PULLA SATILAN SARAY HƏYATI
Tarix: 5-03-2013, 09:00 | Çap et
MƏMURLAR SAKİNLƏRƏ HANSI HƏYATI RƏVA GÖRÜR?Regionların sosial iqtisadi inkişafı istiqamətində ölkənin bütün bölgələrində tədbirlər görülsə də, bəzi məmurlar bu tədbirlərdən vətəndaşların sosal rifahının yaxşılaşdırılması üçün deyil, şəxsi maraqlarına istifadə edir. Həmin məmurlar vətəndaşları dövlətdən narazı salmaqla özlərinin şəxsi maraqlarının güclənməsinə xidmət edir. Ən qəribəsi odur ki, bu şəxslər nəinki bölgələrdə, hətta mərkəzə yaxın ərazilərdə də var. Söhbət paytaxt Bakının cəmi 15 kilometrliyindən, Abşeron rayonunun Saray qəsəbəsindən və buradakı məmurlardan gedir. Paytaxta ən yaxın kənd və qəsəbələrdən olan Saray qəsəbəsi uzun müddətdir ki, məmur məsuliyyətsizliyindən problemlər içində boğulur. Bu ərazidə yaşayanların sayı durmadan artdıqca, qəsəbənin problemləri də sürətlə çoxalır. Amma, buna baxmayaraq Saray rəhbərliyi prpoblemin həlli barədə fikirləşmək belə istəmir. Nəticədə illər boyu problemlər içərisində boğulan əhalinin problemləri daha da artır.
Sakinlər kanalizasiya iyindən boğulur
Saray qəsəbəsində problemlər bir-iki deyil. Burda demək olar ki, hər məhəllədə, hər küçədə problemi açıq-aydın görmək olar. Qəsəbənin ən ağrılı problemindən biri və birincisi kanalizasiya problemidir. Bu problem barədə Saray sakinləri dəfələrlə etiraz aksiyalarına cəhd etsələr də, qəsəbə məmurları sakinləri müəyyən bəhanələrlə sakitləşdirib, problemin həll ediləcəyinə yalandan söz verib. Amma, sonradan heç bir cavabdeh şəxs bu məsələyə qayıtmayıb. Yəni, bu da digər problemlər kimi yaddan çıxan problemə çevrilib. Sarayda kanalizasiya problemi 10 ildən artıqdır ki var və sakinlər artıq bu problemdən cana doyub. Demək olar ki, 2000-ə yaxın evi olan Saray qəsəbəsinin yarısından çoxu kanalizasiyasız yaşayır. Qəsəbədə çox biabırçı vəziyyət yaranıb. Sakinlərin bir hissəsi məmur məsuliyyətsizliyindən cana doyub öz şəxsi vəsaitləri hesabına kanalizasiya xətti çəksələr də, 1000-dən artıq ev bu gün də kanalizasiyasızdır. Həmin şəxslərin kanalizasiyasız qalmasına səbəb isə bu ailələrin o qədər də imkanlı olmamasıdır. Sakinlərə dəfələrlə kanalizasiya çəkilməsi barədə söz verilsə də, bu sözü reallığa çevirən olmayıb. Elə söz ümid yeri olaraq qalıb. Məmurlar hər dəfə sakinlər şikayətə qalxanda onları sakitləşdirir, yaxın vaxtlarda kanalizasiya xəttinin çəkiləcəyini söz verib aradan çıxırlar. Nəticədə sakinlər zülmlü yaşayışa davam etməyə vadar olurlar. Artıq onlarla küçədə biabırçı vəziyyət yaranıb. İş o həddə çatıb ki, qəsəbənin əksər küçələri üfunət iyi verir. Səbəb evlərin kanalizasiyalarının birbaşa küçələrə axıdılmasıdır. Çünki, qəsəbədə başqa çarə yoxdur. Sakinlərin qazdıqları kanalizasiya quyuları tez-tez dolur və kanalizasiya küçələrə axmağa başlayır.
Sarayın yolları açınacaqlı vəziyyətdədir
Sarayda ikinci problem yol problemidir. Artıq 10 ildən çoxdur ki, sakinlər bu qəsəbədə yolların bərbad vəziyyətindən əziyyət çəkir. Qışda palçıqdan, yayda isə tozdan məhəllələrə daxil olmaq mümkün deyil. Qəsəbənin heç bir məhəlləarası yolları, daxili küçələri asfaltlanmayıb. Bir neçə küçə qismən asfaltlanıb ki, bu da həmin küçələrin imkanlı şəxslərinin şəxsi vəsaiti hesabına başa gəlib. Qalan küçələr hamısı palçıqlı vəziyyətdədir. Sakinlər təxminən 100 metrlik yolu qış aylarında yarım saata qət edə bilir. Bu yollarda avtomobillə qışda hərəkət etmək isə ümumiyyətlə mümkünsüzdür. Çünki qış aylarında çökəkli yollara girən maşın orada mütləq batmalıdır. Sakinlər deyirlər ki, yolların bərbad olması ilə bağlı hər dəfə Saray Bələdiyyəsinə və qəsəbənin icra nümayəndəliyinə müraciət etsələr də, hər dəfə bir bəhanə ilə onları geri qaytarıblar: “Saray İcra Nümayəndəliyinə gedirsən, deyirlər ki, məhəlləarası yollar bu qurumun balansında olmadığı üçün onlar bu barədə tədbir görə bilmir. Məsuliyyəti atırlar Saray Bələdiyyəsinin üzərinə. Saray Bələdiyyəsinin sədri Ənvər Pirəliyev isə hər dəfə bir bəhanə ilə bizi özündən uzaqlaşdırır. Gah deyir ki, bələdiyyə özünüidarə orqanıdır və bu quruma yollar üçün vəsait ayrılmır. Gah da deyir ki, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının növbəti mərhələsində küçələr asfaltlanacaq. Amma, hansı növbəti mərhələdir bilmirik. Biz şikayət edəndən sonra adıçəkilən proqram iki dəfə icra olunub. İki 5 illikdə həmin proqramdan bizim yollara heç bir vəsait ayrılmayıb. Hər dəfə də deyirlər ki, növbəti mərhələdə. O hansı növbəti mərhələdir, bilinmir. Başımızı yalandan aldadırlar ki, səsimizi çıxarmayaq. Artıq sakinlər problemlərdən cana doyub”.
4 ildir istifadəyə verilən qaz xətti sakinlərə verilmir
Sakinlərin daha bir problemi qaz problemidir, Bu isə Saray rəhbərliyi tərəfindən bilərəkdən həll olunmur. Belə ki, Saray qəsəbəsində 4 ildən artıqdır ki, yeni qaz xətti çəkilib və köhnə xəttlər ləğv olunub. Amma, buna baxmayaraq, hələ də onlarla küçə yeni qaz xətti ilə təmin edilməyib: “4 ildir ki, qaz xətti çəkilib mənzillərin qarşısında saxlayıblar. Hansı küçə ki tapşırılır və ya onlara hörmət edir, o küçələrə qaz verilir. İki ildən artıqdır ki, qaz xətti istifadəyə verilib. Amma, bütün sakinlərə yox. İki ildir ki, yeni məhəllənin bir qisminə qaz verilib. Amma, əksər küçələr hələ də qazsız qalıb”. Sakinlər deyirlər ki, qaz xətti istifadəyə verilsə də, qəsəbə rəhbərliyinin tapşırığı ilə xətt bağlanılıb. Səbəb isə qəsəbə rəhbərliyinin maklerləri tərəfindən vətəndaşlardan pul tələb olunmasıdır: “Yeni xətt çəkiləndə Sarayın maklerləri hər evdən 600 manat tələb etdilər. Bəziləri həmin pulu versə də, əksər əhali bu xəttin dövlət proqramı çərçivəsində çəkildiyini bilib maklerlərə pul vermədilər. Ona görə də sakinlərlə prinsip aparan qəsəbə rəhbərliyi həmin küçələrə qaz verilişinə qadağa qoydu. Bir ilə yaxın bu proses dayandırılandan sonra maklerlər yenidən qaz pulu yığmağa başladılar. Amma, bu dəfə 100 manatdan. Yenə bir qrup sakin həmin pulu verib mənzilinə qaz çəkdirdi. Amma, yenə də əksər evlər qazsız qalıb”.
Pulunu ver, qazını çəksinlər
Sakinlərin dediyinə qaz çəkilməsinə görə hazırda hər ailədən 100 manat tələb edilir. Bu pulu verməyənlər hələ də qazsız qalıb. Sonda sakinjlər məcburiyyət qalıb “Azəriqaz” İstehsalat Birliyinə müraciət ediblər. Bəli, bu gün Saray qəsəbəsi bu cür problemlər içində boğulur. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı Saray məmurları tərəfindən belə icra olunur. Bu məmurlar artıq Dövlət Proqramının icrasından da sui-istifadə etməklə gəlir əldə edir, vətəndaşlardan rüşvət tələb edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|