Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                 

BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
Tarix: 9-04-2013, 09:24 | Çap et
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
PARKLAR BU GÜN ZİBİLXANAYA ÇEVRİLİB

Son günlər havalar xoş keçdiyindən Bakının park və bağlarında gəzintiyə çıxanların sayı artır. Buna paralel olaraq, paytaxtdakı park və bağlarda abadlıq işləri, yaşıllıqlara qulluq sahəsində də canlanma müşahidə olunur. Başqa sözlə, yay mövsümünün başlanması ilə Bakının park və bağlarında, yolqırağı ərazilərdəki yaşıllıq zolaqlarına diqqət xeyli artıb.
Görəsən, bu canlanma Bakının bütün park və bağlarında müşahidə olunurmu? Son bir neçə ildə paytaxtda yenicə salınmış və tikintisinə böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyi istirahət parkları yay mövsümünə hazırdırmı?
Bu sahədəki gerçək vəziyyəti öyrənmək üçün Bakının mərkəzi ərazilərində yerləşən bir neçə istirahət parkına baş çəkdik. Nəsimi rayonundakı «Koroğlu parkı»nda bir fəhlə heykəli su ilə yuyaraq təmizəyir, digəri ətrafdakı yaşıl çəmənliyi suvarırdı. Parkda gəzintiyə gələnlərin sayı az idi. Həmsöhbət olduğumuz ziyarətçilər deyirlər ki, əvvəllər bu parkda ətrafa kölgəlik salan hündür və qollu-budaqlı ağaclar vardı. Amma ötən il burada xalq qəhrəmanı Koroğlunun Qırat üzərində heykəli qoyulan zaman ağacların bir hissəsi kökündən çıxarılıb. Oturacaqlar Günəş şüalarının düşdüyü yerlərdə qurulub. Ona görə də bu parkda ya səhərlər, ya da axşam Günəş batdıqdan sonra istirahət etmək mümkündür.
Parkda suvarılma işləri aparan Bakı Şəhər Yaşıllaşdırma Departamentinin fəhlələri də ziyarətçilərin iradlarını qəbul edirlər. Onlar problemin hələ bir neçə il davamlana biləcəyini vurğulayırlar. Çünki «Koroğlu parkı»nda əkilmiş körpə tinglərin boy atıb şaxələnməsi, kölgəlik salması yalnız bir neçə ilə başa gələcək.

«Məmmədyar bağı»nın adı var, özü yox…

Elə həmin ərazi ilə həmsərhəd olan «Məmmədyar bağı»nda doğranmış ağaclara, ətrafa atılmış daş-çınqıla, yolunmuş yaşıl otlara və digər tullantılara rast gəldik. Baxımsızlıqdan ərazidəki ağaclardan bəziləri tamam qurumuş, bir qisminin isə qol-budağı kortəbii doğranaraq ətrafa atılmışdı. Oradakı bəzi ağaclar və otlar kortəbii böyümüşdü. Burada bir neçə il öncəyə qədər fəaliyyət göstərmiş məşhur «Vışka» kinoteatrının binasının kirəmit hissələri yararsız hala düşüb. Onun divarlarındakı suvaqlar və mərmər üzlük daşlar uçub-dağılıb. Vaxtilə kinoteatr binasının kassa və administratorun kabinetlərinə açılan pəncərələrin çərçivələri də sökülüb. Ətrafı işıqlandırmaq üçün binanın hər tərəfinə düzülmüş elektrik fənərləri sındırılıb, onların elektrik xətləri isə kəsilərək doğranıb. «Vışka»nın girişindəki daş və mərmər pilləkənin sütunlarının üzlük daşları da tamam dağılıb. Bağdakı oturacaqlardan bəziləri sındırılıb, bəziləri isə yağış, qar və küləyin təsirindən yararsız hala düşüb.
Bağdakı «Timsah-ilan» abidəsinin ətrafında salınmış fəvvarədə vaxtilə fəaliyyət göstərən fontan kompleksindən yalnız biri salamat qalıb. Lakin həmin qurğu işləmədiyindən pas atıb. Bu, azmış kimi, yaxınlıqdakı su kəmərinə birləşdirilmiş plastik borudan fəvvarənin hovuzuna su axır. Hovuzun içərisi isə natəmizdir, burada hətta məişət tullantılarına da rast gəlmək olur. Fəvvarəni əhatələyən beton sədlərin bir neçə yerindəki üzlük daşları da dağılıb.
Burada qara mərməri dağıdıldığından istismara yararsız süni çeşməyə də rast gəldik. Çeşmənin arxa tərəfində kortəbii inkişaf edən çəmənlik, oraya qoyulmuş zibildaşıyan maşın və ekskavator, kənardan daşınaraq gətirilmiş torpaq topası da vardı.

“Yuyunmağa su tapmırıq”

«Məmmədyar bağı»nda gəzintiyə çıxmış ağsaqqallarla həmsöhbət olduq. Arif Məmmədov adlı sakin deyir ki, asudə vaxtını səmərəli keçirmək üçün bu istirahət parkındakı çayxanaya tez-tez gəlir. Amma buradakı antisanitariya, zibillik, «Timsah-ilan» fəvvarəsinin üfunət qoxuyan mənzərəsi onun əhvalını xeyli korlayır: “Yaşlı adamam, uzaqdakı parklara gedə bilmirəm. Yaxınlıqdakı binada yaşayan və mənim kimi yaşlı adamların əksəriyyəti buraya gəlir. Gərək aidiyyəti qurumlar bu barədə ciddi düşünsünlər, mənim kimi ağsaqqalların xoş istirahətlərinin qeydinə qalsınlar».
Zəngilan rayonundan məcburi köçkün Mustafa dayı isə asudə vaxtını səmərəli keçirmək üçün Bakının nisbətən abad parklarına gedir: «Bu günədək demək olar ki, paytaxtın bütün istirahət mərkəzlərində olmuşam. Amma hələ də özümə münasib bir park və bağ tapmamışam ki, istirahətimi xoş keçirmək üçün daim ora gedim. Məni ən çox narahat edən odur ki, yayın qızmar günlərində park və bağlarda əl-üzümüzü yumağa su tapmırıq. Süni bulaqlar, yaxud çeşmələr yoxdur. Olanları da ya işləmir. Buradakı süni bulaq da dağılıb».

Baxımsız qalan bağlar

Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Rəşxan adlı ağsaqqal əməkdaşı isə qeyd edir ki, bir müddət əvvəl «Məmmədyar bağı»nın əsaslı təmiri nəzərdə tutulmuşdu. Amma «Koroğlu parkı» plana salındığından əsaslı təmir təxirə salınıb. Sakinlərin iradlarını səmimi qəbul edən həmsöhbətimiz nəzarətsizlik və baxımsızlıq üzündən təkcə «Məmmədyar bağı»nın deyil, bəzi park və bağların da xaraba qaldığını deyir: «Son zamanlar həmin istirahət mərkəzləri bizim departamentin balansına verilib. Amma baxımsız qalan parların əsaslı təmiri üçün kifayət qədər maliyyə vəsaiti lazımdır».
Parklarda bulaqların olmamasına gəlincə, Rəşxan dayı bu məsələdə günahı park və bağların yenidənqurulması ilə məşğul olan təşkilatları qınayır. Onun sözlərinə görə, bəzi istirahət mərkəzlərinin layihəsində bu məsələyə yer ayrılmır. Hətta bəzi yerlərdə belə çeşmə və bulaqlar olsa da, fəaliyyət göstərmir.
«Elmlər Akademiyası bağı»nda da yabanı otlar və ağacların qol-budaqları kortəbii boy atıb. Amma son günlər bura da da yabanı otların biçilməsinə, yaşıllıqların suvarılmasına, ağaclara qulluq göstərməyə başlayıblar. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin aqronomu Vaqif Abutalıbov «Elmlər Akademiyası bağı»nda mövsümə hazırlıq tədbirlərinə hələ ötən ayın əvvəlindən başlandığını deyir: «Kənardan baxanlar elə bilirlər ki, abadlaşdırma və yaşıllaşdırılma işlərinin icrası gecikib. Amma hər şey qrafik üzrə gedir. Bağdakı fəvvarə də işlək vəziyyətə gətirilib. Burada təzə lalələr və süsənlər əkilib. Yaxın zamanlarda «Elmlər Akademiyası bağı» öz simasını tamamilə dəyişəcək».

Təbriz Vəfalı

BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Bu gün, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Bu gün, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Bu gün, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Bu gün, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Bu gün, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Bu gün, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Bu gün, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Bu gün, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Bu gün, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Bu gün, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Bu gün, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Bu gün, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Bu gün, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Bu gün, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Bu gün, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Bu gün, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru