TƏHSİL EKSPERTİ DİREKTORU YIXIB SÜRÜDÜ
Tarix: 6-03-2013, 08:53 | Çap et
Əlövsət Ösmanlı: “Yaşı 75-i haqlamış Abdulla Mehrabov “tənqid” və “təhlil” anlayışlarını “şou” ilə qarışdırır”
DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini davam etdirir. Xəbər verildiyi kimi, artıq 1, 3, 4-cü siniflər üçün bu iş başa çatdırılıb. Qurumun ekspert şurasının gəldiyi yekdil qərara əsasən bu siniflərdə istifadə olunan 8 dərsliyin – “Azərbaycan dili-1”, “Riyaziyyat-1”, “Azərbaycan dili-3”, “Riyaziyyat-3”, “Həyat bilgisi-3”, “Azərbaycan dili-4”, “Riyaziyyat-4”, “Həyat bilgisi-4” dərsliklərinin istifadəsi məqsədəuyğun deyil və onlar yenidən hazırlanmalıdır. Bu sərt qərar qarşı tərəfi – Təhsil Nazirliyini hərəkətə gətirib. Belə ki, nazirdən tutmuş aşağılaradək sistemdə çalışan bir çox məmurlar monitorinqlərin nəticələrini qəbul etmədiklərini bildiriblər. Hətta onların bəziləri TQDK-da dərsliklərlə bağlı keçirilən seminarların üzərinə müxtəlif yarlıqlar yapışdırmağa da başlayıblar. Uzun sürən susqunluqdan sonra, nəhayət ki, üç gün öncə nazirliyin Təhsil Problemləri İnstitutunun direktoru professor Abdulla Mehrabov da dillənib. Onun məsələyə münasibəti çox qısa olub: “Dərslikləri keçməyən adamlar şou yaradırlar”. (AzNews.az). Professorun bu fikrinə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq. “Bu, Təhsil Nazirliyi sistemində çalışan bəzi məmurların oxuduğu köhnə bayatıdır. Aşığın sözü qurtaranda “neynim-neynim” deyən kimi, bu adamların da daha deməyə sözü yoxdur, ona görə də onlar “şou” sözündən yapışıblar. Xeyli əvvəl bu sözü nazirliyin şöbə müdiri Faiq Şahbazlı işlətmişdi. Dərslik xəşilinin çömçəsi əlində olan Şahbazlını başa düşmək olar. Necə deyərlər, artıq onun ələyi ələnib, xəlbiri göydə fırlanır, isterikadan ağzına gələni danışır, tənqidçilərin hərəsinin üzərinə bir çamur atır. Bəs Abdulla Mehrabova nə düşüb ki, o, belə sözlər deyir? Bu adam Təhsil Problemləri İnstitutunun direktorudur. Özü də, maşallah, böyük ad və titulların sahibidir. Heç olmazsa, fikir söyləyəndə o, bunları nəzərə almalı, alim kimi danışmalı idi. Görünür, yaşı 75-i haqlamış Abdulla Mehrabov artıq “tənqid” və “təhlil” anlayışlarını “şou” ilə qarışdırır. Bir nəfər “dərslik” adı ilə balalarımıza sırınmış yaramaz kitabların içərisindəki elmi-pedaqoji səhvləri açıb-tökürsə, onun kimliyinin nə mənası var?! Yaxud onun sözlərinin rəngi qara, başqalarınınkı ağdır?! Görəsən, bu sözlərə çeşid vurmaqda sayın professorun məqsədi nədir?! Hesab edirəm ki, Abdulla Mehrabovun dediyi fikir normal məntiqə sığmır və cəfəngiyatdan başqa bir şey deyil. Yaxşi yadımdadır, 2008-ci ilin sonlarında o, rəhbərlik etdiyi institutda biabırçı “Riyazıyyat-1” dərsliyi ilə bağlı bir tədbir keçirirdi. Tərifin biri bir qəpiyə çıxmışdı, duran da, oturan da bu “dərsliyin” görənəkliyindən danışırdı. Abdulla Mehrabov o anları nəzərində canlandıra bilsə, görər ki, “şou” dediyi onun təşkil etdiyi həmin tədbir idi ki, bu gün də Azərbaycan məktəbi onun altını çəkir. Əgər o zamanlar Mehrabov vətəndaş və alimlik mövqeyini ortaya qoysaydı, hər şeyi öz adı ilə desəydi, bu gün dərsliklərimiz urvatsız günə düşməzdi. Biabırçılğın dərəcəsinə baxın nazirliyin orqanı olan “Azərbaycan müəllimi” qəzeti həmin şouya, nə az, nə çox, düz 3 böyük səhifə ayırmışdı... Abdulla Mehrabova bir xatırlatma vermək istərdim. Təxminən 25 il öncə SSRİ EA-nın Sibir bölməsində belə hadisə baş vermişdi. Novosibirskdəki elmi mərkəzlərdən birində böyük ixtisarların aparılması məsələsi ortaya çıxanda mərkəzin direktoru olan bir akademik öz iş otağında buna etiraz əlaməti olaraq intihar etmişdi. O, intihardan əvvəl kağız parçasına bu sözləri yazmışdı: “Elmə qarşı xəyanətə dözə bilmədim, ona görə də intihar etmək məcburiyyətində qaldım”. Təbii ki, Abdulla Mehrabova bunu arzu edə bilmərəm. Amma bunu da qəbul edə bilmərəm ki, ölkənin aparıcı elm və təhsil mərkəzinin direktoru Abdulla Mehrabov təhsilimizdə, xüsusən də onun məzmununda gedən dağılma prosesinə seyrçi münasibət bəsləsin, yaxud da “dərslikləri keçməyən adamlar şou yaradırlar” – deməklə, dərsliklərdə olan biabırçılıqları ört-basdır etməyə çalışsın. Halbuki Novosibirskdəki hadisə bizim təhsilimizdə baş verənlərin yanında toya-bayrama gedəsidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|