TƏHSİL SİSTEMİNDƏ 15 İLLİK “MİSİR PİRAMİDASI”
Tarix: 25-03-2013, 10:02 | Çap et
BU “PİRAMİDA” SƏBƏBİNDƏN TƏHSİLİMİZ RƏSMƏN MUMİYALANMIŞ HALDADIR
Yaşı 67-ni haqlamış Misir Mərdanovun təhsil naziri təyin edilməsinin bu gün 15 ili tamam olur
DİA.AZ: - 15 il bir igidin ömrüdür. Mənə elə gəlir, bu müddət ərzində elə işlər görmək olardı ki, Azərbaycan təhsili dünya çapında öncül yerlərdən birini tutardı. Bunun üçün dövlət və toplum olaraq bizim yetərincə iqtisadi, elmi və pedaqoji potensialımız vardı. Son 15 ildə nazir kimi Misir Mərdanov bu resurslardan necə istifadə etdi və nələr yapdı? Yazıda, qismən də olsa, bu məqamların üzərinə işıq salmağa çalışacam.
Tarixi şans
Mərdanov nazir təyin olunduqdan düz 4 gün sonra – 30 mart 1998-ci il tarixində ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Komissiya bir ildən çox işlədi və proqram 15 iyun 1999-cu il tarixində prezident tərəfindən təsdiq edildi. Dünya Bankının və dövlətin maliyyə dəstəyi ilə gerçəkləşdiriləcək bu proqrama söz ola bilməzdi. Burada təhsilimizdə hansı işlərin hansı ardıcıllıqla, kimlərlə və nə müddətə görüləcəyi detalları ilə öz əksini tapmışdı. Bir təhsil strateqi lazım idi ki, onları zərgər dəqiqliyi ilə həyata keçirsin. Beləliklə, ilk dəfə fürsət düşmüşdü ki, müstəqil Azərbaycanda dünya standartlarına uyğun təhsil sistemi quraq. Bu, Misir Mərdanov üçün də böyük fürsət idi: təzəcə işə başlamışdı; enerjili vaxtı idi; əlində hazır proqram vardı və s. Bircə qalırdı qolunu çırmalayıb can-başla işə girişsin. Bir sözlə, adını müsbət mənada tarixə yazdırmaq üçün ona əla şans nəsib olmuşdu. Əvvəl-əvvəl Azərbaycan cəmiyyətində də buna böyük ümidlər vardı. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. İlk gündən başlayaraq cənab nazirimiz İslahat Proqramında nəzərdə tutulan hədəflərə çatmaq yox, onlardan yan keçmək yolunu tutdu, mütərəqqi ideyalara söykənən bu sənədə qarşı sanki onda bəri başdan “antipatiya” yaranmışdı. Yazımın mərkəzində dayanan bu fikri əsaslandırmaqdan ötrü bəzi ciddi faktlar üzərində dayanmaq istərdim...
Attestasiyanız nə vaxta qaldı?!
İslahat Proqramına görə, təhsilimizdə aparılacaq təxirəsalınmaz tədbirlərdən biri də rəhbər və pedaqoji kadrların attestasiyasının aparılması idi. Bu, 1999-2004-cü illəri əhatə edirdi. İşin icrası üçün Nazirlər Kabineti xüsusi sərəncam (23.05.2002, 91 saylı) verdi və təhsil naziri müvafiq əmr (21.10.2002, 987 saylı) imzalayaraq mətbuatda dərc etdirdi. Əmrdə konkret vaxtlar da göstərildi: “Hazırlıq və sənədləşmə işləri 2002-ci ilin dekabr ayına qədər yekunlaşdırılsın, 2003-cü ilin yanvar ayından etibarən attestasiyaya başlanılsın”. Təhsil işçilərinin maddi və mənəvi cəhətdən stimullaşdılılmasında müstəsna əhəmiyyəti olan attestasiya Mərdanovun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində indiyədək havadan asılı vəziyyətdə qalıb, bundan sonra nə vaxt keçiriləcəyi də bəlli deyil. Xatırladıram ki, digər postsovet ölkələrində haqqında danışdığımız attestasiya çoxdan aparılıb (hətta bəzilərində bir neçə dəfə!) və öz müsbət nəticələrini verməkdədir...
Mərdanovsayağı “inhisar(sız)laşdırma”
İslahat Proqramının ən mühüm cəhətlərindən biri də onun ruhundakı demokratizm idi. Bu sənədə görə təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradılmalı, əsas hədəf təfsilverənə və təhsilalana yönəldilməli, inzibati-amirlik metodundan imtina edilməli, idarəetmə funksiyaları yuxarıdan aşağıya ötürülməli, ağırlıq mərkəzi aparatdan yerlərə keçirilməli, ümumtəhsil məktəblərinə özünü idarəetmə hüququ (muxtariyyət) verilməli, bir sözlə, təhsilimizdə geniş inhisarsızlaşdırma prosesi getməli idi. Lakin Mərdanovun nazir kimi 15 illik fəaliyyəti dövründə bunların heç birini görmədik. Bu gün təhsilimizdə avtoritarlıq dünyada analoqu olmayan bir fazaya gəlib çatıb. İdarəetmə funksiyasını aşağılara vermək, ağırlıq mərkəzini yerlərə ötürmək, məktəblərin muxtariyyətini təmin etmək əvəzinə, bütün hüquqlar bir əldə – Təhsil Nazirliyinin mərkəzi aparatında cəmləşdirilib. Sıravi kənd müəllimindən tutmuş, laborant da daxil, məktəb direktorunadək hamını nazirliyin işə götürməsi bu sistemdə olan auranı – avtoritarizmin və inhisarçılığın son həddini göstərir. İslahat proqramı ilə daban-dabana zidd olan bu anti-demokratik və anti-humanist addıma yəqin ki, bəyənmədiyimiz sovet dönəmində belə rast gəlinməyib.
Təhsilin məzmunu da dağıdıldı!..
Təhsilin məzmunu İslahat Proqramında prioritet istiqamətlərdən biri kimi götürülüb. Buna səbəb o vaxtkı tədris planları və proqramlarının çox yüklənməsi, dərsliklərə ikinci dərəcəli materialların doldurulması, həmçinin onların çağdaş tələblərə cavab verməməsi idi. Belə bir vəziyyətdə düşünmək olardı ki, Mərdanov, digər məsələlər bir yana, heç olmazsa, təlim-tərbiyənin nüvəsini təşkil edən təhsilin məzmununu düzəldəcək, başqa sözlə, tədris planlarını, proqramları və dərslikləri qaydaya salacaq. Amma o, hər şeyi tamam tərsinə etdi: elmə, pedaqogikaya və psixologiyaya əsaslanmadan qondarma tədris planları hazırlatdırdı; “fənn kurikulumu” adı ilə üzə çıxardığı sınıq-salxaq proqramlarla təhsilimizi kirləndirdi; təhsilimizin utanc yerinə çevrilmiş karikatura dərsliklərlə balalarımızın zehniyyətini korladı; adını saysız-hesabsız dərsliklərin və kitabların üzərinə yazdırmaqla dünyanı üstümüzə güldürdü.
Bağça və peşə təhsili necə çökdürüldü?!
Ölkəmizdə kiçikyaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin kəskin surətdə aşağı düşməsi səbəbindən İslahat Proqramı fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsini, eləcə də müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü, fiziki inkişafını və sağlamlığını artıran yeni tipli tədris komplekslərinin açılmasını nəzərdə tuturdu. Bununla belə, əmək bazarının tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması da görüləcək tədbirlərin siyahısına daxil edilmişdi. Başqa sözlə, proqramda bağça və peşə təhsilinə geniş yer ayrılmışdı. Bəs bunun qarşılığında nələr baş verdi? – Yeni komplekslərin yaradılması o yana qalsın, bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirildi və ya binaları, eləcə də əraziləri özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satıldı. Onların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Mədadnovun 15 illik nazirliyi dönəmində şəhərlərimizdə məktəbəqədər təhsillə əhatə səviyyəsi nəinki yüksəldildi, hətta Belarusun kənd rayonlarında olan səviyyədən də geridə qaldı. Bağçalar içərisində elələri oldu ki, onlar, ekspert Nadir İsrafilovun təbirincə desək, vağzallardakı saxlama kameralarına bənzədi. Təlim-tərbiyədən uzaq olan bu bağçalar sanki uşağın 8-9 saat saxlanılması üçün idi...
Təhsil Akademiyası niyə kağızda qaldı?!
İslahat Proqramına görə, tədris, elmi-metodik və informasiya təminatı baxımından təhsil sistemini gücləndirmək məqsədi ilə Təhsil Akademiyası təsis edilməli və bu nüfuzlu qurumda pedaqoji sahənin tanınmış alimləri təmsil olunmalı idi. Proqramın qəbul edilməsindən 14 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də bu akademiya yaradılmayıb. Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) pedaqogika bölməsi yoxdur. Deməli, pedaqoji sahənin alimləri burada təmsil oluna bilməzlər. İndi paradoksal bir vəziyyət yaranıb: Bu alimlər AMEA-ya üzv seçilə bilmirlər, seçilmək üçünsə özlərinin akademiyaları yoxdur, belə çıxır onların heç biri akademik (və ya müxbir üzv) adını daşımağa layiq deyil. Əslində, Təhsil Akademiyasının yaradılması Mərdanova o qədər də əl vermirdi. Çünki pedaqoji sahədə müstəqil akademiklər qrupunun yaranması onun sistemdə bu cür at oynatmasına imkan verməyəcəkdi.
“Yumurtlamadı, bəs falı hara getdi?!”
İslahat Proqramında Təhsil Nazirliyinin nəzdində vahid nəşriyyat-poliqrafiya birliyinin yaradılması da nəzərdə tutulmuşdu. Bu, metodik tövsiyələr və vəsaitlərin, təhsilə aid əmr və sərəncamların, dərs jurnalı, diplom, attestat, şəhadətnamə kimi ciddi sənədlərin çapı üçün nazirliyə çox lazım idi. Bildiyimiz kimi, “islahata” qədər Təhsil Nazirliyinin 29 sot əraziyə, eləcə də, xeyli çap avadanlığına malik olan və Bakının ən gözəl yerlərindən birində – “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən “Təhsil” adlı nəşriyyat-poliqrafiya müəssisəsi vardı. Düşünmək olardı ki, nəzərdə tutulan birlik bu müəssisə əsasında yaradılacaq. Amma nə baş verdi?! – Birliyi yaratmadılar, “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsini isə özəlləşdirməyə çıxardılar. Müəssisəni “su qiymətinə” alan işbazlar izi itirmək üçün onun ərazisini tez-bazar edərək bir tikinti şirkətinə satıb aradan çıxdılar. İndi təhsil nazirindən soruşuram: Yeni birliyi yarada bilmədiniz, bəs onda köhnənin satılmasına niyə razılıq verdiniz? Bu işdə sizin nə marağınız vardı?!
Mərdanovun islahat üzrə “silahdaşları”
Beləliklə, gətirdiyim misalların hər birində İslahat Proqramında nəzərdə tutulanlarla görülən iş arasında diametral tərslik olduğunu müşahidə etdik. Proqramla gerçək vəziyyəti tutuşdursaq, bir çox digər məsələlərdə də eyni mənzərənin şahidi olarıq. Belə çıxır, indiyədək “islahat” adı ilə papağı günə yandırmışıq. Təbii ki, vəziyyətin bu hala gətirilməsində Misir Mərdanov tək olmayıb, onun “silahdaşları” da olub. Tarix üçün onların da adlarını çəkirəm: Nazirliyin şöbə müdirləri Aydın Əhmədov və Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Dünya Bankı layihələrinin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə.
Son söz əvəzi
Bildiyimiz kimi, İslahat Proqramının ana məqsədlərindən biri də məktəbəqədər, orta və ali təhsil, eləcə də peşə təhsili sistemlərində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək idi. Amma “inkişaf etdirmək” bir yana qalsın, olan-qalanımızı da vurub dağıtdılar. Biz yuxarıda “islahat” tozanağının timsalında təhsil sistemindəki dağılmalardan danışdıq. Xatırladıram ki, bu, Mərdanovun 15 illik “genişspektrli” dağıdıcılıq fəaliyyətinin cüzi bir hissəsidir. Buraya təmir-tikinti, test-buraxılış imtahanları, tələbə köçürmələri, tender-müsabiqələr sahəsində baş verən həngamələri də əlavə etsək, təhsilimizin hansı durumda olmasının konturlarını cıza bilərik. Görəsən, bunu planetimizin ən yaşlı və ən stajlı təhsil naziri Misir Mərdanov təsəvvür edirmi?!
Əlövsət Osmanlı, riyaziyyat üzrə fəlsəfə doktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
|