FARS-MOLLA REJİMİ AZƏRBAYCANI TƏHDİD EDİR
Tarix: 6-04-2013, 11:14 | Çap et
BAKIDAKI KONFRANSDAN ƏNDİŞƏLƏNƏN MOLLALAR ŞANTAJA KEÇİBLƏR
DİA.AZ: - Fars-molla rejimi bu günlərdə Bakıda keçirilən «Cağdaş Güney Azərbaycanın sabahı» mövzulu konfransa olduqca sərt reaksiyai vermiş oldu. Bir yandan İranın xarici siyasətinin Azərbaycana verdiyi etiraz notası, digər yandan da ayrı-ayrı iranlı dövlət rəsmilərinin «Azərbaycan referendum yolu ilə İrana birləşməlidir» təkliflərini səsləndirmələri artıq Tehran-Bakı münasibətlərindəki gərginliyin hətta rəsmi məqamlar tərəfindən belə gizlədilmədiyini ortaya çıxardı. Yəni artıq hər iki tərəf etiraf edir ki, məsələlər heç də prezidentlərin görüşündə təqdim olunan kimi deyil.
Bu bir faktdır ki, Azərbaycan özünün Güney Azərbaycan torpaqlarının fars işğalından azad edilməsi yönündə siyasət yürütmək zorundadır. Ən azından o səbəbə görə ki, bu gün İranı hədəfə alan qüvvələr regionla bağlı siyasətlərində İranın hansısa azsaylı xalqlarının marağını nəzərə aldığı şəraitdə İran adlanan ərazinin superetnosu olan Azərbaycan türklərinə hansısa formada əhəmiyyət verməməkdirlər. Bu isə Azərbaycan türklərinin milli maraqlarına uymadığından biz də həmin gələcəyə həm bir millət və həm də bir dövlət olaraq hazırlaşmaq zorundayıq.
Və bu reallığı qəbul etməyən fars-molla rejimi illərdir ki, həm Güney Azərbaycanda baş qaldıran bütövlük hərəkətlənməsini əzir, həm də Quzey Azərbaycanda alovlanan atəşin üzərinə su ilə yeriyir. Amma bunların heç bir faydasının olmayacağı artıq şəkksizdir. Yəni Azərbaycan enində-sonunda birləşəcək. Amma hələlik fars-molla rejimi bu birliyi hər türlü önləməyə çalışır və özünün idbar mətbuatında dövlətimizə, millətimizə qarşı həqarətini son günlər daha da inkişaf etdirməkdədir. Həmin ittiham dolu yazılardan biri bu günlərdə «arannyus» portalında yer alıb.
DİA.AZ olaraq “AranNews” portalında yer alan həmin məqaləni diqqətinizə təqdim edirik: “Qarabağ, 1 milyon azərbaycanlı müsəlman qaçqını olmaqla Rusiya və ABŞ-ın təşviqi ilə ikiəlli Ermənistana təqdim edilir və o bu gün alban əsili müsəlman qaçqınları ilə serblərin qəsavət və təcavüzünün qurbanı olan Kosovonu xatırladır. Özlərini osmanlı türklərinin qurbanı bilən ermənilər illərdir ki, müsəlman azərbaycanlılardan intiqam alırlar. Amma bu məsələ nə Azərbaycan Respublikasının dövlət başçılarını, nə də Milli Məclis deputatlarını narahat etmir. Onlar hətta vaxtı gələndə erməni başçıları ilə xoş-beş etməkdən çəkinmirlər. Onları narahat edən mövzu yalnız şiə məzhəbi və İran mədəniyyətidir. Bu səbəbdən də islamofobiya və anti-irançılıq Azərbaycan dövlətinin siyasətlərinin iki əsas rüknünə çevrilib. İslamofobiyanın bu günkü nümunələri hicabın orta məktəblərdə rəsmi qadağası və bütün dövlət mərkəzlərində qeyri-rəsmi qadağası, dövlətin anti-İslam siyasətlərinə etirazına görə yüzdən yuxarı ruhani və islamçı fəalin həbsi, anti-İran siyasətinin son nümunəsi isə İran Novruzunun ilk günləridə “Çağdaş Güney Azərbaycanın sabahı” konfransıdır.
30 mart 2013-də Bakının “Park İnn” hotelinin “Dan Ulduzu” salonunda keçirilən bu konfransda Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev, separatçı dırnaqarası DAK (Dünya Azərbaycanlıları Konqresin) qrupunun fəalları, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin fəalları, o cümlədən Qulamrza Səbri Təbrizi kimi əksinqilabçı fərari və Sona Danişvər və İrandan qaçmış digər millətçi fərarilər, Musavat, Xalq Cəbhəsi kimi partiyaların fəalları, Azərbaycan Respublikasının bir sıra ekspert və hüquqşünasları, o cümlədən prezidentin sabiq siyasi müşaviri Vəfa Quluzadə, Azərbaycan Respublikasının Tehrandakı sabiq səfiri Nəsib Nəsibli və başqaları iştirak ediblər.
Bu sifariişli konfransdakı çıxışlarda İran əleyhinə separatçı fikirlər səslənmiş, İran Azərbaycanının adı “Cənubi Azərbaycan” kimi səslənmiş, azərilərinin İrandan ayrılmasının lüzumu qeyd edilmiş, Bakı dövlətinin bu prosesi daha çox dəstəkləməsinə təkid edilmiş və İranı İran azərilərinin hüquqlarını pozmaqda ittiham etmişlər.
İran dövləti böhran içində, Güney Azərbaycanın milli hərəkatının problemləri və perspektivləri, milli fəallar əleyhinə təzyiqlər, Azərbaycan Respublikasından istəklərimiz çıxışların mövzularından olub.
Konfransda bir sıra millətçi kitab və Günün Səsi separatçı nəşriyyəsinin jurnalları iştirakçılara paylanıb və onların birinin arxasında ölkənin yüksək məqamlı rəsmilərindən birinə hörmətsizlik edilib.
Bu anti-İran konfrans XİN-nin sərt mövqeyi və Azərbaycan Respublikasının Tehrandakı səfirinin XİN-ə çağırılması, İslam Şurası Məclisinin bir sıra nümayəndələrinin, İran media və mətbuatının reaksiyası ilə qarşılandı.
Bu toplantının İranda sensasiya yaratması onu təşkil edənləri aldada və onları etdikləri hərəkəti əhəmiyyətli göstərə bilər. Halbuki, ilk və son olmayan belə faydasız toplantıların ölkəyə xəyanətin acı talayini, özlərinin işğal altında olan torpaqlarını azad etməyə aciz olan və özlərinin qalması bu gün dünya xalqlarının nifrət etdiyi sionistlərin əlində olan insanlara əl uzatmaqla zillətə düçar olmağı yada salmaqdan başqa İran azəriləri arasında zərrəcə təsiri yoxdur.
İranda bu konfransa qarşı baş qaldıran etirazları iki kateqoriyadan araşdırmaq olar:
Birincisi, İranın XİN-nin etirazı və Azərbaycan ölkəsinin səfirinin çağırılmasıAzərbaycan rəsmilərinin özlərini həmişə sadiq olduqlarını iddia etdikləri ölkələr arasında olan diplomatikkonvensiyalarını bir daha bu ölkənin diplomatiya aparatına xatırlatmaqdır ki, diplomatik konvensiyalar qarşılıqlıdır və ona birtərəfli əməl edilməsini gözləmək əbəsdir. Baxmayaraq ki, İranın siyasi rəsmiləri indiyə kimi təmkin göstərərək hətta, qeyri-dövlət təşkilat və mərkəzlərindən də istəyiblər ki, Bakı dövlətinin anti-İran siyasətlərinə qarşılıqlı cavab verməkdən çəkinsinlər. Lakin, sözsüz ki, belə siyasətlər azərilər yaşayan məntəqələrin elmi mərkəzlərini və mədəni müəssisələrinin səbir kasasını daşdıra bilər.
İkincisi, Parlament nümayəndələrinin və İranın azərilər yaşayan məntəqələrinin media və mətbuat işçilərinin sözü gedən konfransın təşkilindən və ümumiyyətlə, Bakı dövlətinin anti-İran siyasətlərindən narahatlığı belə toplantıların pardə arxası məqsədlərindən xəbərdar olduqları üçündür. Həqiqətdə bu siyasətlərin hədəfi nə İran azəriləri, nə də bu günləri çoxlu problemlərlə qarşılaşmış AR azəriləridir: ölkənin 20 faiz torpaqlarının işğal altında olması, təqribən 1 milyon azərbaycanlı müsəlman qaçqın və onların fövqəladə sosial problemləri, səhiyyə sisteminin bacarıqsızlığı ki, bunun nəticəsində azərbaycanlı xəstələrin İranın tibb mərkəzlərinə sel kimi axını, Quba və İsmayıllı qiyamlarını öz ardınca gətirən idarələrdəki rüşvət və korrupsiya, təzəlikcə faktlar əsasında üstü açılmış parlament deputatlığının alqı-satqısı, hətta ölkə mediasının etirazına səbəb olmuş ölkədəki əxlaqsızılq və qadın qaçaqçılığı kimi sosial problemlər, azərbaycanlıları öz gündəlik məişətini təmin etmək üçün kütləvi surətdə Astara, Biləsuvar və Culfa keçid məntəqələrinə çəkən aşağı iqtisadi durum, ordu problemləri, o cümlədən ikiyüz faiz intiharların artması, əsgər ölümləri, etnik bərabərsizlik, dini məhdudiyyətlər, Avropa təşkilatlarının etirazına belə səbəb olmuş insan hüquqlarının pozulması və s. Azərbaycan xalqının problemlərinin təkcə bir hissəsidir ki, Azərbaycan dövlət rəsmiləri bütün bunları etnik hərəkətlərin kölgəsində gizlətmək istəyir və xalqa belə cilvələndirmək istəyirlər ki, sizin bu problemlərə dözməyiniz müstəqilliyin xərcidir. Təbiidir ki, Azərbaycan dövlətinin bu siyasətləri həyata keçirməsi üçün düşmən yaratmağa ehtiyacı vardır və bu proqram çərçivəsində azəri millətçi qruplar və bir neçə əksinqilabçı iranlı fərari İranı və farsları onların müstəqilliyinin düşməni kimi tanıtmağa öhdələrinə götürüblər. Bu arada ölkənin əxlaqsız və insafsız mediasının anti-İran mühasirəsində qalmış xalq öz haqlarını almaqdan məhrum olurlar.
Bakıda belə konfransların təşkilinə etiraz, həqiqətdə Qarabağın işğalının və ikiyüz il bundan öncə qəmli taleyə düçar olmuş müsəlman azəri xalqının məzlumiyyətinin davamına etirazdır.
Bakının anti-İran siyasətlərinə etiraz, Azərbaycan Respublikasının azərilər, talışlar, ləzgilər və bu ölkədə yaşayan digər millətlərə qarşı qeyri-insani siyasətlərinə etirazdır. Yoxsa artıq üç onillikdən çoxdur ki, özünü dünya kəndinin kəndxudası adlandıranlar qarşısında baş əyməyən iranlının təzə zühur etmiş və kiçik ölkələrin İran əleyhinə siyasətlərdən nə qorxusu ola bilər.
İran və iranlı azəri millətçilərinin həyasızlığı və Azərbaycan dövlətinin onları birbaşa və ya vasitəylə dəstəklədiyi zaman belə Qarabağın İslam torpağı olmasını və onun mütləq azad olunmasının lazım olduğunu yaddan çıxarmırdı. Və yaddan çıxarmırdı ki, AR-nın müsəlmanları bu gün bir çox dini və insani məhdudiyyətlərlə qarşılaşıblar və bu məhdudiyyətlərə son qoyulmalıdır. Və yaddan çıxarmır ki, bu gün AR azərilərinin müstəqilliyi sionistlərin və qərbin nüfuzu nəticəsində öz rəngini itirmişdir və onların həqiqi müstəqillikləri qaytarılmalıdır. Və yaddan çıxarmırlar ki, bu ölkə azərbaycanlılarının haqqıdır ki, öz keçmişindən məlumatı olsun, öz dost və düşmənini tanısın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
|