AĞSUDA POLİS ÖZBAŞINALIĞI
Tarix: 12-04-2013, 10:52 | Çap et
"MÜSTƏNTİQ MƏNƏ DEDİ Kİ"...Redaksiyamızın elektron poçtuna Ağsu rayonu, S.Vurğun küçəsi, dalan 4, ev 1-də yaşayan Kazımov Tuqay Rəşid oğlu və məhəllə sakinləri tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev, Azərbaycan Respublikası baş prokuroru Z.Qaralov, Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubov, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri E.Mahmudov cənablarına, Azərbaycan Respublikası Ombudsmanı E.Süleymanovaya ünvanlanmış şikayət ərizəsində deyilir:
“Mən Kazımov Tuqay Rəşid oğlu uzun müddət Rusiya Federasiyasında yaşamağıma baxmayaraq qaydasız döyüş növü üzrə yarışlarda Azərbaycan Respublikasını təmsil etmişəm və bu yarışlarda Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırmışam. Sankt-Peterburq şəhərində “FAKEL” klubunda məşqçi işləmişəm. İndi hal-hazırda Ağsu şəhərində öz şəxsi hesabıma açdığım idman zalında Ağsu gənclərinə təmənnasız məşq keçirəm və həmçinin, “Azərinform”un (Azərbaycan İnformasiya Agentliyi) idman şöbəsinin əməkdaşıyam. Yazaraq sizə bildirirəm ki, 11 noyabr 2012-ci il tarixində saat 17-00 radələrində mənim yaşadığım Ağsu şəhəri S.Vurğun küçəsində böyük səs-küy olduğunu eşidib ora gəldim. Mən həyətimdə olan idman zalında tələbələrimə məşq keçirdim. Ağsu şəhərində cənab Prezidentin Regionların İnkişaf Proqramı ilə bağlı su-kanalizasiya xətti çəkilişi ilə əlaqədar qazıntı-təmir işləri aparılırdı. Təmir-tikinti işləri getdiyindən bizim evə çatanda həmin küçəyə “yol bağlıdır” nişanı və bunun üçün sürücülərə alternativ yoldan istifadə etmək üçün “sola dön” işarəsi qoyulmuşdur. Mən də başqa məhəllə sakinləri kimi səs-küyü eşidib küçəyə çıxdım və burada sir-sifəti qan içində təxminən 40-45 yaşlarında olan bir kişi əlində çomağı ilə yol işçilərinə tərəf fırladaraq Rayon İcra Başçısının, Dövlət Başçısının və bu işi gördürənlərin ünvanına xoşagəlməz nalayiq söyüşlər söyürdü. Yol işçiləri ona iradlarını bildirirdilər ki, niyə söyüş söyürsən, məhəllədə qadın var, uşaq var, camaatın anası-bacısı var. Sürücü Fərzəliyev Malik Alxan oğlu (adını sonradan Polis Şöbəsində öyrəndim) camaatın içində yolları bu vəziyyətə qoyanları, Ağsu Rayon İcra başçısını və bu işi gördürənləri açıq aşkar nalayiq söyuşlərlə təhqir edirdi. Mən ona yaxınlaşaraq öz etirazımı bildirdim və ona irad tutdum ki, niyə bu işi gördürənləri söyürsən, gördüyün bu təmir-tikinti işləri camaatın rahat yaşaması üçündür və bundan ötrü dövlət başçısı Regionların İnkişaf Proqramı təsdiq etmişdir. Sən onu bilirsənmi ki, sənin söydüyün söyüş dövlətin, dövlət başçısının ünvanınadır. Bu vaxt O, mənə “sən kimsən özüm bilərəm, sənin dövlətin də bayrağında belə-belə olsun” söylədi. Mən ona bildirdim ki, sən sərxoşsan, nə danışdığını bilmirsən və onu kənara çəkdim. Çünki O, dayanmadan söyüş söyurdü. Bu vaxt xidmətdə olan Post Patrul xidmətinin əmakdaşları hadisə yerinə gəldi. Yol işçiləri polisə hadisənin necə baş verdiyi barədə məlumat verdilər ki, bu sərxoş sürücü yol hərəkəti nişanına məhəl qoymayaraq həmin nişanın üzərindən keçərək avtomobilini həmin sahənin mühəndisi vəzifəsində işləyən Əşgərov Mirzə Məhəmməd oğlunun üzərinə sürmüş və yolu açmasanız sizin üzərinizdən keçəcəyəm. Polis əməkdaşı onun öz maşınını idarə edə bilməyəcəyini görüb (sərxoş olduğu üçün) maşınını cərimə meydançasına, özünü isə Ağsu Rayon Polis Şöbəsinə aparmışdılar. Onun sərxoşluğunu yoxlamaq üçün Rayon Polis Şöbəsinə ekspert çağırılmışdır. Məni də məhəllə sakinləri kimi şahid qismində Polis Şöbəsinə dəvət etdilər. Bu xuliqanlıq hərəkəti ilə camaatı və polisi bezdirən Fərzəliyev Malik Alxan oğlu şöbədə də söyüş söyməyindən və kobudluğundan əl çəkmirdi. Mən Tuqay Kazımov, Qurban Kərimov, Cəlal Kərimov, İmran Bəyalıyev, Zamiq Bəyalıyev və Post Patrul Xidməti Əməkdaşlarından Nağıyev Babək Mehdi oğlu, Hacıyev Mustafa Ağamusa oğlu, Məmmədov Rəşad Yasər oğlu və Babayev Kamal Təşkilat oğlu, (cəmi 44 nəfər) şahiddirlər ki, bu xuliqan sürücü Fərzəliyev Malik cox sərxoş idi, onun tutulmasını və haqqında hüquq müstəvisində ölçü götürülməsini istəmişik. Hadisə 11.11.2012-ci il tarixində baş vermişdir. 07.01.2013-cü il tarixdində Ağsu RPŞ-nin İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynov tərəfindən rəsmi qaydada mənim yaşadığım ünvana çağırış vərəqəsi göndərilmişdir. Mən də həmin tarixdə İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynovun yanında oldum. Mən hadisənin necə baş verdiyini danışırdım Vüsal Hüseynov isə kompüterdə mənim dediklərimi qeyd edirdi. Axırda izahatı mənə təqdim etdikdə mən izahatımı oxumamış imza atmayacağımı ona bildirdim və izahatımı oxumağa başladım. İzahatı oxuduqda mənim dediklərimin burda qeyd edilmədiyini görüb müstəntiqə sual verdim ki, nəyə görə mənim dediklərimi olduğu kimi bura qeyd etməmisiniz? Müstəntiq mənə bildirdi ki, verdiyin bu ifadəyə görə sənin başın ağrıyar. Mən də ona bildirdim ki, mən bunu özümdən uydurmamışam ki, bunu təsdiqləyən şahidlər də var. O, isə mənə sənin verdiyin ifadəni mən cinayət işinə daxil edə bilmərəm. Bundan ötrü mənim qollarımı kəsərlər. Mən isə cavabımda qollarını niyə kəsirlər? Sən müstəntiqsən, mənim verdiyim ifadəni olduğu kimi qeyd edib işi araşdırmalısan. O, isə mənə söyüb söyüb də sənin nə işinə qalib ki, bu sənin işin deyil. Mən isə ona belə cavab verdim ki, mən bu Vətənin oğluyam. Bu Vətənin Prezidentini, Bayrağını qorumaq hər bir şəxsin borcu olduğu kimi mənim də şərəf borcumdur. Prezidentimi, Bayrağımım şərəfini qoruduğum üçün məni tutacaqlarsa qoy tutsunlar deyib otağı tərk etdim. Sonradan mən bu olanlar barədə Ağsu Rayon Prokuroru baş ədliyyə müşaviri Hafis Məmmədova məlumat verdim. Prokurordan da həmin cavabları eşitdim. Bu sənin işin deyil, sən uşaqsan get işinlə məşğul ol. Dəfələrlə müstəntiq Vüsal Hüseynov mənə telefonla zəng edərək məndən izahatımı dəyişməyimi tələb etmişdir, əgər izahatını dəyişməsən sənin üçün pis olacaq. Mən isə ona bir şərəfsizə görə öz izahatımı dəyişməyəcəyimi bildirdim. Məni 10.02.2013-cü il tarixdə növbəti çağırış vərəqəsi ilə Polis Şöbəsinə çağırdılar və mənə başqa suallar verməyə başladılar. Sən Maliki və onun bacısını nə ilə vurmusan. Guya ki, mən onları döymüşəm. Sonradan mənim yaşadığım ünvana 28.02.2013-cü il saat 09-20-də başlamış və 28.02.2013-cü il saat 12-20-də başa çatmış ittiham aktı göndərilmişdir. Mən ittiham aktı ilə tanış olduqdan sonra bildim ki, mənə Azərbaycan Respublikasının CM-nin 221.2.2 maddəsi ilə təqsirləndirildiyimə dair 120290047 nömrəli cinayət işi açılmışdır. Hadisənin üstündən 26 gün keçəndən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA birliyi Şamaxı rayon şöbəsi tərəfindən 07.12.2012-ci il tarixli 254/91 və 255/90 nömrəli rəydən görünür ki mən Fərzəliyev Malik və Fərzaliyeva Şükufəyə küt alətlə xəsarət yetirmişəm və məni 04.03.2013-cü il tarixli 1(016)-05 nömrəli məktubla 13.03.2013-cü il tarixdə saat 11-00-da keçiriləcək məhkəmə prosesinə çağırmışdılar. Son ümidim məhkəmə prosesinə qalmışdır ki, mənim günahsız olduğum bəlkə burada sübut olunar. Təəssüflər olsun ki, burda da haqsızlıqlarla üzləşdim və mənə 2 ildən 5 ilədək cinayət işi verilməsi ilə hədə qorxu gəldilər. Burda məni haqsız, onları isə haqlı çıxartdılar və məni valideyinlərimi götürüb onlardan üzr istəməyimi məsləhət bildilər. Adları aşağıda göstərilən məhəllə və Ağsu sakinləri mənim məhkəməyə çağırılmağıma və mənə qarşı misli görünməmiş dırnaqarası cinayətə öz etirazlarını bildirirlər. Xahiş edirik ki, bu yalan məhkəmə ittihamını düzüb-qoşan Ağsu Rayon Polis şöbəsinin İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynovun və ona kömək edən Dövlət orqanlarında məmur vəzifəsində işləyən məmurların məmur özbaşnalığına və vəzifələrindən sui-istifadə etmələrinə son qoyasınız. Qeyd edim ki, yalançı cinayətin icraya və məhkəməyə verilməsi, Dövlətimizə qarşı inamsızlıq və xalqın Dövlətə qarşı etimadını məhv etməkdədir. Ona görə yuxarıda qeyd etdiyimiz bu haqqsızlıqların, quraşdırmaların və böhtanların hüquq müstəvisində dəqiq araşdırılmasında və mənim pozulmuş hüquqlarımın bərpa olunmasında yardımçı olasınız. İmza: Tuqay Kazımov, Qurban Kərimov, Cəlal Kərimov, İmran Bəyalıyev, Zamiq Bəyalıyev və Post Patrul Xidməti Əməkdaşlarından Nağıyev Babək Mehdi oğlu, Hacıyev Mustafa Ağamusa oğlu, Məmmədov Rəşad Yasər oğlu, Babayev Kamal Təşkilat oğlu və digər rayon sakinləri (cəmi 44 nəfər)."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|