MİSİR-MƏLEYKƏ TOQQUŞMASINDA YENİ MƏRHƏLƏ
Tarix: 21-02-2013, 09:55 | Çap et
Dağıdıcı monitorinq, yoxsa dağılan tifaq?!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəblərinin 1-ci sinif dərsliklərinin monitorinqini başa çatdırıb. Monitorinq nəticəsində bəlli olub ki, dərsliklərimiz biabırçı gündədir. TQDK ekspertlərinin “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərslikləri haqqında gəldikləri son qərar isə çox sərt olub: “Bu dərsliklərin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və onlar yenidən hazırlanmalıdır”. Bu ağır şapalağın təsirindən nokauta düşən Təhsil Nazirliyi məmurları bir neçə gün danışmadılar... Nəhayət, birtəhər özünə gələn Faiq Şahbazlı dilləndi. Aşığın sözü qurtaranda “neynim-neynim deyən” kimi, yenə başladı TQDK sədrinə qarşı hücuma keçməyə: “...Dövlət qurumu olan TQDK-nın digər bir dövlət qurumu Təhsil Nazirliyinin dərslikləri haqqında belə informasiya yayması cəmiyyətdə çaşqınlıq yaradır. Bu, qeyri-sağlam münasibətdir və yaxşı yol deyil”. Doğrusu, Şahbazlının sözləri əvvəlcə mənim üçün qəribə göründü. Sonra yadıma düşdü ki, o, belə sözləri əvvəllər də bir neçə dəfə deyib. Ona görə bu sözünü də təbii saydım... Sual olunur: Cənab Şahbazlı, bu informasiya cəmiyyətdə nəyə görə çaşqınlıq yaratmalıdır? Niyə bu, qeyri-sağlam yol olmalıdır? Bəyəm dərslik ictimai məsələ deyil? Hansı evdə dərslik yoxdur? Nəyə görə cəmiyyət təhsilmizin bu strateji sahəsində baş verənlərdən xəbərdar olmamalıdır? Məgər dərslik işi dövlət sirridir? Şəffaflıq nə vaxtdan qeyri-sağlam əməl hesab olunub? Srağagün ATV kanalında dediniz: “Dərslikləri qiymətləndirən ekspertlərin təxminən 40-a qədəri Türkiyədə olublar. Orada dərsliklərin qiymətləndirilməsi təcrübəsini öyrəniblər”. Deyin görüm, ekspertlərinizin öyrəndikləri nədir? Nə qədər yalan danışmaq olar?! Bəyəm Türkiyədə qiymətləndirmə sizin Dərslikləri Qiymətləndirmə Şurasındakı (DQŞ) kimi aparılır? Türkiyədə gizli rəylər alındıqdan sonra hər şey açıq şəkildə Təlim Tərbiyə Kurulu deyilən qurumun xüsusi zalında müəlliflərin, naşirlərin, onların məsləhətçilərinin iştirakı ilə müzakirə olunur və onlara cavab haqqı tanınır. Xırda nöqsanlar olduqda bəlli bir müddətə onları düzəltmələrinə imkan və vaxt verilir. Bəs Türkiyə təcrübəsini öyrənən DQŞ niyə hər şeyi “yanğın zamanı mal qaçıran oğru” kimi gizlində edir. Niyə müəlliflərə və naşirlərə öz işlərinin müzakirəsində iştirak və cavab haqqı tanımır? Nədən hər il dərslikləri qiymətləndirmə meyarları dəyişir? Təhsil Nazirliyinin gizlində gördüyü işlərin nəticəsidir ki, dərsliklərimiz belə rəzil günə düşüb, cənab Şahbazlı! İndi də istəyirsiniz ki, TQDK da sizinlə birləşib “dərslik gizlinlərini” davam etdirsin?! İnandırım sizi, əgər bundan sonra da “gizli işlər” davam edəcəksə, yenə Azərbaycan bayrağı baş-ayaq, yaxud cırılıb didilmiş şəkildə çap ediləcək. Necə olub ki, Türkiyədə “təcrübə keçmiş” ekspertləriniz “Həyat bilgisi-3” dərsliyində 40 standartdan 16-sına aid heç bir materialın olmadığını görməyiblər? Belə şey dünyanın harasında görünüb? Türkiyədə nəinki 16, hətta bircə standartın reallaşdırılmamasına görə dərsliyi qiymətləndirməyə buraxmırlar. Bu günlərdə Qazaxıstanda riyaziyyat kitabındakı bir məsələdə kabusla bağlı sözlərə yer verildiyinə görə dərslik ləğv olundu. Bəs siz nə etdiniz? – Bu qədər həngamələrdən sonra bunu edən müəllifləri və naşirləri yenidən müsabiqə-tenderin qalibi elan edib mükafatlandınız. TQDK dərsliklər haqqında özünün yekun rəylərini internetdə açıq şəkildə yerləşdirib. Yəni hamı, o cümlədən, Şahbazlı görsün ki, dərsliklərdə hansı nöqsanlar var. Bəlkə TQDK-nın bu şəffaf işinə “qeyri-peşəkar, səriştəsiz münasibət” deyirsiniz, Faiq əfəndi? Bəs onda sizin DQŞ-nin “gizli işini” necə adlandıraq: Peşəkar və səriştəli hırsızlıq?! TQDK-nın apardığı monitorinqi dağıdıcı monitorinq adlandırırsınız. Bax, burada sizinlə tamamilə razıyam. Doğrudan da TQDK monitorinqi sizin qurduğunuz “dərslik nəşri” oyununu dağıdır. Ona görə də rəyləri oxumamış, analiz etməmiş haray-həşir salır, vay-şivən qoparırsınız. Qoparın, qoparın çünki millətin gələcəyinə çalınan baltalarla qurduğunuz tifaq dağılır...
P.S. Yazıma nöqtə qoymaq istəyirdim ki, APA belə bir məlumat yaydı: “TQDK 3-cü sinfin “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinin də məktəblərimizdə istifadəsini məqsədəuyğun hesab etməyib”. Gözünüz aydın olsun, Faiq müəllim!..
Nadir İSRAFİLOV, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|