Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

AYAZ MÜTƏLLİBOV TARİXİ QURCALAMASA, YAXŞIDIR
Tarix: 1-03-2013, 09:32 | Çap et
AYAZ MÜTƏLLİBOV TARİXİ QURCALAMASA, YAXŞIDIR
KEÇMİŞ PREZİDENTƏ DAHA BİR CAVAB

Sabiq daxili işlər naziri Tahir Əliyev eks-prezident Ayaz Mütəllibovun onun haqqında səsələndirdiyi ittihamlara cavab verib. Tahir Əliyev bununla bağlı Modern.az saytına açıqlama göndərib. Onu olduğu kimi təqdim edirik:

- “Yeni Müsavat” qəzetinin 26.02.2013-cü il sayında eks-prezident Ayaz Mütəllibov haqqımda “Mən Ağdamda elə qüvvələr toplamışdım ki, o qüvvələr Qarabağı azad etməyə qadir idi. Ancaq eləmədilər. Cəbhəçilərdən də dəvət etmişdim. Qarabağda xüsusi dairə yaratmışdım. Tahir Əliyev kimi adamı qərargah rəhbəri qoydum, bütün qüvvələri ona tapşırdım. O neylədi?!” fikrinə açıqlama gətirmək istərdim.

İlk öncə qeyd edim ki, mən Azərbaycan Respublikasının deputatı, Müdafiə Şurasının üzvü idim. Həmin vaxt hansısa dairə deyil, Qarabağ zonası üzrə xüsusi nümayəndəlik yaradılmışdı və bu nümayəndəliyndə rəhbəri Musa Məmmədov idi. Bu nümayəndəlik bir struktur olaraq özundə DİN, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və s. qurumları birləşdirirdi. Həmin vaxt bu nümayəndəlik hələ tam formalaşmamışdı və bu istiqamətdə işlər aparılırdı.

O vaxtkı daxili işlər naziri Tofiq Kərimov mənə dedi ki, Prezidentin yaratdığı Qarabağ zonası üzrə DİN-nin nümayəndəsi təmsil olunmalıdır. O bildirdi, "bu vəzifəni 5-6 nəfərə təklif etmişəm, amma razılıq verən yoxdur. Prezidentlə qərara gəlmişik ki, bu vəzifəni sizə həvalə edək". Mən o dövrdə yaranmış vəziyyəti yaxşı bilirdim. Hansı ki, həmin vaxt Qarabağda vəziyyət kəskin dərəcədə pis idi, ermənilər 366-cı alayın vasitəsilə Azərbaycan kəndlərinə hücum edirdilər. Buna səbəb isə əsas tələb də o idi ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olsun. Azərbaycan xalqının bəxti onda gətiməmişdi ki, həm Qorbaçov, həm də Yeltsin ermənipərəst idi. Belə bir çətin vaxtda məndə başqaları kimi təklif olunan bu “vəzifə”dən imtina edə bilməzdim. Mən o vaxt Prezident Ayaz Mütəllibovun sədri olduğu Müdafiə Şurasının üzvü idim və buradakı səlahiyyətim təklif olunan “vəzifə”dən qat-qat artıq idi. Dağlıq Qarabağ zonasındakı bütün çətinlikləri əvvəlcədən bilərək, mən oraya getməyə bilməzdim.

Tofiq Kərimovdan sonra Ayaz Mütəllibov məni qəbul etdi, Tofiq Kərimovun dediklərini yenidən mənə bildirdi. Həmin vaxt biz bu məsələni geniş müzakirə etdik. Eləcə də mən Ayaz Mütəllibova dedim ki, "Yeltsin nəyin bahasına olursa-olsun istəyir ki, MDB-nin vahid silahlı qüvvələrinin yaradılması sistemini qursun (Sozdaniya sistemı edinı voorujonnıx sil- SNQ)". Həmin vaxt bu sustemin qurulması Pavel Qraçova tapşırılmışdı, hansıki o, bu ideyanın qatı tərəfdarlarından idi. O dövrdə məlumatlar var idi ki, Pavel Qraçovun anası erməni idi. Bir haşiyəyə çıxım, zaman göstərdi ki, Qraçov ermənilərə göstərdiyi xidmətlərə görə İrəvan şəhərinin fəxri vətandaşı adını aldı. Görüşdə qeyd etdim ki, Qraçovun əmri ilə 1991-ci ilin əvvəllərindən başlayaraq 366-cı alayın 80 faizi erməniləşdirilib. Bu göstəriş Zaqafqaziya hərbi dairəsinin komandanının müavini milliyətcə erməni olan generala tapşırılıb (familiyası yadımda deyil). Əlavə olaraq bildirdim ki, Dağlıq Qarabağda 366-cı alaydan başqa Ermənistandan və xaricdən gətirilən muzdlular var. Bütün bunları ona deməklə bildirdim ki, Müdafiə Nazirliyi kağız üzərində yox, tam struktur olaraq formalaşmalıdır.

Görüşdə Ayaz Mütəllibov bildirdi ki, "siz başqaları kimi deyilsiz, fərqlisiniz, vətənə, torpağa bağlı insansınız və Qarabağda belə çətin məqamda istərdim ki, siz ora gedəsiniz".

Ağdama getməzdən əvvəl bir müddət sursat təchizatı ilə məşğul oldum və bu sursatı Giləzidən Sumqayıt DOOSAF maşınları ilə DİN-nin Biləcəridəki anbarlarına topladım. Qeyd edim ki, bu sursatlar tək Ağdama deyil, bütün cəbhə zonasına paylanılırdı.

1992-ci ilin yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından bir gün sonra mən artıq Ağdamda idim. Bu vertolyotun vurulması Malıbəyli, Quşçular, Xocalı, Qaradağlı, Kəlbəcərin bəzi kəndlərində vəziyyəti daha da gərginləşdirdi. AZAL əhalinin və pilotların təhlükəsizliyi baxımından uçuşları dayandırmaq məcburiyyətində qaldı. Vurulan vertolyotda ölən insanların qohumları və yaxınları Ağdamın mərkəzi meydanında toplaşmışdı. Eyni vaxtda vertolyotla yaşayış məntəqələrinə gedən insanlar meydana və aeroporta yığışmışdı. Eləcə də ermənilər azərbaycanlılar yaşayan məntəqələri intensiv atəşə tuturdular.
AYAZ MÜTƏLLİBOV TARİXİ QURCALAMASA, YAXŞIDIR

Ağdamda o dövrdə özünümüdafiə batalyonları var idi, ancaq onlar birləşmək istəmirdilər. Buradakı döyüşçülər vətənpərvər olsalar da, onlara rəhbərlik edən klanlar batalyonlar arasında süni gərginlik yaradırdılar. Burada qeyd edim ki, bu döyüşçülər vətənpərvər olmaqlarına baxmayaraq, heç də Ayaz Mütəllibovun müsahibəsində dediyi kimi bütün Qarabağı azad etməyə qadir deyildilər. Onlar nə cür Malıbəyli, Quşçulara və yaxud Qaradağlıya qədər gedib çıxa bilərdilər? Əgər o qüvvələr Xocalıya dəhliz aça bilərdilərsə, onda nəyə görə Gəncədən pul hesabına əlavə hərbi texnika gətirilirdi? Əslində bu hərbi texnikanın gücü ilə Xocalıya dəhliz açmaq belə mümkün olmadı. Xoramurt, Fərrux kəndləri alınmasına baxmayaraq, Xanabaddan Xocalıya tərəf keçə bilmədik. Xoramutda döyüşlər o qədər gərgin oldu ki, polkovnik Arif Salahovun idarə etdiyi BMP-2 366-cı alayın eyni adlı texnikası ilə təpəlikdə qabaq-qabağa gələrək toqquşma dərəcəsinə çatdı. Buradakı döyüşdə Xəlilrza Ulutürkün oğlu Təbrizi məndən 20 metr məsafədə güllə ilə vurduqlarını gördüm (Bakıya qayıtdıqdan sonra daxili işlər naziri olarkən Xəlilrza Ulutürk yanıma gəldi və mən ona Təbrizin Xoramutda döyüşdə mənimlə birgə qəhrəmancasına döyüşdüyünü və şəhid olmasını danışdım və bildirdim ki, Siz oğlunuzla fəxr edə bilərsiniz! Həmin vaxt o məndən xahiş etdi ki, o biri oğlunu da milis orqanlarına götürüm. Mən də onun oğlunu milisə (QAİ) işə götürdüm). Bu döyüşlə bağlı bir hadisəni də qeyd edim ki, Xoramurtdakı döyüşdə Qarabağla bağlı səlahiyyətli nümayəndə Musa Məmmədov da mənimlə birgə getmişdi. Düşmən tərəfi məsafəcə yaxın idi və güllələr yan-yörəmizə düşürdü, hətta qulağımızın dibindən belə keçirdi. Bu məqamda ozümdən asılı olmayaraq Musa müəllimi güllələrdən qorumaq üçün yaxılıqdakı çökəkliyə çox bərk şəkildə itələdim və o, bu çökəyə düşdü. Döyüşdən sonra mən Musa Məmmədovdan ona etdiyim hərəkətə görə üzr istədim. O məndən soruşdu ki, yanımıza düşən güllələri gördüm, qulağımızın dibindən keçən ani səslər nə idi. Mən də öz növbəmdə bildirdim ki, o səslər qulağımızın dibindən keçən güllələr idi və buna görə sizi çökəkliyə itələməli oldum.



Bu əməliyyatdan sonra Allahverdi Bağırovun dəstəsindən həlak olan döyüşçülərin meyitlərini götürmək üçün çox əziyyət çəkildi.

Bütün bu məsələlərdən sonra qərara gədik ki, mən, Musa Məmmədov, Sayyaf Verdiyev, İslah Paşayev Gəncə şəhərinə rus hərbçilərinin yanına gedib, vertolyotların muhasirədə olan digər azərbaycanlıların yaşadığı ərazilərə uçuşunu təmin edək. Zaqafqaziya hərbi dairəsindən vertolyotlara komandanlıq edən general bildirdi ki, "müstəqillik istətiyirdiniz, aldıniz, bizim yanımıza niyə gəlmsiz?" Rus generalı həmçinin əsəbi şəkildə söylədi ki, "sizin Şahin Musayev bura gələrək bizim pilotları söyərək təhqir etdi". Buna baxmayaraq biz xahiş etdik ki, həmin mühasirədə olan yaşayış məntəqələrini unla təmin etməyə kömək etsinlər. Biz həmin un kisələrinin içinə gizli şəkildə sursat (patron) yerləşdirərək bir neçə vertolyot göndərə bildik.

Fevral ayının 7-dən sonra Malıbəyli, Quşçularda vəziyyət həddindən artıq gərginləşdi. 366-cı alayın zirehli texnikası bort nömrələrini əhəngləyərək kənardan bu iki kəndi atəşə tutmağa başlamışdılar. Camaatın əksər hissəsi məcbur olub məktəbə yığışmışdı. Məlum olanda ki, kəndi saxlaya bilmirlər, çıxmalıdırlar və onda bilə-bilə radiostansiyanın efirində erməniləri çaşdırmaq məqsədilə Xocalıya tərəf getdiklərini bildirdilər. Çünki bilirdilər ki, ermənilər radiostansiyanı dinləyirlər. Mən başa düşdüm ki, onlar iz azdırırlar. Həmin vaxt Ağdamda qalan, lakin əslən Malıbəyli, Quşçulardan olan bələdçilərlə görüşdüm. Bunların biri dedi ki, Abdal-Gülablı səmtinə “keçi cığırı” deyilən yol var. Biz Abdal-Gülablıya gəldik və mən meşədə Müşviq adlı ovçu gördüm. Mən ondan soruşanda “keçi cığırı” yolunu dəqiq göstərdi. Biz təxminən fevralın 11 və ya 12-də Abdal-Gülablıda camaatın qabağına çıxdıq. Malıbəyli, Quşçular camaatı həddindən artıq yorğun idilər və bir çoxlarının əl-ayaqlarını don vurmuşdu. Elə mən də Müşviqlə çox üşümüşdük, çünki uzun müddət qarın içində uzanıb onları uzun müddət gözləməli olmuşduq. Abdal-Gülablı camaatı çox sağ olsun ki, Malıbəyli, Quşçulardan gələnləri qonaqpərvərliklə qarşıladılar. Qeyd edim ki, 366-cı alayın bir neçə özbək əsgəri də Malıbəyli, Quşçular camaatı ilə bilikdə oranı tərk etmişdi. Onlar Bakıda ANS-ə müsahibələrində mənim dediklərimi təsdiqlədilər. Sonra rəhmətlik Çingiz Mustafayev onları Moskvaya apardı.

Təxminən fevralın 13-ü və ya 14-ü Gəncə milisinin rəisi Eldar Həsənovla general Budeykin Gəncədən Ağdama 5 tank gətirdilər. Qərara gəldik ki, bu tanklarla Əmrallar, Muğanlı, Kuropatkin istiqamətindən Qaradağlıya yol açaq. Orada bir strateji yüksəklik vardı ki, ermənilərin əlindəydi. Gələn 5 tankdan 4-ü Muğanlı, Əmrallar, Kuropatkin istiqamətinə gedib çıxa bilmədi, guya “xarab” oldu. Qaradağlıya yol açmaq üçün o yüksəklik alınmalı idi. Əhali arasında ora “Kaftar qaya” deyirdilər. Budeykinin göstərişilə həmin yüksəkliyə 2 mərmi atəşi açıldı, biz qərara gəldik ki, o atəşdən sonra o yüksəkliyi götürək. Mən, Ağdam milisinin rəisi İslah Paşayev, Əmrallar batalyonunun bir hissəsi, Xudu Xuduyev və batalyonunun bir hissəsi bir BRDM-lə yüksəkliyə doğru hücuma keçdik. Düşünürdük ki, Budeykin hücuma keçəndə bizə dəstək olacaq. Yüksəkliyə 15-20 metr qalmış ermənilər 366-cı alayın əsgərləri ilə yuxarıdan aşağı bizi güllə atəşinə tutdular. Mənim bir neçə metrliyimdə qranatomyotla BRDM-i vuraraq partlatdılar. Orada bizim bir zabitimiz həlak oldu, biri isə yaralandı. Budeykin isə bizi müdafiə etmək əvəzinə tankını sürüb getdi. Biz girov düşmək təhlükəsilə üzləşdik. Lakin möcüzə nəticəsində mühasirəni yarıb ərazidən uzaqlaşa bildik. Ağdama gecə saat 4-də çata bildik. Ağdamda bir çoxları hesab edirdilər ki, biz əsir götürülmüşük, ona görə də əhalinin çox hissəsi dağılışmamışdı. Orada dedilər ki, Tofiq Kərimov məni axtarıb. Mən gecə ikən onun evinə zəng vurdum və o, bildirdi ki, siz mühasirəyə düşmüsüz. Mən ona bildirdim ki, möcüzə nəticəsində mühasirəni yarıb xilas ola bilmişik. T.Kərimov Qubadlıda vəziyyətin həddən artıq gərgin olduğunu və rayonun ağır texnikadan, qradlardan, toplardan atəşə tutulduğunu dedi və bildirdi ki, fikirləri dəhliz açmaqdır. Mən təcili olaraq gecə saat 4, 5-ə işləmiş yola düşdüm və təxminən səhər 10-da Qubadlıya çatdım. Qubadlı atəş altında idi, rayon camaatı təşviş içindəydi. Təkcə Yazıdüzü postunda bombardıman nəticəsində 6 meyit qalmışdı. Ağır texnikalar postları bombardıman edib Yazıdüzü ilə hərəkət edib Tövlələr deyilən əraziyə çatmışdılar. Mən Qubadlıdan vəziyyəti Tofiq Kərimova dedim və əlavə qüvvə istədim. O mənə dedi ki, Gəncənin milis rəisi Eldar Həsənovla əlaqə saxlayım. Eldar Həsənovla əlaqə saxladım və o, operativ olaraq vertolyotlarla Qubadlıya əlavə milis qüvvələri göndərdi. Bu qüvvələri səfərbər edərək, düşməni geri oturtduq. Şəhid olanları icra başçısı Hüseynlə səngərlərdən çıxarıb, artilleriya atəşləri altında dəfn etdik. Bu arada milis rəisi Nadir gəlib xəbər verdi ki, Tofiq Kərimov deyir Prezident Ayaz Mütəllibova zəng edim. Mən icra başçısı Hüseynlə birgə onun xidməti otağından Prezidentə zəng etdim. Telefon danışığı zamanı yaranmış vəziyyəti soruşdu, mən ona vəziyyəti olduğu kimi danışdım. O mənə bildirdi ki, "1988-ci ildən qaynar nöqtələrdə olmusunuz və əhali arasında yüksək nüfuza maliksiniz. Tacəddin Mehdiyevi uğursuz Daşaltı əməliyyatından sonra müdafiə naziri kimi saxlaya bilmərəm. Mən də başda olmaqla belə qərara gəldik ki, sizi müdafiə naziri təyin edək". Mən ona dedim ki, "orada eşitmişəm general Şahin Musayev var və bəlkə onu bu vəzifəyə təyin edəsiniz (Düzünü deyim ki, Şahin Musayevi görməmişdim)". Prezident mənə dedi ki, "Şahin Musayev azərbaycanca danışa bilmir, xarici görünüşü rusa bənzəyir, indiki vəziyyətdə əhali onu qəbul etməyəcək".
Beləliklə məni Bakıya çağırdı. Fevral ayının 16-da artıq mən Bakıda idim. Fevralın 24-dək gözləməli oldum və həmin gün Ayaz Mütəllibov məni qəbul etdi və telefonda dediklərini bir daha təsdiq etdi. Sonra mən ona cəbhədə baş verənlər haqqında ətraflı məlumat verdim və qeyd etdim ki, Müdafiə Nazirliyinin adı var, özü yoxdur. Bu nazirlik təcili olaraq yaradılmalıdır. O da mənə bunu edəcəyini söz verdi. Fevralın 25-də məni təqdim etdilər, amma oturmağa belə xidməti otağım yox idi. Mən zabitlərlə bir otaqda oturdum. 25-dən 26-a keçən gecə Xocalıya hücum oldu və mən Baş Qərargah rəisi Şahin Musayevi ora göndərdim.

İndi Ayaz Mütəllibov deyə bilərmi:

-Əgər Ayaz Mütəllibovun Ağdamda elə qüvvələri var idisə, niyə nazirlərini götürüb Qarabağı azad etmirdi? O dövrdə respublikada bundan vacib məsələ yox idi.

-Əgər o qüvvələr Qarabağı azad etməyə qadir idisə, nəyə görə Gəncədən əlavə hərbi texnika gəlirdi?

-Əgər Tahir Əliyev səriştəsiz idisə, nəyə görə müdafiə naziri təyin edirdi?

-Bəlkə Ayaz Mütəllibov kiminsə xoşuna gəlmək üçün mənim adımı çəkir?

-Niyə Ayaz Mütəllibov məni cəbhəhəçi kimi qələmə verir? Mən dəfələrlə mətbuatda və telekanallarda bildimişəm ki, cəbhəçi olmamışam. Ayaz Mütəllibov bunu yaxşı bilir.

-Niyə maraqlı qüvvələr çalışırlar ki, guya mən Xocalı faciəsi zamanı orada olmuşam.

Vaxtilə haqqımda mediada qara-piar aparılarkən, bir öyrədilmiş qadın efir vasitəsilə bildirdi ki, fevralın 25-də Xocalıda ermənilər əhalini qıranda, guya o qadın Ağdamda qonaq evinə gəlib və görüb ki, güzgünün qarşısında üzümü təraş edirəm. O süjet zamanı bildirdi ki, guya mənə “Sən burada üzünü qırxırsan, Xocalıda isə ermənilər azərbaycanlıları qırır” deyib. Mən həmin verilişə baxanda bu öyrədilmiş qadına və verilişi hazırlayanlara yazığım gəldi. Halbuki, hər kəs bilirdi ki, mən Ağdamdan Qubadlıya, oradanda Bakıya getmişəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru