İLYAS İSMAYILOV SEÇKİ NLOKU YARATDI
Tarix: 10-04-2013, 10:15 |
Çap et
"VƏTƏN"DƏ HƏLƏLİK 2 PARTİYA VARAzərbaycanın iki müxalifət partiyası - Yaşıllar və Ədalət partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blokun adı məlum olub.
Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Trend-ə deyib ki, uzun müzakirədən sonra siyasi blokun adı "Vətən" olaraq qəbul edilib.
Güləliyev bildirib ki, "Vətən" siyasi blokunun təqdimat mərasimi aprelin sonlarına planlaşdırılır. Blokun Əsasnaməsi, Proqramı razılaşdırılaraq qəbul edilib.
Güləliyevin sözlərinə görə, siyasi blokun 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı gözlənilir. O qeyd edib ki, bu iki partiyanın blokunun prezident seçkilərinə hazırlığı ilə bağlı geniş fəaliyyət proqramı da artıq hazırdır.
"Prezident seçkiləri ilə bağlı isə yəqin ki, bizim vahid namizədimiz olacaq. Gələn ayın sonuna qədər artıq vahid namizəd məsələsi həll olunacaq. Biz heç bir partiyanın namizədini dəstəkləməyəcəyik. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizədi dəstəklənməyəcək. Bu qəti qərardır", - Güləliyev vurğulayıb.
O bildirib ki, bundan sonra həm Yaşıllar, həm də Ədalət partiyasının digər siyasi partiyalarla əməkdaşlığı ancaq blok çərçivəsində olacaq. "Gələcəkdə də bloka hansı partiyalar qoşularsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq", - Güləliyev vurğulayıb.