DYP RƏİSİNİN SÜRÜCÜSÜ JURNALİSTİ MƏHKƏMƏYƏ VERDİ
Tarix: 19-03-2013, 12:50 | Çap et
Bildiyiniz kimi “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev dəfələrlə Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri ilə üzləşib və şəxsən özünün ,eləcə də çoxsaylı vətəndaşların rastlaşdığı bu əməllər haqda mütəmadi olaraq mətbuatda məqalələrlə çıxış edib.Lakin təəsüflər olsun ki, bu yazılarda baş redaktor Mahmud Tağıyev Bakı DYPİ-də baş verən qanuna-zidd əməllərini faktlara əsaslanaraq ifşa etsə də, onun rəsmi qurumlara göndərdiyi şikayətlərlə bağlı nəinki lazımı qanuni tədbir görülməyib, üstəlik ona rəsmi olaraq ədalətsiz cavab verilib.Qafqazregion.az bildirir ki,bu yaxınlarda onun “100-cü otağın sirri və ya Bakı DYPİ-də özbaşnalıq “adlı və digər tam obyektiv köşə yazılarında öz əksini tapan fikirlər ilə bağlı DYPİ-nin rəisi Nuşrəvan Səfərovun sürücüsü ,yazıda adı halllandırılan polis kapitanı Mərdan Əliyev jurnalist Mahmud Tağıyevi məhkəməyə verib. Sürücü hesab edir ki,adıçəkilən yazıda guya onun şərəf və ləyaqətinin təhqir olunduğu məqamlar var və bunun üçün o məhkəməyə müraciət edərək baş redaktora qarşı 20 min manatlıq təzminat iddiası qaldırıb.Əlbəttə , bu çox acınacaqlı haldır ki, jurnalistin tənqidi yazısında əks olunan DYPİ-də baş verən qanunsuz əməllər haqda rəsmi şəxslər müvafiq tədbir görərək qanunu pozanları çəzalandırmaq əvəzinə Bakı DYPİ-nin vəzifəli şəxsləri sürücü vasitəsilə Mahmud Tağıyevi susdurmaq istəyirlər.Xatırladaq ki, peşəkar fəaliyyəti ilə bağlı ona qarşı edilən təhdidlərlə və adi vətəndaş kimi rastlaşdığı qanunsuzluqlarla bağlı Mahmud Tağıyev bu yaxınlarda prezidentə müraciət etməyə məcbur olub.Qeyd edək ki,bundan əvvəl baş redaktor məsələ ilə bağlı Daxili İşlər naziri cənab Ramil Usubova müraciət etmişdir və nazirlikdən ona aşağıdakı məzmunda cavab gəlmişdir:
Hörmətli Mahmud Rasim oğlu!
“ «Qafqaz Region News» qəzetində barəsində yazdığınız tənqidi məqalələrə görə Bakı şəhər BPİ DYPİ-nin rəisi N.Səfərovun və qeyrilərinin qanunazidd hərəkətlərinə məruz qalmanız, 11.02.2013-cü il tarixdə idarə etdiyiniz avtomaşının YPX inspektorları tərəfindən əsassız saxlanılaraq mobil telefonla danışmaqda təqsirləndirilib barənizdə protokol tərtib olunması və post-terminal vasitəsi ilə 45 manat cərimə ödəmənizə cəhd göstərilməsi haqda DİN-in elektron poçtuna ünvanladığınız müraciətinizə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır.Bildiririk ki, 11.02.2013-cü il tarixdə idarə etdiyiniz avtomaşınla Nəsimi rayonu, C.Hacıbəyli küçəsindən hərəkətdə olarkən mobil telefondan istifadə etdiyinizə görə YPX inspektoru M.Məmmədov tərəfindən barənizdə Azərbaycan Respublikası İXM-nin 155.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xidməti təhqiqat nəticəsində yol hərəkəti qaydalarını pozmadığınız halda DYP əməkdaşları tərəfindən idarə etdiyiniz avtomaşının mütamadi olaraq saxlanılıb barənizdə əsassız cərimələr yazılması, eləcə də sonuncuların hüquqazidd hərəkətlərinə məruz qalmanız haqda müraciətinizdə göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir.Müraciətinizə baxılmasının nəticəsindən narazı qalacağınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır”.
Hörmətlə
Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev
Ancaq ən maraqlısı odur ki,Mahmud Tağıyevin Daxili İşlər naziri cənab Ramil Usubova müraciəti araşdırılmaq üçün normal məntiqə uyğun olmayan addım ataraq birinci DYPİ-nin rəisi Nuşirəvan Səfərovun üstünə göndərilməsidir. Yalnız Mahmud Tağıyev buna etirazını və təəcübünü bildirəndən sonra nazirlikdəki məsul şəxslər səhvlərini başa düşərək həmin şikayəti araşdırılması məqsədilə təzədən Bakı şəhər BPİ-nə göndəriblər və yuxarıda təqdim etdiyimiz cavab gəlib.Xatırladaq ki,bu incə məqamı “Kiminin əvvəli,kiminin axırı...”məqaləsində də qey edib:” Cənab Ramil Usubova müraciət etdim ki, Bakı DYPİ-nin rəisi Nuşirəvan Səfərovun qəzəbinə tuş gəlmişəm. Hörmətli nazir də mənim şikayətimi Bakı DYPİ-nin rəisi Nuşirəvan Səfərovun üstünə göndərdi ki,qoy elə N.Səfərovun özü ilə bağlı şikayəti elə özü də araşdırsın.Buna görə Bakı DYPİ-nə çağrılanda istər-istəməz bir anlığa məni gülmək tutdu. Əlbəttə bu zəngdən sonra mən başa düşdüm ki,nə qədər haqlı olsam da,bunlar həmişəki kimi işi bağlayıb mənə cavab yazacaqlar ki,yazdıqlarınız öz təsdiqini tapmadı. Ancaq görün bunu necə ustalığla edirlər. Demək mən çağrılıram Bakı DYPİ-nə və orada məndən izahat alınır.Mən sakitcə bildirirəm ki,əgər mən bir idarənin rəisindən nazirə şikayət etmişəmsə və mənim şikayətim onun rəis olduğu idarədə araşdırılırsa,burda heç bir obyektiv araşdırmadan söhbət gedə bilməz. Məndən izahatı alan inspektor gözümün qabağında mənim dediklərimi rəisi N.Səfərova çatdırır. Bundan sonra N.Səfərov əlbət fikirləşir ki, bu şikayəti elə silmək lazımdır ki, şikayətçi mat vəziyyətində qalsın...”
Bütün bunlara baxmayaraq Mahmud Tağıyev bildirdi ki,Azərbaycan hüquqi dövlət olduğundan o inanır haqq-ədalət öz yerini tapacaq və məhkəmə onun xeyrinə qərar çıxaracaq.Qafqazregion.az olaraq bildirirk ki,baş redaktora qarşı yönələn bu cür təyziqləri pisləyirik və bunu təkcə Mahmud Tağıyeva qarşı yox, bütün mətbuata qarşı atılan addım kimi qiymətləndiririk.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
|