ŞOK: RƏSMİ BAKI İVANAŞVİLİNİ DEVİRƏCƏK
Tarix: 1-03-2013, 11:58 |
Çap et
RUSİYA MƏTBUATINDA HƏCƏYANLI XƏBƏR: AZƏRBAYCAN GÜCLƏNƏ BİLƏR
DİA.AZ: - Məlum olduğu kimi, fevral ayının 27-28-i tarixlərində Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Azərbaycanda səfərdə olub. Bu səfəri bəzi ekspertlər gürcü dövlət başçısının vida səfəri kimi dəyərləndirsələr də, əslində Bakıda olduqca ciddi bəyanatlar və açıqlamalar verən Saakaşvilinin özünü Azərbaycanda Gürcüstandakından daha rahat hiss etdiyi də nəzərlərdən yayınmadı.
Bildirək ki, artıq bir sıra rus portalları bu səfərlə bağlı mövqelərini də ortaya qoyublar ki, bu mövqelərdən daha çox hiss olunanı Kremlin əndişə keçirməsidir. Bu barədə rusiya mətbuatına istinad edən DİA.AZ bildirir ki, ruslar Saakaşvili ilə prezident İlham Əliyevin Rusiya əleyhinə Bakıda danışıq apardığını da iddia edirlər.
Yəni həmin məlumatlardan belə bir nəticə hasil olur ki, gürcü dövlət başçısı İlham Əliyevdən hakimiyyətini möhkəmləndirə bilməsi üçün dəstək istəyib və ən çox da Gürcüstanda yaşayan azərbaycanlıların (Rusiya KİV-lərində onların sayının 700 mindən yuxarı olduğu bildirilir -red.) dəstəyini əldə edə bilməsini arzu etdiyini rəsmi Bakının diqqətinə çatdırıb.
Rusiyanın «anonimofakt» portalı isə belə bir məlumat yayıb ki, Mixail Saakaşvili Tiflisdə təkrar hakimiyyəti ələ keçirə bilməsi üçün Bakı ilə anlaşıb: «Artıq anlaşma əldə olunub. Bu həm də o deməkdir ki, İlham Əliyev İvanaşvilini devirməyə qalxacaq. Əgər Azərbaycanın belə bir planı baş tutarsa, o zaman Rusiya Qafqazı birdəfəlik olaraq itirəcək. Çünki Azərbaycanın timsalında Qafqazın nəhəng bir dövləti meydana çıxmış olur».