NEFT PULLARININ GÖMÜLDÜYÜ YAŞIL MEYDAN
Tarix: 8-03-2013, 11:44 | Çap et
RÖVNƏQ ABDULLAYEV FUTBOL ADI ALTINDA MİLYONLARI HAVAYA SOVURUR
DİA.AZ: - Rövnəq Abdullayev AFFA-nın prezidenti "seçiləndən" sonra Azərbaycan futbolunun daha acınacaqlı vəziyyətə düşdüyü hər kəsə bəllidir. Baxmayaraq ki, futbol ictimaiyyəti Rövnəq Abdullayevə böyük ümidləri var idi. Hər kəs zənn edirdi ki, AFFA-nın yeni prezidenti sələfi mərhum Ramiz Mirzəyevdən fərqli olaraq intriqa ilə məşğul olmayacaq və bütün gücünü futbolun inkişafına yönəldəcək. Amma Rövnəq Abdullayev də bu ümidləri doğrultmadı.
*** DİA.AZ AzeriNews-a istinadən bildirir ki, Rövnəq Abdullayev futbolumuza birinci zərbəsi Avropadan 70-ci illərdə Almaniya yığmasının oyunçusu olmuş və dünya çempionu adını qazanmış Berti Foqtsu Azərbaycan yığmasına baş məşqçi gətirməsi oldu. Oyunçu kimi karyerasına son qoyandan sonra məşqçi karyerasına, 1979-cu ildə Almaniyanın milli gənclər komandasında başlayan Foqst, 1986-cı ildən etibarən əsas millidə baş məşqçinin köməkçisi, 1990-cı ildən etibarən isə Almaniya Milli futbol komandasının baş məşqçisi olub. Onun başçılığı altında Almaniya millisi 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Lakin 1998-ci ildə, dünya çempionatının 4/1 finalında Xorvatiya millisinə böyük hesabla uduzuduqdan sonra, Berti Foqts millinin baş məşqçisi vəzifəsindən qovulub. Daha sonralar Foqst Leverkuzenin "Bayer" klubunun, Küveyt, Şotlandiya, Nigeriya milli yığma komandalarının baş məşqçisi olduğu vaxta da eyni aqibəti yaşayıb. Foqst 2008-ci ilin mart ayından Azərbaycan Milli Futbol Komandasının baş məşqçisi təyin edilməsi çoxlarının təəccübünə səbəb oldu. Mütəxəssislərin əksəriyyəti Foqtsun baş məşqçi təyin edilməsini səhv addım kimi qiymətləndirdilər. Lakin Rövnəq Abdullayev indiyə qədər iddia edir ki, hər şey yaxşı olacaq. AFFA-nın prezidenti hamını inandırmağa çalışır ki, Foqts Azərbaycan yığmasını Almaniya yığması ilə bir səviyyəyə çatdıracaq. Amma nədənsə bu baş vermir? Azərbaycanda digər idman növləri uğurla irəli addımlamağına baxmayaraq futbolumuz Rövnəq Abdullayev və baş məqçi Berti Foqtsun qarşılıqlı razaılaşmaları müqabilində getdikcə geriyə gedir. Bir sözlə bu adda idman növü dünyada Azərbaycanı rüsvay edib. Azərbaycan futbolunun gülünc vəziyyətə düşməsinə görə isə ARDNŞ şefinə və Avropalı baş məşqiçiyə "təşəkkür" etməyə dəyər.
*** Azərbaycan futbolunun nədənsə bəxti gətirmir. Xüsusilə də baş məşqiçilər tərəfindən. Yəqin ki, Berti Foqtsdan əvvəl Azərbaycan Milli Futbol Komandasının baş məşqiçisi Torresi xatırlayırsınız. Torres o zaman futbol ictimaiyyətinin yaddaşında dava-dalaşları ilə qaldı. Yüksək maaşla təmin olunmasına baxmayaraq Torres Azərbaycan futboluna can yandırmadı. Azərbaycan futbolu Torres üçün düşərli oldu, o milyonlar qazandı. Futbolumuz isə itirdi, günü-gündən geriyə getdi. Azərbaycan yığması sonuncu dəfə böyük hesabla məğlubiyyətə uğrayanda Torressin vicdan hissi oyandı. O, "daha bəsdir, istefa verəcəyəm, artıq Azərbaycan xalqının üzünə baxa bilmirəm" deyib pullarını da götürüb Braziliyaya yola düşdü. O zaman AFFA-nın mərhum prezident Ramiz Mirzəyev isə "Azərbaycan xalqı kimdir ki" deyə Torresi bu addımı atmaqdan çəkindirməyə çalışsa da buna nail ola bilmədi.
*** Dünya futbolunun ünlü simalarından olan baş məşqiçi və futbolçuların bir çoxunun adını çəkmək olar. Lakin bu Azərbaycan futbolu üçün önəmli deyil. Çünki Rövnəq Abdullayevə bu sərf etmir. Ona görə də Avropadan Foqts kimi bir dələduz Azərbaycan yığmasına baş məşqçi təyin edilib. Onun ARDNŞ şefi ilə xüsusi razılığı var. Bu barədə "AzeriNews.org"u məlumatlandıran futbol ekspertləri hesab edir ki, Rövnəq Abdullayev Foqtsla şərikli futbol biznesi qurub. Adətən Azərbaycan futbol klublarına transfer olunan lazımsız futbolçuların axtarıb-tapılmasında Berti Foqtsun əməyi var. Dünyanın heç bir futbol klubunun marağında olmayan futbolçular Azərbaycan futbol klublarına yüksək məbləğdə transfer olunurlar. Bundan isə Rövnəq Abdullayevlə Berti Foqts külli miqdarda vəsait əldə edirlər. Milyonlarla dollarlıq müqavilələrə imza atan əcnəbi futbolçulara müqavilədə göstərilən məbləğ çatmır. Lazımsız əcnəbi futbolçulara isə bu da sərf edir. Ən azından ona görə ki, onlar müəyyən məbləğdə pul qazana bilirlər. Elə bu səbəbdən fəallıq göstərmirlər. Ümumiyyətlə, Rövnəq Abdullayevin Azərbaycan futboluna qarşı münasibəti başa düşülən deyil. Təsəvvür edin ki, Azərbaycanda uşaq futbolunun inkişafına külli miqdarda vəsait ayrılıb. Amma uşaq futbolunda inkişaf gözə dəymir. Bilirsiniz niyə? Ona görə ki, uşaq futboluna ayrılan vəsaitlər AFFA-nın prezident Rövnəq Abdullayevin cibinə daxil olur. Görünür, Rövnəq Abdullayevi futbolun inkişafı yox, sərvət toplamaq maraqlandırır. Rövnəq Abdullayev futboluna can yandıran iş adamlarına qarşı da savaş açıb. Məsəl üçün qeyd edək ki, "Palmali" şirkətlər qrupunun prezidenti, iş adamı Mübariz Mənsimov Lənkəranda milyonlarla dollar sərf edərək FİFA-nın standartlarına uyğun stadion inşa etdirib. Bundan əlavə "Xəzər-Lənkəran" kimi bir futbol komandası yaradıb. Amma Rövnəq Abdullayev hər vəchlə ona mane olur. Müxtəlif vasitələrlə Mübariz Mənsimovun futbolun inkişafına yönəlik addımlarının qarşısını almağa çalışır.
*** İndi Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun olmağına baxmayaraq 67 yaşlı Avropalı qoca Azərbaycan futbolunun inkişafında maraqlı deyil. Fikrimizcə, bu gün Azərbaycan yığmasına futbolun incəliklərini dərindən bilən bir mütəxəssis lazımdır. Dünyada və elə Azərbaycanda da belə mütəxəssislər var. Amma nə edəsən ki, Rövnəq Abdullayevin başı yuxarıda qeyd etdiyimiz futbol biznesindən əldə etdiyi sərvət toplamağa qarışıb. AFFA prezidentinin şəxsi ambisiyaları üzündən Azərbaycan futbolu demək olar ki, məhvə doğru gedir. Amma inanırıq ki, futbol ictimaiyyəti bunun qarşısını alacaq və Azərbaycan futbolu Berti Foqtslardan təmizlənəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
|