ŞAMAXIDA İCRA BAŞÇISININ MÜAVİNİ AT OYNADIR
Tarix: 22-03-2013, 10:35 |
Çap et
AĞAMUSTAFA VAHİDOV PA-DAKI DAY-DAYLARININ ADINDAN QORXUDUR
DİA.AZ: - Daha bir rayonda icra başçısının müavininin zülmündən şikayət edirlər. Bu barədə DİA.AZ-a göndərilən məlumatda qeyd olunur ki, Şamaxıl sakinlərini narazı salan şəxs RİH başçısının müavini Ağamustafa Vahidovdur. Narazı vətəndaşların sözlərinə görə, Vahidov 10 ildir ki, Şamaxı rayonunda müavin işləyir:
“İşlədiyi müddətdə Prezident Administrasiyasında yüəksək post tutan vəzifəli adamların adından istifadə edərək başçıları qorxudub. Və nəticədə İH başçısının vəzifə səlahiyyətlərini özü icra edib. Hətta keçmiş icra başçısı Asif Məmmədovuun dövründə rayonda işdən çıxan, işə qoyulan bütün adamlar onun tapşırığı ilə qoyulurdu.
Asif Məmmədova tikinti-abadlıqdan, büdcə təşkilatlarından, hətta uşaq bağçalarından düşən faizi Ağamustafa Vahidov yığıb verirdi. Bu işdə onun xüsusi payı da var idi. Bu səbəbdən də Ağamustafa Vahidov 1 il 5 ay ərzində küllü miqdarda vəsaiti səfnəzər etməyə müvəffəq olub. Onun Bakıda 3 mənzili var. Maraqlıdır ki, əyalət məmuru olmasına baxmayaraq, övladlarını İngiltərədə oxudub... Hər halda bunun hesabının sorulma vaxtıdır”...
Daha sonra Şamaxı sakinləri icra başçısının müavininin bir çox qanunsuz əməllərindən də giley-güzar edərək bildirirlər ki, rayona təyin edilən yeni icra başçısı da köhnə müavinin “tələsinə düşməkdədir: “Hamı gözləyirdi ki, Ağamustafa Vahidovun dövranı bitəcək. Amma bunun əksi oldu. Görünür, yeni başçı da müavinin toruna düşüb”...
Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin...