“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”
Tarix: 30-11-2011, 11:38 | Çap et
“HAKİMİYYƏTİN BORCU ODUR Kİ”...
Yazıçı Əkrəm Əylisli “Azadlıq” radiosuna açıqlamasında həmkarı Rafiq Tağının ölümündən danışıb.
- Bu, çox dəhşətli hadisədir. Birinci Azərbaycan yazıçısıdır ki, bıçaqlanıb öldürülüb. Məsələn, XIX əsrdə Mirzə Fətəliyə qarşı təqiblər də olub, hədə-qorxu da olub, amma iş bu yerə gəlib çıxmayıb. XX əsrdə Mirzə Cəlili xeyli vaxt hədələyiblər ki, adam tutarıq, səni öldürərik...
Rafiq Tağı ilk Azərbaycan yazıçısıdır ki, bizim dövrdə - XXI əsrdə qətlə yetirilib. Demək, indiki zaman yazıçı üçün çox təhlükəlidir. Bundan təhlükəlisini mən yadıma sala bilmirəm. Nəsiminin dərisinin soyulması ilə bağlı mifik söhbətlər var. Bu mifdir, Nəsiminin dərisinin soyulması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Amma dəqiq budur ki, XXI əsrdə, dünyanın demokratiyadan danışdığı, demokratiya ilə öyündüyü bir vaxtda yazıçı bıçaqlanır. Bu, mənim üçün heç cür bağışlanmaz, ağır cinayətdir.
Elə bilirəm ki, qələm sahiblərinin hər birini ağrıda biləcək, hər birinin içində müdhiş yara qoyub gedən hadisədir. Mən güman edirəm ki, Rafiq Tağının qatili tapılacaq. Mən buna inanmaq istəyirəm, buna əşhədü ehtiyacım var.
- Dediniz ki, XIX əsrdə Axundovu, XX əsrdə Mirzə Cəlili öldürə bilmədilər, amma XXI əsrdə Rafiq Tağını öldürdülər. Səbəb nədir?
- Niyə görəsini düşünmək lazımdır. Bunu bütövlükdə cəmiyyət də düşünməlidir. Bizim realist ədəbiyyatımızın banisi Mirzə Fətəlinin dövründə cəhalət daha güclüydü, hökmlüydü, amma o kişi sağ qala bildi. Bizim dövrdə, görünür, insan həyatı ucuzlaşıb. O cümlədən yazıçı həyatı. Rafiq Tağının bu dərəcə faciəli, özü də günün günorta çağı bıçaqlanması məndə qorxunc düşüncələr yaradır. Böyük sıxıntı yaradır...
- Qorxunc düşüncələr deyəndə nəyi nəzərdə tutursuz?
- Yəni zaman niyə bu şəklə düşdü? İnsan niyə belə ucuzlaşdı? Bəlkə əlaqəsi yoxdur, amma deyəcəm, İraqda insan həyatı qara qəpiyə dəymir. Orda gündə yüzlərlə insan qətlə yetirilir. O da qətldir, terrordur. Rafiq Tağının ölümü də terror hadisəsidir. Əgər bu bizə kənardan gəlmiş terrordursa, bizim hüquq mühafizə orqanlarına və hakimiyyətə siqnal olmalıdır ki, terror Azərbaycanın içinə girə bilir. Faktiki terror iyi gəlir burdan. Amma qabaqcadan nəsə demək çətindir. Burda hadisəni siyasiləşdirmək meyli də hiss olunur. Amma mən inanıram, qətlin üstü açılacaq. Əgər açılmasa, bundan sonra başlanan söhbət ayrı mövzuda olacaq.
- Sizcə, bu qətl qələm adamlarının yazılarında hansısa formada izini qoyacaqmı?
- Yazıçı bundan, əlbəttə, dərs almalıdır. Yəni yazıçı artıq həyatının təhlükəsiz olduğuna çox da arxayın olmamalıdır... Bu gün bir dəstə haray-həşirlə, özü də Rafiq Tağının meyiti soyumamış, hətta bir azca da özlərinə xal yığma qədərində oynadır bu hadisəni. Bir dəstə də ağzına su alıb susur. Heç elə bil bunlara dəxli yoxdur. Anormallıq budur.
- Dediniz ki, yazıçı bundan sonra təhlükəsizliyinə çox da arxayın olmamalıdır. O zaman neyləməlidir yazıçı? Qələmi yerə qoymalıdır, yoxsa mübarizəsini davam etdirməlidir?
- Əgər bir xox gələn kimi, ya da sarsıntı keçirən kimi qələmi yerə qoyursa, yazıçı olmadı ki. Məsələn, Almaniyada faşizmin qanlı, quduz vaxtında neçə-neçə yazıçı şəxsiyyətini də saxlayıb, əsərini də yazıb.
- Əkrəm müəllim, sizin “bir tərəf ağzına su alıb susur” dedikləriniz kimdir? Burda yəqin həm Yazıçılar Birliyini nəzərdə tutursuz, həm də...
- Yox, Yazıçılar Birliyinin adını çəkmək istəmirəm. 20 ildən çoxdur ki, onları tanımıram. Elə bu cür şeylərə görə tanımıram. Cəmiyyətə hiss etdirməlidirlər ki, bunlar da həmin ağrını hiss edirlər. Böyük ağrıdır, hədsiz böyük ağrıdır. Günün-günorta çağı, mətbuat azadlığından bu qədər söhbət gedən vaxtda, insanların asudə yaşaması haqda bu qədər söhbət getdiyi vaxtda belə hadisə baş verir. Bu da ictimai mühitdə yalnız bir tərəfdə - müxalifət tərəfdə özünü göstərir. Bu yerdə müxalifət, iqtidar söhbəti ola bilməz. Qətl olunan yazıçıdır. Özü də elə-belə, əldəqayırma yazıçı deyil.
- Bəs hakimiyyətin reaksiyasını necə qiymətləndirirsiz?
- Hakimiyyətin borcu odur ki, istintaq diqqətlə, ciddi aparılsın və qatil tapılsın. Qatil tapılmayınca hakimiyyət haqda söz deyə bilmərəm. Bəlkə bunu tapacaqlar, ifşa edəcəklər və bəyan edəcəklər ki, biz yazıçıların dalında da durmuşuq, biz azad sözün tərəfdarıyıq, belə yerdə də ayrı-seçkiliyə yol vermirik. Onların özünə əşhədü ehtiyacdır ki, bu fikri cəmiyyətə çatdırsınlar. Yəni ki, insanları siyasi mənsubiyyətinə görə tanımırıq. Əslində Rafiq heç bir partiyanın üzvü deyildi. Hakimiyyət siqnal verməlidir ki, yazıçıları qorumağa hazırdır, qətlin üstünü də açacaq. Açılmasa, başqa söhbət olacaq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|