SƏNƏDSİZ EVLƏRİN SƏNƏD DÜYÜNÜ
Tarix: 3-04-2013, 11:01 | Çap et
BU YUBANMADA HANSI MƏMUR MARAQLIDIR?Azərbaycanda sənədsiz evlərdə yaşayanların gözü hələ də yoldadır və onlar nə vaxtsa evlərinin sənədləşdiriləcəyini gözləyirlər. Amma aidiyyəti qurumlar hələ ki, bu məsələdə susmağı üstün tuturlar. Halbuki ölkə prezidenti hələ 2011-ci ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi toplantıda sənədsiz evlərin sənədləşdirilməsinə dair tapşırıqlar vermişdi. Prezident belə bir problemin mövcud olduğunu bildirmişdi və onu maksimum əhalinin xeyrinə həll etməyi tapşırmışdı.
Bəs, görəsən, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi məsələsi niyə yubanır? Bu prosesə əngəl törədən səbəblər hansılardır? Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai, siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qəzetimizə açıqlamasında etiraf edib ki, bu istiqamətdə hansısa yenilik yoxdur. Onun sözlərinə görə, təmsil etdiyi qurum rayon ərazisindəki qanunsuz tikililərin siyahısını xeyli vaxtdır paytaxt meriyasına təqdim edib: "Biz prezidentin göstərişindən dərhal sonra siyahıyaalmaya başladıq. Bir neçə ay ərzində siyahı tam hazırlanaraq aidiyyəti üzrə təhvil verildi. Amma sonradan bununla bağlı hansısa tapşırıq gəlmədi".
Yerli qurumlar gözləmə mövqeyində
Qurum rəsmisi deyib ki, hazırda yerli rayon icra hakimiyyətləri də bu məsələdə gözləmə mövqeyindədirlər: "Bu işin yubanmasında hansısa rolumuz yoxdur. Çünki biz icraedici orqanıq. Gərək ortada icra mexanizmləri olsun ki, biz də yerinə yetirək. Hələ ki, ortada hansısa sənəd yoxdur. Ona görə də biz gözləmə mövqeyindəyik". Səbail rayon icra siyasi təhlil və informasiya təminatı sektorunun rəhbəri İsrafil Kərimov da "Həftə içi"nə açıqlamasında bu məsələ ilə bağlı hansısa yeniliyin olmadığını deyib. O bildirib ki, adıçəkilən qurumun sənədsiz evlərlə bağlı siyahısı meriyadadır: "Əslində bizim rayonun ərazisində siyahıyaalma başqa qurumlar tərəfindən də aparılır. Məsələn, Neft Şirkəti öz ərazisində yerləşən qanunsuz tikililərin sayını hazırlayaraq onlarla bağlı məhkəməyə müraciət edib. Biz isə rayon ərazisində yerləşən digər qanunsuz tikililərin sayını dədiqləşdirərək aidiyyəti üzrə göndərmişik"
Prezident göstərişinə laqeyd münasibət
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev isə qəzetimizə açıqlamasında deyib ki, bu məsələnin yubanması ölkə prezidentinin göstərişinə laqeyd münasibətin təzahürüdür. Onun fikrincə, dövlət başçısının verdiyi göstərişin yazılı və şifahi olmasından asılı olmayaraq dərhal yerinə yetirilməlidir: "Bəzən deyir ki, bu məsələ ilə bağlı prezidentin yazılı qərarı yoxdur. Axı sual oluna bilər ki, əgər bir fikir ictimaiyyət arasında səsləndirilibsə, bu göstəriş ictimailəşdirilibsə, onun yazılı və şifahi olmasının hansısa fərqi varmı? Sadəcə bu işi görəcək olan qurum səriştəsiz olduğundan məsələ yubanır. Bir də ki bu işin yubanmasında müəyyən qüvvələrin əli var. Çünki qanunsuz tikililərin sənədləşdirilməsi onları maddi maraqlarına xidmət etmir". Komitə təmsilçisi deyib ki, bu il seçki ili olduğundan məsələnin tez bir zamanda reallaşdırılması vacibdir. Onun sözlərinə görə, sənədsiz evlərdə yaşayanların əksəriyyəti seçkilərdə səsvermə prosesində iştirak etmir: "Çünki onların qeydiyyatda olduqları başqa ünvanda səsverməyə getməsi müəyyən vaxt apardığından vətəndaşlar bu məsələdə maraqlı olmurlar. Digər tərəfdən bu evlərin sənədinin olmaması vergidən yayınmalara yol açır. Nəticədə dövlət büdcəsindən milyonlarla manat yayındırılır". Cahangir Qocayev hesab edir ki, bu məsələdə ən əsas məsələlərdən biri də qanunsuz tikililərdə məskunlaşan insanların hər gün yaşadığı psixoloji gərginlikdir. Onun sözlərinə görə, bu həmin insanların səhhətinə, gələcəyinə ciddi ziyan vurur: "Bu baxımdan aidiyyəti qurumlar evlərin sənədləşdirilməsi prosesini qısa müddətdə həll etməlidirlər". Komitə rəsmisi vurğulayıb ki, əgər hökumət göstəriş verərsə təmsil etdiyi qurum mövcud problemin aradan qaldırılması ilə bağlı müvafiq qaydalar hazırlaya bilər. \ hafta ici \

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|