BAKI-XXİ ƏSR» MMC-DƏ MALİYYƏ YOXLAMALARI
Tarix: 22-09-2011, 13:06 | Çap et
ZİYA MƏMMƏDOVUN QARDAŞININ MANDATI VƏ AZADLIĞI TƏHLÜKƏDƏ
DİA.AZ: - Hələ bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili, «Bakı-XXİ əsr» MMC-nin prezidenti Elton Məmmədovla Ağdam rayonundan qaçqın düşmüş sahibkar Məmmədov Mehralı Hidayət oğlu arasında yaranmış qalmaqal barədə məlumat vermişdik. Bildirmişdik ki, nazirin deputat qardaşı Beynəlxalq Avtovağzalın tikintisi zamanı qaçqın iş adamına məxsus 2 hektarlıq ərazidə yerləşən və qimyməti 2 milyon manata yaxın olan obyekti qanunsuz olaraq ələ keçirib. «Dünya» İnformasiya Agentliyi (dia-az.life) redaksiyasına şikayət ərizəsi ilə müraciət edən sahibkar 2009-cu ilin 24 dekabr tarixində ona məxsus olan Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindəki Saray şossesi 77-ci məhəllədə yerləşən «Motodrom» («7 gözəl») kafesinin Ziya Məmmədovun qardaşı tərəfindən darmadağın edildiyini bildirib. Xatırladaq ki, bu məsələ ilə bağlı şikayətçi Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Faiq Bədəlova da məlumat verib. Lakin polis bölmə rəisi də Elton Məmmədova məxsus «Bakı-XXİ əsr» MMC tərəfindən zorla zəbt olunan obyektin əsl sahibinə qaytarılmasına heç bir dəstək verə bilməyib. Polis bölmə rəisinə yazdığı cavab məktubunda həmin əraziinin guya ki, Elton Məmmədova məxsus olan «Bakı-XXİ əsr» MMC-yə «Bakı Beynəlxalq Avtovağzal Kompleksi»nin tikintisi üçün ayrıldığını iddia edən millət vəkili əlində icra başçısının sərəncamının olduğunu da əsas gətirir. Halbuki rəsmi sənədlərdə həm torpağın və həm də obyektin sahibi kimi Məmmədov Mehralı Hidayət oğlu göstərilib. Onu da qeyd edək ki, Ziya Məmmədovun qardaşının yeganə işləkləri tək bu deyil və bir müddət əvvəl də bu barədə məlumat vermişdik. Bu barədə verdiyimiz xəbərdə qeyd olunurdu ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşının “krışalıq” etdiyi Keşlə Dəmiryol Stansiyasında başdan-başa özbaşınalıq sistemi hökm sürür. Xatırladaq ki, bu barədə məlumat vermişdik və bildirmişdik ki, 2010-cu ilin sentyabrın birindən etibarən Keşlə Dəmir Yol Stansiyasının "Yük Boşaltma Həyətində" işləyən 40-a yaxın avtokran sahibini rəhbərlik yük boşaltma işindən kənarlaşdıraraq həmin sahəni də digər sahələr kimi öz inhisarına alıb. Mənbə bildirir ki, 2010-cu ilin iyul ayından etibarən bu təşkilata rəhbər vəzifəsinə keçəndən sonra "yuxarıların etimadını" doğrultmaq üçün Təlabani Tahirov "təmizləmə" adı altında öz “müdrik" ideyalarını həyata keçirməyə başlayıb.”Yuxarıların”, yəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun bu yönümdə xeyir-duasını alan Təlabani Tahirov Keşlə Yük Boşaltma Həyətində "analoqu olmayan qara bazar" yaradıb: “Onun inkasatorlarını Keşlə Yük Boşaltma Həyətinin hər yerində görmək olar”. Mənbənin məlumatına görə, hətta Ziya Məmmədovun qardaşının adı ilə hər vaqondan 20 azn pul yığılır. Nəzərə alsaq ki, gün ərzində stansiyaya orta hesabla 120-150 vaqon daxil olur və bu minvalla da deputatın təkcə buradan əldə etdiyi məbləği müəyyən etmək olar. Mənbə bildirir ki, Keşlə Dəmir Yol Stansiyanın rəisi Təlabani Tahirov görəvə alınandan sonra bu idarədə vaqon boşaltma xərcləri də artıb: “Belə ki, əvvəllər 80 manata boşaldılan vaqon Təlabani müəllimin monopol qaydalarından sonra 110 manata boşaldılır. Hər bir vaqon sahibindən alınan 110 manatın cəmi 20 manatı istismar olunan kran sahibinə verilir. Qalan 90 manat isə mərkəzləşmiş qaydada qəbz olmadan inkasatorlar tərəfindən yığılır və rəhbərliyə ötürülür”. Mənbə bildiri kİ, Tələbani müəllim hətta qul kimi işlətdiyi fəhlələrdən də pul yığır: “Bu qədər alınan pulun müqabilində təkcə qapıda 1.2 azn yazılmış qəbz verilir. Bunun qarşılığında isə yerli maşınlardan 3 manat, İran maşınlarından isə 20 manatdan yığılır. Hər bir vaqon 2-3 maşına boşaldıldığı halda nə qədər pulun mənimsənilməsini hesablamaq çox da çətin olmaz”. Onu da bildirək ki, bütün bu işlərin arxasında məhz Elton Məmmədovun dayandığı bildirilir. Bəli, elə iki fakt yetərlidir ki, həm də deputat olan Elton Məmmədovun sahibkarlara hansı formada xeyir verdiyini müəyyən edə biləsən. Sözsüz ki, bütün bu işlərdən ölkənin baş nəqliyyatçısı xəbərdardır. Bunun əksi ola da bilməz. Bu barədə danışan mənbəmiz bildirir ki, əslində sözügedən struktur MƏMMƏDOVLAR DÖVLƏTİNİN əsas gəlir ünvanlarından biridir. Bu “dövlət” isə Azərbaycanı içindən yeyir.
Redaksiyamıza daxil olan son məlumatlarda bildirilir ki, son dövrlər Ziya Məmmədovun mövqelərinin zəifləməsi Elton Məmmədovun biznesinə də ciddi təsir göstərə bilər: «Artıq Elton Məmmədovun rəhbəri olduğu «Bakı-XXİ əsr» MMC-də yoxlamalar başlayıb».
Mənbə bildirir ki, Elton Məmmədov hal-hazırda deputat olduğundan onun toxunulmazlığı var: «Yəni əgər məsələ cinayət işinin açılmasını və həbsləri zəruri edərsə, Elton Məmmədovun deputat mandatının əlindən alınması da gündəmə gələ bilər».
Məlumatlarda o da bildirilir ki, «Bakı-XXİ əsr» MMC-də yoxlamalar vergilər və maliyyə nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə keçirilir: «Əgər vəziyyət bu hədədirsə, deməli, Ziya Məmmədovun da sonu yetişib. Hər halda, bu vaxta qədər nə onun, nə də qardaşının obyektləri hansısa təftişə uğramamışdı».
Onu da xatırladaq ki, bu günlərdə Vergilər Nazirliyinin əməkdaşları paytaxtın sərnişindaşınma sistemində reydlər keçiriblər. Eləcə də Ziya Məmmədovun Ucar rayonundakı ən yaxın adamlarından birinə qarşı da cinayət işi açılıb. Bunları isə təsadüflərin quyruğuna bağlamaq doğru deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|