"AVESTA" ŞEFİNİN ADI MİLYONLUQ QALMAQALDA
Tarix: 18-02-2013, 11:26 | Çap et
Hümbət Məmmədov: “Nərimanov RPİ-nin rəisinin otağında mənə dedilər ki, sənlik burada bir şey yoxdur, bizə Əflatun Piriyevi vuran lazımdır və bir pul məbləği söylədilər ki, “Versən, səni buraxacağıq""
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlu “Təzadlar"a sensasiyalı məktub-müraciət göndərib. Müraciət ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlıdır.
Aşağıda hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlunun “Təzadlar"a göndərdiyi müraciətini təqdim edirik:
Bakı İstintaq Təcridxanasında saxlanılan, müttəhim Məmmədov Hümbət Asan oğlu tərəfindən
MÜRACİƏT
Çox hörmətli cənab Prezident!
Hörmətli cənab nazirlər,
cənab sədr, hakimlər və prokuror!
Bu müraciət-ifadəmlə səmimi olaraq həbsimə səbəb olan hadisənin necə baş verdiyini və əsil səbəbini aydınlaşdıracağam.
(Əvvəli ötən saylarda)
Cənab Prezident!
Hörmətli nazirlər, zənab sədr və prokuror!
Beləliklə, mən heç vaxt Tofiqə deməmişəm ki, Əflatun Piriyevi öldürtdür, ancaq demişəm cəzalandırın. Buna görə də iyulun 13-də özüm gedib polisə ərizə yazdım ki, mənim dediklərimin istintaqa xeyri dəyər. Mən Tofiqdən başqa heç kəsi tanımırdım.
Rəisin (Nərimanov Polis İdarəsinin) otağında mülki geyimdə 6 nəfər oturmuşdu. Nərimanov rayon prokuroru, Bakı şəhər prokurorunun müavini, Bakı şəhər polis idarəsinin rəis müavini Elxan (familyasını bilmirəm), Nərimanov rayon polis idarəsinin rəisi və onun müavini və tanımadağım bir şəxs. Mənə dedilər ki, sənlik burada bir şey yoxdur, bizə vuran lazımdır və bir pul məbləği söylədilər ki, versən, səni buraxacağıq... Hələ Elxan (Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini əsəbləşib söydü ki, belə-belə olum yalan deyirəmsə, səni buraxacağam.
Mən zəng edib Tofiqlə görüşdüm və məsələni ona izah elədim ki, bizlik bir şey yoxdur. Gəldik polis idarəsinə. Ondan sonra mən Tofiqi görmədim. Mən hacı İbrahimə arxayın idim, lazım olsa, o kömək edəcəyini boynuna götürmüşdü.
“Nərimanovun prokuroru mənə dedi ki, “Hacı İbrahimin salamı var sənə, onun adını qətiyyən hallandırma... Yazdığını təzədən yaz. Onsuz da danışmışıq, sizi buraxacağıq...""
İyulun 14-də səhər saat 5-də məni durğuzdular ki, izahat yazmalısan. Mən yuxulu-yuxulu yazmağa başladım. Yanımda iki nəfər mülki geyimdə polis işçisi var idi. Mən yazdıqca onlar oxuyurdu. 3 vərəqə yazmışdım, mənə dedilər ki, “Dayan, bu saat gəlirik" və yazdıqlarımı götürüb rəisin otağına düşdülər. Sonra da məni çağırdılar. Nərimanov rayon prokuroru mənə dedi ki, “Hacı İbrahimin salamı var sənə, onun adını qətiyyən hallandırma... Yazdığını təzədən yaz. Onsuz da danışmışıq, sizi buraxacağıq...". Mən yenə ikinci mərtəbəyə qalxdım və onların dediyi kimi yazdım. Mən nə qədər vəkilimi tələb etdim, dedilər, nəyinə lazımdır, yazdıqların hamısı formal şeylərdir.
Həmin gün axşam tərəfi Nərimanov RPİ-nin rəis müavini Seyfulla gəldi ki, çəkiliş olacaq, kamera qarşısında ifadə verəcəksiniz, narahat olma. Bunu bir qarant kimi edirik ki, əgər danışdığımız pulu gətirməsən, kaseti işə buraxacağıq. Mən yenə vəkilimi çağırmağı tələb etdim. 70 yaşında bir qoca kişi gətirdilər ki, bu sənin vəkilindir. İfadə verməmişdən qabaq yenə Nrimanov rayon prokuroru mənə dedi ki, “hacı İbrahimin adını çəkmə, ha!!!".
İfadə verib qurtarandan sonra müstəntiq mənə dedi ki, bizim ixtiyarımız yoxdur sənə telefon verək, amma sənə icazə verdilər... O, mənə əl telefonumu verdi. Mən dərhal hacı İbrahimə zəng elədim, dedim ki, əgər kömək eləməsən, yadında saxla bir bir danışacağam, sənin üçün də pis olacaq. Bundan sonra telefonu əlimdən aldılar.
İbtidai istintaq zamanı müstəntiq Vüqar Nəsibov məndən ifadə götürəndə, ifadəmdə hacı İbrahimin Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə əlaqədar onun dövlət çevrilişi təşkil etməyi barədə danışmışdım...
“Sonra müstəntiq Elxan mənə dedi ki, bir ərizə yaz ki, hacı İbrahimlə bağlı ifadə verəndə şok vəziyyətində olmuşam, verdiyim ifadə düzgün deyil. Mənə dedi ki, ailəni uşağını fikirləş, yazıqsan..."
Amma Vüqar Nəsibov mənim ifadəmi yarımçıq saxladı... Arasından bir müddət keçəndən sonra müstəntiq Elxan (familyasını bilmirəm) gəldi, mənə dedi ki, hacı İbrahim sənə salam söyləyir... Deyir ki, mənim adımı hallandırmasa, hər şey yaxşı olacaq. Sonra müstəntiq Elxan mənə dedi ki, bir ərizə yaz ki, hacı İbrahimlə bağlı ifadə verəndə şok vəziyyətində olmuşam, verdiyim ifadə düzgün deyil. Mənə dedi ki, ailəni uşağını fikirləş, yazıqsan... Çox fikirləşəndən sonra mən həmin ərizəni yazdım (mətnini mənə diktə eləmişdilər). Yazdığım həmin ərizə və Rəsul Quliyevlə bağlı verdiyim ifadə cinayət işində var.
Hörmətli Prezident!
Cənab nazirlər və məhkəmə sədri, prokuror!
Mənə Azərbaycan CM-nin 178.3.2 maddəsi ilə itiham irəli sürülüb... Guya mən tamah məqsədi ilə, satdığım evlərin pulunu gizlətmək üçün Əflatun Piriyevin ölümünü sifariş etmişəm. Bu ittiham, ibtidai istintaq zamanı istintaq qrupunun işi dərindən araşdırmamış, hacı İbrahimin cinayətlərinin üstünü ört basdır etmək üçün edilmişdir. Nə cür olar ki, 40 % təsisçilik payı olduğum bir şirkətdə mən satdığım evləri gizlədim? Xahiş edirəm aşağıdakı riyazi hesablamaya dərindən fikir verək. Bu hesablamanı orta məktəb şagirdi də başa düşər:
-Torrağa verilən pulun 70 %-ni mən, 30%-ni isə hacı İbrahim qoyub. 2007-ci ilin dekabrında torpağı satmaq istəyəndə audit kompaniyası (Beynəlxalq bank) 4 mln. manat qiymət qoymuşdu. Hesablayaq:
H.İbrahim: 4 mln. x 30% = 1,2 mln. Man.
Hümbət: 4 mln. x 70% = 2,8 mln. Man.
Hadisə olan dövrə qədər kassadan, istər ev şəklində, istərsə də pul şəklində təsisçilərin götürdükləri pulun məbləği:
H.İbrahim: 4,5 mln. dol. = 3,6 mln. man.
Hümbət: 3,1 mln. dol = 2,5 mln. Man.
Əflatun: 0,65 mln. dol = 0,52 mln. Man.
Kassadan götürdüyümüz (təsisçilər tərəfindən) məbləğlə, torpağa verilən pulun məbləğinin fərqi budur. Qeyd edim ki, kassadan götürülən pulun (təsisçilər tərəfindən) məbləği mühasib Hicran Əliyeva, Əmiraslan Əhmədov öz ifadələrində təsdiq etdilər.
H.İbrahim: -3,6 mln.man.- 1,2 mln. Man.=2,4 mln.man.
Hümbət: 2,5mln.man.-2,8 mln.man = -0,3mln.man.
Əflatun: 0,52 mln.man.-0 mln. man. =0,52.mln.man
Buradan məlum olur ki, hadisə olan dövrə qədər mən kassadan hələ 300 min. manat pul götürməliydim. Hacı İbrahim -2,4 mln. artıq pul götürüb, Əflatun isə 520 min man artıq pul götürüb.
Artıq götürülən pulları yenidən kassaya qaytarıb təsisçilər arasında bölsək, faizlərə görə
Hac.İbr 2,4mln x 40%=1,16mln.man.
H.İbr. 2,90 mln x 40%=1,16mln.man.
Hümbət. 2,90 mln. x 40% =1,16 mln.man
Əflatun. 2,90 mln x 2- % = 0,58 mln.man.
Qeyd etmək istəyirəm ki, Əflatunun tam hüquqlu şərik olması üçün o torpağın pulunun 20 %, yəni 10 %-i “Alyans"a, 10 %-i isə “Avesta"ya qaytarılmalıdır.
İndi isə artıq götürülən puldan (3), qanuni təsisçilik payına düşən pulun fərqini götürsək və Əflatunun 400 min-”Alyans"a və 400 min. man. “Avesta"ya borcunu nəzərə alsaq (4)
H.İbr. -2,4 mln -1,16 mln.(pay.düş)=1,24 mln. Man.
Hümbət- 0,3mln-1,16 mln=1,46 mln. man.
Əflat. -0,52mln-0,52mln. =0
Hesablamadan görünür ki, H.İbrahimin Hümbətə borcu -1,24 mln. manatdır. Bundan əlavə, Əflatunun torpağa olan borcunu nəzərə alsaq
H.İbrahim. 1,24 mln-400 min=0,84 mln.man.
Hümbət. -1,46 mln-0,400 mln= -1,96mln.man.
Əflatun. )- 0,80mln.man.
Hesablamadan görünür ki, hadisə olan dövrə qədər, yəni 2011-ci il 11 iyul tarxinə qədər
Hacı İbrahimin Hümbətə borcu-840 min manat, Əflatunun Hümbətə borcu-800 min manat olmuşdur. Başa düşə bilmirəm, necə olur ki, mənim kassadan 1,64 mln man. alacağım olduğu halda, mən satdığım evlərin pulunu gizlədirəm? Necə olur ki, Əflatunun mənə 800 min manat borcu olduğu halda mən onu tamah məqsədi ilə öldürürəm? Bu bir absurd iddiadır!
Əgər ibtidai istintaq zamanı bunları araşdırsaydılar, cinayətin istiqaməti başqa səmtə yönələrdi. Bu isə hacı İbrahimin ifşa olunması deməkdir. Onun ifşa olunması isə istintaqın marağında deyildir. Niyə?
Onu da qeyd eləmək istəyirəm ki, bu günə qədər hacı İbrahim mənim nümayəmdəmi və vəkilimi 20 dəfə öz otağında qəbul edib və dəfələrlə söz verib ki, zərərçəkmişləri, yəni mənzil sahiblərini yerləşdirəcək. Həm də mənə düşən halal payımı verəcək.
Hörmətli Prezident!
Cənab nazirlər və məhkəmə sədri, prokuror!
İndi isə icazə verin çox maraqlı olan, ibtidai istintaq zamanı araşdırılmalı olan, məlum səbəblərə görə araşdırılmayan bəzi faktları nəzərinizə çatdırım. Bu rəqəmlərdən aydın olacaq ki, heç cür mən Əflatun Piriyevi tamah məqsədi ilə sifariş edib öldürtdürə bilməzdim.
Sadə bir riyazi hesablamanı sizin nəzərinizə çatdırmaq istəyirəm:
Bakıdakı Salamzadə küçəsində mənim 40 % təsisçilik payım olduğu "Azərross İ K" MTK kooperativinin inşa etdiyi 8 bloklu 19 mərtəbəli yaşayış kompleksində 720 mənzil vardır. Təmiz satışa gedən yenə tikinti sahəsini və pilləkan sahəsini çıxanda bir mərtəbənin sahəsi 4000 m2-dır. Yəni ümumi satışa gedən-4000x18 mərt.=72.000m2; Qeyri yaşayış sahəsi-4500m2, maşın dayanacağı-200 ədəd.
Nəzərinizə çatdırıram ki, 2008-ci ilin avqust ayana kimi, yəni Əflatun Piriyev təsisçi olana qədər artıq 5 mərtəbə tikilmişdi. Bu da metr kvadrata çevirəndə aşağıdakı kimi olur:
Ümumi yaşayış sahəsi: 4000x4mərt.=16000m2
Qeyri yaşayış sahəsi: 4500m2
Bu sahələrə hacı İbrahimlə mən (50X50)-yə şərikik. Yerdə qalan ümumi yaş. sahəsi: 72000-16000=56000m2, dayanacaq=200 əd. isə 40%-hacı İbrahimin, 40% Hümbətin, 20%-i Əflatunun. Göstərilən faizlər əsasında bölgü etsək, yəni:
Yaşayış sahəsi 4 mərtəbədə:
Hacı İbr: 16000m2x50%=8000m2, Hümbət:16000m2x50%=8000m2
Qeyri yaşayış sahəsi 1 mərtəbədə:
Hacı İbrahim: 4500x50%=2250m2, Hümbət: 50%=2250m2
Yaşayış sahəsi 14 mərtəbədə:
Hacı İbr: 56000x40%=22400m2
Hümbət: 56000x40%=22000m2
Əflatun: 56000x20%=11200m2
Natural şəkildə bölgü edib və tikintinin maya dəyərini təxminən 350man m2, təxmini gəliri 150 man m2, təxmini orta satışı 500 man m2 götürsək, natural pul şəklində təxmini gəlir, yəni təsisçilərin payına düşən, onların götürməli olduqları pul aşağıdakı kimi olar.
İbrahim:22400+8000=30400m2x150=4,56mln.man.
Hümbət:22400+8000=30400m2x150m=4,56mln.manat;
Əflatun:11200+0 =11200m2x150m=1,68mln.man.
İbrahim: 2250x1000=2,25mln.man
Hümbət:2250x1000=2,25mln.man
200 əd.x10000=2mln.man
Cəmi:
İbarhim: 4,56+2,25=6,81mln.man
Hümbət: 4,56+2,25=6,81mln.man
Əflatun: 1,68mln.man
Bu təmiz bu günkü gün təsisçilərin payına düşən təmiz gəlirdir. Kassadan götürülən pulu nəzərə alsaq, kimin, kimə nə qədər borcu olduğunu aşağıdakı rəqəmlər ortaya çıxarar:
İbrahim: 6.61-0,8(Hümbətə borcu)=6,01mln.man.
Hümbət: 6,81+1,61(Əflatunun, İbrahimə borcu)=8,42mln.man
Əflatun: 1,68-0,8(20%-təsisçilik payı) =0,88mln.man
Hörmətli cənab Prezident!
Cənab nazirlər və məhkəmə sədri, prokuror!
Bir halda ki, mənim real olaraq 8,42 mln.man götürəcəyim pul olduğu halda, nəyə görə mən kiminsə puluna tamah salmalıyam? Bu rəqəmləri ibtidai istintaq zamanı araşdırmalıydılar, təəssüflər olsun ki, araşdırılmayıb. Nəyə görə? Kimin dələduz hərəkətlərini alt-üst etmək üçün?
Mən əvvəlcə qeyd etmişdim ki, hacı İbrahim (İbrahim İbrahimov) Heydər Əliyev fondunun adından danışaraq, fondun işgüzar imicinə xələl gətirərək 2 mln. dollar (1mln $ kassadan götürüb, 1mln $ mənim şəxsi pulumdur), 5mln $ isə guya daha bir yüksək imicli şəxsin adı ilə götürüb “Baksovet"ə vermək adı altında. Təəssüflər olsun ki, Vaqif və Əlatun bu oğurluğun üstünün ört-basdır edilməsinin qurbanı oldular....
(Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|