KEÇMİŞ BAŞ NAZİRDƏN İLHAM ƏLİYEVƏ DƏSTƏK
Tarix: 11-04-2013, 11:13 |
Çap et
"Mən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyirəm və ona vətəndaş olaraq bundan sonra təmənnasız kömək etməyə hazıram."
Bu fikirləri SalamNews-a sabiq baş nazir Rəhim Hüseynov bildirib.
O siyasətçi olmadığını və deyib ki, mən iqtisadçıyam, hətta baş nazir olanda belə siyasətlə deyil, ölkənin iqtisadiyyatı ilə məşğul olmuşam. Hələ keçən parlament seçkilərində mənim namizədliyim irəli sürmək istəyənlər var idi. Mən o zaman bundan imtina etdim. Dedim ki, bu, mənlik deyil. Hesab edirəm ki, iqtisadiyyatımız nə qədər möhkəm olsa, digər problemlər həllini tez tapacaq.
R.Hüseynov deyib: "Ölkə başçısının apardığı daxili, iqtisadi və xarici siyasəti nəinki bəyənirəm, onu dəstəkləyirəm. Ölkə başçısı nə deyirsə, düz deyir. Amma prezidentdən xahişim odur ki, verdiyi tapşrıqları yoxlasın, bu tapşırıqlara necə əməl olunur, kim onun dediyinə əməl edir, kim yox. Qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyəm. Çünki bu gün Azərbaycanda ona alternativ və onunla mübarizə aparmaq iqtidarında olacaq kimsə yoxdur."