı evin yaxınlığında 2 dəfə kürəyindən bıçaqla vurduğumu etiraf etdim, Namiqi vurduğum bıçağı polis əməkdaşlarına təqdim etdim. Eyni zamanda polis əməkdaşları yaşadığım mənzildə divanın altında saxladığım, döyüş bölgəsindən gətirmiş olduğum 1 ədəd əl qumbarası və 2 ədəd patronu aşkar edərək götürdülər. Namiqi öldürmək niyyətim olmayıb, törətdiyim əməldən peşmanam".
"Oğlum atası ilə birlikdə xlor satmaqla məşğul idi"
Zərərçəkmiş şəxsin hüquqi varisi Nahidə Səfərəliyeva bildirib ki, oğlu Namiq atası ilə birlikdə fərdi qaydada həyətlərdə xlor satmaqla məşğul olub: "Bundan əlavə, oğlum binaların zirzəmilərindən, zibilxanalardan və digər baxımsız qalmış ərazilərdən əlvan metal toplayıb, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 33 saylı orta məktəbin yanındakı budkada işləyən Raminə satıb. Namiq 2006-cı ildən narkotik vasitə qəbul etməyə başlayıb. Bu səbəbdən onunla aramızda tez-tez mübahisələr olub. O, hərdən bir Ramilə və adını demədiyi şəxslərə borclu olduğunu deyib. Maaş alan kimi Namiqə pul vermişdim ki, borcunu qaytarsın. Lakin son 5-6 ayda konkret olaraq Namiq borc pulu yalnız Ramildən alıb. Namiq hərdən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 30, mənzil 17-də yaşayan nənəsi Xırdaxanım Mahmudovanın evinə baş çəkib, son bir ay ərzində nənəsigildə qalıb.
Namiqin Ceyhunla yaxınlıq etməsi barədə heç nə bilməmişəm. Sonuncu dəfə Namiq evə gəldi, səhəri gün isə getdi. İyunun 9-da saat 8-də növbədən çıxaraq evə gələndə qızım Nuranə gecə 1-ci polis bölməsi əməkdaşlarının evimizə gəldiyini, Namiqin Ceyhun adlı şəxs tərəfindən aralarında borcla əlaqədar yaranmış mübahisə zamanı qətlə yetirildiyini və meyitxanada olduğunu bildirdi. Məhkəmədən Ceyhun Camalovu qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edirəm".
"Ceyhun arvadından ayrılandan sonra narkotik vasitələr qəbul edib"
Şahid qismində ifadə verən Nəcibə Camalova bildirib ki, 1988-ci ildə Fazil Camalov ilə evlənib və həmin vaxtdan qayınatasına məxsus Sumqayıt şəhəri, 41a məhəllə, ev 2a, mənzil 20-də birgə yaşayıblar: "Yaşadığımız mənzil beşotaqlıdır, bir otağında qaynım Ceyhun arvadı Kəmalə və 2 azyaşlı uşağı ilə əvvəllər yaşayıblar. 2008-ci ilin fevral ayında Kəmalə ərindən boşanaraq uşaqlarını da özü ilə apardığından otaqda Ceyhun tək yaşamağa başlayıb. Ceyhunun son aylarda narkotik vasitələr qəbul etməsini hiss etmişdim. Ceyhun bir dəfə 1995-ci ildə, bir dəfə isə 2009-cu ildə oğurluq cinayəti törətdiyinə görə məhkum olunub. Sonuncu dəfə 6 ay cəza çəkəndən sonra azadlığa buraxılıb. Həmin vaxtdan fərdi işlər görərək pul qazanıb. İyunun 8-də Ceyhun səhər yeməyi yemədən məndən 40 qəpik pul aldı və dedi ki, özü üçün yol pulu edəcək. Təxminən saat 19:00 radələrində Ceyhun mənzildən çıxdı. Həmin gün saat 23.30 radələrində çöldən mənzilə qayıtdı, həyəcanlı idi. Ceyhun içəri keçən kimi birbaşa vanna otağına girdi. O, yuyunandan sonra kofe və çay içdi. Saat 4:00 radələrində mənzilin qapısını polis əməkdaşları döydülər, Ceyhunu soruşdular. Onlara Ceyhunun öz otağında olduğunu dedim. Polislərin Ceyhunla sorğu-sualından başa düşdüm ki, Ceyhun kiminləsə dalaşıb və həmin şəxsi bıçaqlayıb".
QEYD: Bu cinayət işinə hakim Əlisoltan Osmanovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmə bütün şahidləri dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Ceyhun Camalov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Son söz əvəzi:
Elimizin belə bir məsəli var: “Adamın birinci ağlı, sonra malı, daha sonra canı alınır!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|