"DƏFƏLƏRLƏ İNTİHAR ETMƏK İSTƏMİŞƏM"
Tarix: 18-02-2013, 10:17 | Çap et
AKTRİSADAN İLGİNC AÇIQLAMALARİnsanları ağlatmaq çox asandır. Belə ki, hamının özünə görə problemi və ya dərdi var. Lakin onlara gülüş bəxş etmək olduqca çətindir. Dahi Bəxtiyar Vahabzadə demişkən: “Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm”.
Bugünkü qonağım əməkdar artist, prezident mükafatçısı, çöhrələrə gülüş bəxş edən Naibə Allahverdiyevadır.
- Özünüz haqqında məlumat verərdiniz.
- Əslim gürcüstanlıdı, bir tərəfim də Yevlaxlı. Otuz ildi bu sənətdəyəm. Ailədə iki bacı, dörd qardaşıq. Bir qızım var. Əməkdar artistəm, prezident mükafatı alıram. Gənc Tamaşaçılar Teatrının aktrisasıyam.
- Necə oldu ki, aktrisa oldunuz?
- İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirmişəm. Sözün açığı, uşaq vaxtı kosmonavt olmaq istəmişəm, Valentina Tereşkova kimi. Sonralar təyyarəçi olmaq istədim. Dəqiq elmləri yaxşı bilmədiyimə görə alınmadı. Sonra hüquqşünas olmaq istədim. Birdən necə oldusa, aktrisalığı seçdim və çətinliklə bu sənətə gəldim. Anam mənə həmişə danışırdı ki, ilk dəfə mən dünyaya gələndə gözlərim işıldayırmış. Həkim gəlib mənə baxanda deyib ki, bu uşaq gözləri ilə, hərəkətləri ilə aktrisa olacaq. Mənim atam yüksək vəzifədə çalışırdı. Demək olar ki, o vaxt bizə çox sənətkarlar gəlib gedirdi. İslam Rzayev, Zeynəb Xanlarova və bir çoxları gəlirdi. Zeynəb Xanlarovanın rəhmətlik yoldaşı Səlim bizim kirvəmizdi, İslam Rzayev də. Hərəsi bir qardaşımın kirvəsi olub. Anamın gözəl səsi olub. Sadəcə qoymayıblar bu sənətin arxasınca getsin. Bibim də Tiflisdə Azərbaycanın Xalq Teatrında çalışıb. Bizim ailədə incəsənətə pis baxmayıblar.
- Mən bilən, sizə bu sənətdə mənəvi atanız dəstək olub.
- Səmimi deyəcəyəm. Görürəm, yetərincə mənim haqqımda məlumatınız var. Uşaq olanda valideynlərimiz ayrılıb. Anam ikinci dəfə ərə gedib. Tanınmış rejissor Cahid Hilal oğlu ilə ailə qurub. Əlli üç il bundan qabaq, Sovet dövründə üçrəngli bayrağımızı Qız qalasına asan məhz Cahid müəllim olub. Çox çətinliklərlə üzləşib. Ağdamda işləməyə göndərdilər. İki il işləyəndən sonra onu öldürdülər. Bilmədik kim elədi. O vaxt çox sorğu-sual etdilər. İndiki dövr mənim mənəvi atamın dövrüdür. Mənə çox dəstək oldu. İstəyirdi ki, tanınmış aktrisa olum. Məni çox başa salırdı. Mən onu doğma atamdan yaxın qəbul edirəm. Allah ona rəhmət eləsin! Anamın indi səksən yaşı var. Özünü sevən xanımdır. Həmişə bir sözü var: “mən özümü sevməliyəm ki, qıraqdan da baxıb məni sevsinlər”. Anamın yanında tək mən qalmışam, bacım, qardaşlarım başqa ölkədə yaşayır.
- Bəs səhnəyə ilk addımınızı necə atdınız?
- Təyinatımı Naxçıvana verdilər. İlk dəfə assistent işləmişəm. Orada axıra qədər işləyə bilmədim, gəldim Bakıya. O dövrdə səhnəyə çıxmaq çox çətin idi. Gərək elə rollar oynayaydın ki, böyük sənətkarlar hə deyərdilər, sonra səhnəyə çıxardın. İndi çox rahatdı səhnəyə gəlmək. Utanırdım, deyirdim ki, ay Allah, necə olacaq.
- Görkəminizdəki dəyişiklik çoxlu söz-söhbətə səbəb olmadı ki?
- Depressiyada idim. Birdən-birə kökəlməyə başladım. Çəkim yeddi-səkkiz kilo artdı. Bu səbəbdən arıqlamaq üçün piylərimi çıxartdırdım. Amma söz verdim ki, bir də heç vaxt əməliyyat etdirməyəcəyəm. Müntəzəm olaraq idmanla məşğul olurdum. Pəhriz də saxlayırdım. Nə xeyri, indi də kökəlirəm. Çox çətinliklər çəkdim. Çətin oldu, bütün bədənim ağrıyırdı. Xanımlara məsləhət görürəm ki, heç vaxt əməliyyat etdirməsinlər. Sadəcə yeməklərinə fikir versinlər.
- Sirr deyilsə, piylərinizdən qurtulmaq üçün nə qədər xərciniz çıxdı?
- 4 000 manata kimi çıxdı. Sonra 1500 manatı qaytardılar. Sağ olsunlar, mənə hədiyyə kimi verdilər. Bir də görürsən, səhhətimdə bir problem olanda gedirəm həmin klinikaya, çox endirim edirlər analizlərdə mənə.
- Həyatda necə insansınız?
- Bax, hamı mənə deyir ki, səninlə ünsiyyət qurandan sonra adamın ürəyi açılır. İnanın, ürəyim zərifdi. Uşaqla uşağam, böyüklə böyük. Ürəyimə görə həmişə ziyana getmişəm. Allaha tabe olan insanam. Nə qədər ürəyim zərifdi, o qədər də güclüyəm, mübarizəni sevən insanam. Çox da kövrəyəm. Axı əkizlər bürcüyəm.
- Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 140 illik yubileyi olacaq. Arzunuz nədir?
- Bütün aktyor və aktrisalara can sağlığı arzu edirəm. Xatırladım ki, bu il mənim də yubileyimdi. Arzularım böyükdür. Çox istərdim Xalq artisti adına layiq görülüm. Demək çirkinlikdi. Bir çoxları elə bilirlər ki, mən xalq artistiyəm. Maşınımı yanacaqdoldurma məntəqəsində saxlamışam. Görürəm, bir oğlan yanındakına deyir ki, xalq artistini yola sal. Mən də dedim ki, əməkdar artistəm. Oğlan deyir ki, siz bizim üçün xalq artistisiniz.
- Əgər həyatınıza dair qərarı özünüz versəydiniz, nəyi seçərdiniz - sakit, yoxsa macəra dolu həyatı?
- Bax indiki dövrdə sakit həyatı. Uşaqlıqdan indiyə kimi macəra dolu həyat məni əzdi. Yorulmuşam. İnanın, beynim yorulub. Fiziki cəhətdən də yorulmuşam. Sakit həyatı istəyirəm.
- Məndə olan məlumata görə, iki xalq artisti sizi səhnədə bərk əsəbiləşdirib. Hətta siz Nevroloji dispanserdə səkkiz il müalicə almısınız. Bu xəbər nə dərəcədə doğrudur?
- Çox əsəbi insanam. Əsəbi də çox vaxt içimdə saxlayıram. Mənim əsəblərimlə oynayan aktrisa rəhmətə gedib. Ad çəkməyəcəyəm, siz bilirsiniz söhbət kimdən gedir. İnanın, onların ikisi də mənim başıma elə oyunlar açdı ki, Nevroloji Dispanserə düşdüm, 4 nömrəliyə. Az qala dəli olmuşdum.
- Səbəb nə idi?
- Həmin xanım mənim ailəmi dağıtmaq istəyirdi. O da alınmadı. Səbəbini özüm də bilmirəm ki, niyə bunlar belə edir. Bir gün həmin aktrisa mənə yaxınlaşıb dedi ki, bir imkanlı, vəzifəli şəxs səndən ötrü ölür, dəli-divanədir, gəl səni ona calayım. İnanın, şoka düşdüm. Həmin ərəfədə mən yoldaşımla barışmışdım. Dedim, siz nə danışırsınız, mən yoldaşımla barışmışam. “Yoldaşımın bir dırnağını min kişiyə dəyişmərəm. Məni də öldürər, sizi də”, - deyib qapını çırpdım. O andan mənimlə düşmən kimi oldular. Eşitdim rəhmətə gedib. Çox pis oldum. Hətta hüzründə iştirak etdim. Elə jurnalistlər var idi ki, mənim haqqımda pis fikirlər yazırdı. Amma hamı da mənə deyirdi ki, bəs bu niyə belə edir? Bəlkə də məni həzm edə bilmirdi ki, gözəl-göyçəyəm. Hər yerdə çalışırdılar məni gözdən salsınlar. Mən teatrda həmişə qarşıma çıxan cavanlara birinci salam verirəm. Çünki hamı ilə münasibətim yaxşıdır. Öləndə də heç olmasa qoy rəhmət desinlər. Deməsinlər ki, gorbagor pis adam olub. Amma həmin insanlar həmişə məni gözdən saldılar. Allaha tapşırdım onları. Bir dəfə tamaşada məni necə əsəbiləşdirdilərsə, ağzımdan köpük gəldi. Evə çıxıb gələndə yolu necə keçdimsə, az qala böyük “Zil” maşını məni vuracaqdı ki, bir oğlan itələdi məni. Bütün bədənim əsəbdən əsirdi. Axşam təzyiqim necə qalxdısa, üstümə təcili yardım maşını çağırdılar. Mənim təzyiqimi sala bilmirdilər. Səhəri tamaşanın premyerası olduğuna görə məcburi durub teatra getdim. Yenə ağzımdan köpük gəlməyə başladı. Təsəvvür edin ki, stəkanda özümə çay süzəndə onu çaynik boyda görürdüm. Səkkiz il çox əziyyət çəkdim. Müalicə aldım. Həmin xalq artistinin biri dünyasını dəyişdi. İnanın, heç vaxt mən ona qarğış etmədim. Yalnız Allaha tapşırdım. İndi başa düşürəm ki, o vaxt mənim onun yanında gözükölgəli işim olsaydı, bütün mətbuata haqqımda ağzına gələni yazdırardı. Mənə nə zülm verdilər. Yenə təslim olmadım. Bugünkü gün teatrda hamı ilə münasibətim yaxşıdır. Ayağım qırıldı. Düzdü, bir-iki nəfər gəlməsə də, bütün kollektiv mənə baş çəkdi. Hətta İlahə adında aktrisamız var, Sumqayıtdan hər gün gəlirdi mənə dəyməyə. Üç kiloluq balonla mənə dovğa gətirirdi. Yazıq imkansız olsa da, yenə də mənə kömək olurdu. Mənim ürəyim kimidir onun da ürəyi, uşaq kimi safdır.
- Uşaqlığınızı necə xatırlayırsınız?
- Qəribə qız olmuşam. Bibimin yanında böyümüşəm. Bibimin qızı ailə qurduğuna görə məni özü ilə saxlayırdı. Bibim çox ciddi xanım idi, zəhmliydi. Qorxurdum ondan. Bir gün uşaqlarla həyətdə “gəlin-gəlin” oynayırdıq. Təsəvvür edin, pilləkənə çıxmışam, özümə fata düzəltdirmişəm. Fikirləşirəm ki, gəlin qaşını alar, axı mən də qaşımı almalıyam. “Lezvanı” götürüb, qaşlarımı qırxdım. Öz-özümə ağlayıram, uşaqlar da mənə baxırlar ki, guya məni gəlin aparırlar. Axşam evə girdim. Bibim dedi: “Sənin qaşların hanı?” Dedim: “Bilmirəm”. Elə bildi ki, qaşlarım tökülüb. Səhər məni həkimə apardılar. Həkim mənə baxdı və dərman yazdı. Dedi ki, bir həftədən sonra uşağı yanıma gətirin. Bir həftədən sonra həkim baxıb dedi ki, bu uşaq qaşını qırxıb. Bibim də başıma bir qapaz vurdu ki, niyə belə eləmisən? Dedim ki, “gəlin-gəlin” oynayırdıq.
Bir dəfə də anama dedim ki, kotlet bişir. Anam dedi ki, evdə yemək çoxdur. Getdim, öz-özümə fikirləşdim ki, gör indi bunların başına nə oyun açacağam. Böyrəyimi tutdum, başladım yalandan ağlamağa. Anamgil hamısı tökülüb gəldilər ki, nə oldu? Tez həkim çağırdılar. Məni apardılar xəstəxanaya. Əməliyyat elədilər kor bağırsağımı. Sonra anam gəldi dedi ki, mənim balam nə istəyir? Dedim ki, kotlet istəyirəm. Dedi ki, axı olmaz kotlet, sənə sulu yemək verilməlidir. Mən də dedim ki, axı mən kotletə görə yalandan özümü xəstəliyə vurdum, kor bağırsağımı kəsib götürdülər. Evə gəldik. Anam çoxlu kotlet bişirdi. O bişirmək, bu bişirmək, artıq kotletdən bezmişəm. Mən həyatda sadəlövh oldum. Kaş mənə elə tərbiyə verməzdilər. Mənə tərbiyə verənlər həmişə deyirdilər ki, qonaq olan stolda balaca uşaq heç vaxt oturmaz. Böyük söhbət eləyən yerdə kiçik olmaz. Çox çəkingən insan oldum.
- Tamaşaçılar bu gün sizdən nələri istəyir?
- Serialda görmək istəyirlər. Məni bezdiriblər ki, niyə yoxsunuz seriallarda? Dəvətlər olur, ey. Sadəcə ssenarini çox vaxt bəyənmirəm. İstəyərdim “Möhtəşəm yüz il” kimi bir seriala çəkilim.
- İlk məhəbbətinizi necə xatırlayırsınız?
- İlk məhəbbətim bağçada olub. Oqtay adında oğlan idi. Yumrusifət oğlan idi. Çox xoşum gəlirdi ondan.
- Bəs sevib ailə qurdunuz?
- Hə, atamın dostunun dostu idi. İyirmi iki yaşımda ailə qurdum. Bir övladım dünyaya gəldi.
- Ayrılmağınıza səbəb nə oldu?
- Yoldaşım bilirdi ki, mən aktrisayam. Mənim sənətimi qəbul edib, ailə qurmuşdu. O məndən ayrılmayıb ki, mən ondan ayrılmışam. Bəlkə də xəyanətini, yalanını keçərdim. Bir kəlmə dediyi sözü keçmədim ona. Tamaşadan yorğun gəlmişdim, yoldaşıma dedim ki, bəlkə bir köməkçi götürək? Onda da teatr təmirsiz, soyuq idi. Xəstə kimi idim. Dedi: “Özün elə də işlərini, mənim imkanım yoxdur. Sən özünü nə sayırsan? Bəyəm səni sayan var bu sənətdə? Hamıya ad verirlər, səni saymırlar”. Bu cavab mənim yaralı ürəyimə dəydi. Axı sən bilə-bilə ki əziyyət çəkirəm, niyə belə deyirsən? Məni hələ onun kimi sevən olmayıb. Sevgiyə artıq inanmıram. Bir kəlmə sözünə görə ayrıldım. Onda prezident mükafatı almırdım, indi alıram. Hamı tərəfindən də hörmətlə qarşılanıram. Gərək ayrılmazdım.
- Həyat yoldaşınız yenidən ailə qurdumu?
- Heç bir xəbərim yoxdur, maraqlanmıram. Çünki qəlbimi çox pis qırdı. Şəxsən mən evlənmək haqda qətiyyən düşünmürəm. Çünki xəyalımdakı sevgini yaşadan heç kim yoxdur. Bundan sonra da qızımın xoşbəxtliyini, toyunu görmək istəyirəm. Çox istəyirəm ki, dörd-beş nəvəm olsun. Onların səs küyündən çıxıb qaçım evdən (gülür).
- Hansı obrazı oynamaq arzusu qalıb ürəyinizdə?
- Kleopatranı oynamaq istərdim.
- Məndə olan məlumata görə, Əkrəm Əylislinin əsərində oynadığınıza görə çox peşmansınız. Bu haqda nə deyərdiniz?
- İnsan millətinə xəyanət etməz. Sənə axı Azərbaycan xalqı nə pislik edib? Bütün mükafatların var idi. Hansısa erməni qızının azərbaycanlı oğluna olan sevgisindən yazardın. Sən erməni dığalarının əlinə fürsət verirsən. Mən istəyirəm ki, qoy elə Əkrəm Əylisli Azərbaycanda qalsın. Hamı da ona nifrət etsin. “Daş yuxular” əsərini oxuyandan sonra münasibətim tamamilə dəyişdi. Artıq ona nifrət bəsləyirəm. Həmin gecə əsəbimdən gözümə yuxu getmədi. Qan təzyiqim qalxdı. Yazılanlar mənə çox pis təsir etdi. Adi bir adam onu yazsaydı, bəlkə bu qədər təsir etməzdi. Xalq yazıçısı olasan, dövlətdən hər şey alasan, sonra da nankor çıxasan. Maraqlıdır, Azərbaycan xalqına bu qədər nifrət hardandır? Rəzil olanları məzlum adlandırır. Elə mənim xalam qızının həyat yoldaşının dərisini erməni dığaları soyub, sonra təkərin içinə salıb yandırmışdılar. Özüm şahidi olmuşam. Xəstəxanalara qadınlar gətirirdilər, döşlərində xaç işarəsi qoyulmuşdu. Ona görə də mən heç cür Əkrəm Əylisliyə bəraət qazandıra bilmirəm. O, Azərbaycan xalqının adına ləkədir. Çox peşmanam ki, onun əsərinin əsasında hazırlanan televiziya tamaşalarında oynamışam. İndi o, gözümdə bir vətən xainidir. Elə atam olsaydı, ondan imtina edərdim.
- Şou-biznesdə özünüzü görürsünüz?
- Mənim şou-biznesdən başım çıxmır. Amma xınayaxdılara gedirəm, tədbirlərdə də oluram, hətta müğənni kimi də iştirak edirəm. Arif Səlimovun gözəl bir “Xınayaxdı” mahnısını ifa etmişəm. Bütün “Xınayaxdı”larda maraqla dinləyirlər. Toy məclislərində ürəklə çıxış edirəm, tər tökürəm. Min dəfə də alqış edirlər. Qaldı şou-biznesə, o aləmdə bir çoxları özünü gözdən salır. Mən isə hətta qalmaqallı verilişlərə baxmıram, əsəbiləşirəm. Onları efirə çıxartmaq olmaz. Necə yəni müğənni müğənninin saçını yoldu? Əvvəllər belə şeyləri efirə qoymazdılar. Ayıbdı axı, xalq baxır.
- Göz görə-görə heç yalan danışmısınız?
- Kiminsə gözünə baxıb danışmamışam. Utanaram. Qıraqda olub ki, yalan danışmışam.
- Sirr deyilsə, gəliriniz necədir?
- Toylar üçün heç vaxt qiymət demirəm. Çünki aza-çoxa qane olan insanam. Prezident mükafatı alıram. Maaşım və toylardan gəlirim mənə çatmır. Qızım böyükdü, geyimi, dərsi var. Tanınmış insanam, yaxşı geyinməliyəm. Çətin də olsa, birtəhər dolanıram.
- Həyatın hansı anında xoşbəxt olmusunuz?
- İlk dəfə qızımın qığıltısına görə sevinmişdim, hətta ona şeir də yazdım. Xatirə dəftəri tutmuşam. Qızım ilk dəfə hansı sözü dedi, ilk dəfə necə iməklədi. Hamısı yazılıb mənim xatirələrimdə.
- Bəs sizi nə ağladıb?
- Haqsızlıq, böhtan, şər.
- Naibə həyatda öz rolunu necə oynayır?
- Həyatda əzazil qadın rolunu oynamaq istərdim. Bu həyatda uşaqlıqdan nazımı heç kim çəkmədi. Çox həsrətəm belə şeyə. Əzab-əziyyətlər gördüm bu həyatda. Nə qədər onun-bunun dərdi ilə maraqlanasan. Artıq bezmişəm.
- Özünüzü neçə yaşında hiss edirsiniz?
- Elə olur altmış yaşında, elə olur on səkkiz yaşında. Baxır düşdüyün mühitə. Elə olur ki, həftələrlə bayıra çıxmıram. Dəfələrlə intihar etmək istəmişəm, amma facebook dostlarımın gözəl rəylərinə görə fikrimdən dönmüşəm. Mənim sevgiyə ehtiyacım var.
- Sevdiyiniz insana görə intihar edərsiniz?
- Edərdim. Xəyalımdakı sevgi olsaydı, sevə-sevə ölümə gedərdim.
- Heyvanlara münasibətiniz necədir?
- Çox yazığım gəlir hamısına. Bayılda yaşayanda qonum-qonşu həyət-bacada olan pişikləri gətirib yığırdılar mənim qapımın ağzına. Mən də onlara soskada süd verirdim. Mənim Miki adında bir itim var.
- Hansı müğənnilərin ifasını bəyənirsiniz?
- Rəhim Rəhimliyə, Aygün Kazımovaya, Röyaya, Azərinə, bir də Flora Kərimovaya qulaq asıram.
- Ömrünüzü ürəyinizcə yaşayırsınız, yoxsa bacardığınız kimi?
- Cırmaqlaya-cırmaqlaya bu sənətə gəldim. Hər şeyi zorla aldım həyatdan. Bu yaxınlarda Afaq Bəşirqızı bir söz dedi, şoka düşdüm. Dedi ki, “Yarim ştat” tamaşasında “Tomka maçi”yə istəmirdilər ki, Naibəni çəksinlər. Şərif Qurbanlıya çox minnətdaram. Çünki o demişdi, əgər Naibə çəkilməsə, mən də bu tamaşanı çəkməyəcəyəm. İnanın, çox sevindim ki, Şərif müəllim kimi həyatda gözəl insanlar var imiş.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|