Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

"SƏMƏD VURĞUN KİMİ DILĞIRIN BİRİ"...
Tarix: 12-04-2013, 10:58 | Çap et
"SƏMƏD VURĞUN KİMİ DILĞIRIN BİRİ"...
PARTİYA SƏDRİ XALQ ŞAİRİNİ AŞAĞILADI

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo” ya müsahibəsi:

- Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz?
- Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm.

“İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər”

- Hansı kataklizmlər baş verə bilər?
- Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər də yarada, hətta müdafiəyə qədər hər hansı addımlar da ata, eyni zamanda İranla Azərbaycan arasında çox ciddi problemlər yarada bilər. Daxildə daha amansız qarşıdurma vəziyyətini yaranar, öz maraqlarına uyğun təxribatlar həyata keçirər. Müxalifətdaxili problemlər gərginləşə, daxildə elita daha amansız qarşıdurma vəziyyətinə keçər. Ölkədə öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilərlər. Ermənistan nə qədər Rusiyanın nəzarətində olsa da, burada prezidentliyə namizədlərin birinə terror etdilər. İndi Rusiyanın nəzarətindən çıxmaq istəyən və inkişaf edən bir Azərbaycanda seçkilərdə çoxlu namizədləri təsəvvür edin . Görün, burada vəziyyət necə olacaq.

- Azərbaycan beynəlxalq dəstəyini itirmiş bir vəziyyətdədir?
- 20 il idi ki, Azərbaycan tarazlaşdırma siyasəti aparırdı. Hətta Heydər Əliyev vəfat edəndə Amerika ilə Rusiya birlikdə İlham Əliyevi hakimiyyətə gətirdilər. Rus təyyarəsində Heydər Əliyevi Amerikaya apardılar. Bu o deməkdir ki, Azərbaycanda hakimiyyətin İlham Əliyevə ötürülməsində Rusiya ilə Amerika birlikdə hərəkət edirdilər. Yəni Azərbaycan siyasi qərarlarda Rusiyanın, iqtisadi qərarlarda isə Amerikanın təsiri altında idi. Amma son illərdə dünyada böyük dəyişikliklər baş verir. İndi Qarabağla bağlı əvvəlki status kvonun saxlanılması, Azərbaycanın bir tərəfdən Rusiya, digər tərəfdən Amerika ilə əməkdaşlıq etməsi özünü doğrultmur. Azərbaycan artıq hər iki qıçını tərəzinin bir gözünə qoymaq məcburiyyətindədir. Dünənə qədər Azərbaycan iqtidarını dəstəkləyən qüvvələr indi ona qarşı təzyiq yaratmaqdadırlar. Rusiya Azərbaycan dövlətinə təzyiq edir ki, status kvo saxlanılsın. Qərb hakimiyyətdəkilərə təzyiq edir ki, status kvonu öz xeyrinə dəyişdirsin. İlham Əliyevin övladlarının şirkətinin aşkar olunması, bundan əvvəl Azərbaycanda 47 milyard dolların ölkədən çıxarılması faktlarının ötürülməsi və digər məsələlər bütünlüklə göstərir ki, Qərb də iqtidara təzyiq edir. Məqsəd ölkədə demokratik islahatların həyata keçirilməsi, bu günə qədər olan ictimai siyasi durumun dəyişdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatdırılmasıdır. Qərb nə üçün bunu istəyir? İki gün bundan qabaq Davos forumu keçirildi. Belə bir fikir səsləndi ki, Qafqaz iqtisadi zonası yaradılmalıdır. Burada da əsas ağırlıq iqtisadi cəhətdən geniş imkanlara malik Azərbaycanın üzərinə düşür. Azərbaycan Rusiyanın nəzarətində olanda burada belə bir məkan yaratmaq mümkün deyil.

“Təzyiqlər iqtidarı çaşdırıb”

- Həmin Qərbin təzyiqləri ölkədə hakimiyyətdəyişikliyi ilə nəticələnə bilərmi?
- Hələ seçkilərə çox vaxt var.

- Çox deyəndə ki, 6 ay qalıb da Sərdar bəy...
- Əvvəlki illərə nəzər salsaq, görərik ki, Azərbaycan iqtidarı bir il qabaqcadan İlham Əliyevin namizədliyini elan edirdi, kampaniyalar aparırdı. Amma indi iqtidardan net şəkildə seçkilərə kim gedəcək, kimlər iştirak edəcək, bu barədə heç bir reaksiya yoxdur. Bu susqunluq onu göstərir ki, təzyiqlər bir növ iqtidarı çaşdırıb. İqtidar müəyyənləşdirə bilmir ki, status kvonu dəyişsin, ya da dəyişə bilməsin. Azərbaycan iqtidarı olduqca mürəkkəb vəziyyətdədir.

- Bəs iqtidara rəqib olan müxalifətdə vəziyyət necədir?
- Təbii ki, biz bir ölkənin cəmiyyətiyik. İqtidarla müxalifətin əksikləri, tərəqqisi deyilən bir qanun var. Ona görə də bir-birinə əksiklik təşkil edən tərəflərdən biri tənəzzül edəndə digər tərəf də tənəzzülə uğrayır. Biri inkiaşf edəndə o biri də inkişaf edir. Yəni doğrudan da iqtidar tənəzzülə uğrayıbsa, Azərbaycan müxalifəti də tənəzzülə uğrayıb. Azərbaycan müxalifətinin də iqtidardakı kimi dezinteqrasiya meyilləri var, uzun müddətdir nailiyyətsizlik sindromundan doğan qrupdaxili konfliktləri var. Məsələn, Müsavat elan edir ki, bəzi partiyalar satılıb, xaricdən maliyyələşir, İrana, Rusiyaya işləyir. Halbuki bu partiyalarla uzun illər Müsavat Partiyası ən yaxın müttəfiq olub. Onda bu fikir heç ağlına gəlmirdi. Bunlar hamısı müxalifətin içərisində mənfi proseslərin inkişaf etdiyinin göstəricisidir. Dəfələrlə müxalifəti bir araya gətirməyə çalışmışıq, amma nəticəsi olmayıb. Birliyin yaradılmaması da müxalifətin ciddi problemlərindən biridir. Ən ciddi problemi isə müxalifətin demokratik dəyər və prinsiplərdən uzaqlaşmağında görürəm. Hakimiyyətə yalnız demokratik yolla, yoxsa istənilən vasitələrlə gəlmək lazımdır sualını müxalifət bir növ müəyyənləşdirməyib. Böyük çoxluq nəyin vasitəsi ilə olur-olsun hakimiyyətin dəyişməsini istəyir. Hətta xarici dövlətlərin dəstəyindən də istifadə edərək gəlmək istəyirlər. Hakimiyyətin dəyişməsini məqbul hesab edirlər.

“Müxalifətin Siyavuş Novruzovu pis şey deyil ki...”

- Siz özünüzü siyasətdə hansı kəsimin nümayəndəsi hesab edirsiniz?
- Mən orta təbəqənin nümayəndəsiyəm.

- Yəni müxalifət deyilsiz ki? İqtidar müxalifət kontekstində nəzərdə tuturam. Müxalifət hesab edirisiniz özünüzü?
- Hesab edirəm nədir. Lap özümü iqtidarda hesab edim. Bəyəm mən yaxud ADP hansısa hakimiyyətdə təmsil olunur?

- Amma sizin müxalifətdə olmağınız birmənalı qarşılanmır...
- Nə deyirlər?

- Deyirlər ki, Sərdar Cəlaloğlu müxalifətin Siyavuş Novruzovudur. Onunla aralarında fərq yoxdur.
- Müxalifətin Siyavuş Novruzovu pis şey deyil ki. Məsələn, Azərbaycan iqtidarının maraqlarını ən ciddi müdafiə edən Siyavuş Novruzovdur. Mən də Azərbaycan müxalifətinin maraqlarını ən aydın müdafiə edirəm. Müsavat, AXCP kimi partiyalar öz maraqlarını müdafiə edir. Amma Azərbaycanda elə bir adam lazımdır ki, o bütünlükdə müxalifət cəbhəsinin maraqlarını müdafiə etsin. O da mənəm. Siz bunu niyə pis mənada yozursuz ki? Demirlər ki, Siyavuş Novruzovdur. Deyirlər ki, müxalifətin Siyavuş Novruzovudur. İqtidarın Siyavuş Novruzovu nə işlə məşğuldursa, müxalifətin Siyavuş Novruzovu da o işlə məşğuldur. Elçibəy öləndən sonra hərə onun bir mirasını götürdü. Amma onun siyasi ağsaqqalığını götürən olmadı. Mən o boşluğu gördüm. O gündən özümə söz vermişəm ki, onun siyasi ağsaqqallığını öz üzərimə götürüm. Həm yaşım buna imkan verir, həm xarakterim, həm də partiyamızın ideologiyası. Məsələn, Elçibəy deyirdi ki, iqtidar müxalifət münasibətlərini o qədər dərinləşdirmək olmaz ki, dövlət dağılsın. Bu kontekstdə xarici qüvvələrdən istifadə etmək olmaz. Təvazökarlıqdan uzaq olsa da , Azərbaycan müxalifətində az -çox siyasi nəzəriyyə, fəlsəfə ilə mən məşğul olmuşam. Kitablar yazmışam. Çoxlu məqalələrim var. Demokratiyaya keçid münasibətlərini də izləyirəm. Bu oxuduğum bilgilər mənə deməyə əsas verir ki, Azərbaycan müxalifəti səhv yoldadır. Əgər biz doğrudan da demokratik mübarizə aparırıqsa, düzgün yol seçməmişik. Cin Şarpın dinc demokratiyaya keçidlə bağlı kitabında mübarizənin 6 prinsipini müıyyənləşdirib.

Mübarizə aparan müxalifətin rəngarəng olması; İdeoloji cəhətdən əks qütbdə olanların bir yerdə mübarizə aparması. Məsələn, deyirəm ki, gəlin islamçıları, sosial demokratları öz sıralarımıza cəlb edək. Deyirlər ki, olmaz.

“Biz gələcəyik, bunları belə asacağıq, kəsəcəyik”

Mən həmişə deyirəm ki, AXCP, Müsavat, İP-nın apardığı mübarizə heç bir nəticə verməyəcək. Çünki dinc mübarizə kütləvi və fasiləsiz olmalıdır. Əgər bir aksiyanı ilin bu başında, o birini axırda keçirəcəksinizsə, bu heç bir siyasi dəyişikliyə gətirib çıxarmayacaq. Deyirəm ki, nəyin vasitəsilə olur-olsun Qərbin dəstəyini qazanmaq lazımdır. Məni ittiham edirlər ki, qərbin bizi hakimiyyətə gətirməsini istəyirsən. Halbuki prinsiplərdə qeyd olunub ki, demokratik mübarizə aparan tərəf beynəlxalq dəstəyə nail olmalıdır. İqtidar tərəfindən hər hansı zorakılığa məruz qalmayacağını düşünməməlidir. Yəni biz mitinqə gedirik, üzvlərimizə deməməliyik ki, narahat olmayın, polis bizi həbs etməyəcək. Əksinə, biz düşünməliyik ki, iqtidar həbs də edə, döyə də bilər. Bu cür düşünüb mitinqə adam çıxara biliriksə, onlar nəyəsə nail ola biləcək.

Hətta nəzəri şəkildə belə əks tərəfə zorakılıq etməyəcəyini düşünməməlisən. Azərbaycan müxalifətinin danışıqlarına fikir verin. Biz gələcəyik, bunları belə asacağıq, kəsəcəyik. Mən Cin Şarpın prinsiplərinə Azərbaycan müxalifətinin əməl etmədiyini Azərbaycan dilində deyirəm. Bu dönür olur müxalifətin Siyavuşu. Bu gün dünyada demokratiyaya keçid bizim müxalifətin düşündüyü kimi deyil. Fkuyamanın “Amerika yol ayrıcında” adlı bir kitabı var. Bu adam deyir ki, dinc demokratik mübarizə fazalı olacaq. Müxalifətdə elə qüvvələr olmalıdır ki, iqtidarla bu və ya başqa şəkildə əməkdaşlığa hazır olsun. Azərbaycan müxalifətinin radikal qanadı bu cür qüvvələri axtarıb məhv etməklə məşğuldur. İndi mən savadlıyam, elmi sözlər deyə bilirəm, bunlar bilmir axı. Bunları loru dilinə çevirib deyirəm, oluram müxalifətin Siyavuşu. Bax budur, savadsızlıq. Müxalifətçilik ideoloji zəmindədir. Yəni iqtidar özünün hakimiyyətini müdafiə etmək üçün hansı ideoloji iş aparırsa, həmin ideolojinin qarşısına sən də iş qoymalısan. İkinci, iqtidarın effektsiz siyasi fəaliyyətinin effektli siyasi fəaliyyətini yönəltmək üçün tənqid etməlisən. Üçüncü, hakimiyyəti uzaqlaşdırıb yerinə gəlməlisən.

-Yəni siz iqtidarın qarşısında durmaq üçün nə iş görürsünüz?
- Deyirəm də. Vaxtilə mən Azərbaycanda olan bir çox partiyaları birləşdirdim. ADP-də 7-8 partiya birləşərək çox nəhəng bir güc yaratdıq. Sırf Rəsul Quliyevin subyektiv mövqeyinə görə Azərbaycanda siyasi hakimiyyəti dəyişdirmək mümkün olmadı. 10 il ərzində biz küçələrdən, meydanlardan yığışmadıq. Mitinqlər təşkil etdik və.s 2005-ci ildən Rəsul Quliyev Azərbaycana gəlməyindən sonra apardığımız siyasətin ideoloji əsasları çökdü. Ona görə də ayrıldıq. İndi başqa şəkildə fəaliyyət göstəririk.

“Yumruq davasına çıxmayacağıq ki”

- Sərdar bəy, bunlar keçmişdə qaldı. Hazırda nə iş görürsünüz?
- “İqtidarın metamarfozası” adlı kitab yazmışam. Bu Azərbaycan iqtidarının 20 illik fəaliyyətinin elmi, siyasi, fəlsəfi tənqidindən ibarətdir. Eyni zamnada yeni Azərbaycanın necə yaradılması mümkünlüyü ilə orada əks olunub. Azərbaycanda ilk dəfə strukturalizm üsulu ilə mən bu kitabı yazmışam. Azərbaycan dövlətinin hüquqi, siyasi, iqtisadi sferasını, onların bir-biri ilə əlaqəsini göstərmişəm. Mən bu kitablarda iqtidarın Azərbaycan xalqının maraqlarını zidd hərəkət etdiyini sübut etmişəm. Ondan başqa yüzlərlə minlərlə, məqalə yazmışam. Mən bu dəqiqədə də sizinlə müsahibəmizdə söz səviyyəsində iqtidara qarşı mübarizə aparıram. Çünki ən vacib mübarizə metodu ideoloji metoddur. Yumruq davasına çıxmayacağıq ki. İqtidarın yanlış siyasətinin ifşa edilməsi üçün mövqe ortalığa qoymuşuq. Üçüncüsü, xalqı hazırlayırıq. Mənim seçdiyim dinc demokratiya yolunun başqa variantları yoxdur. Mən silahlı qruplaşma yarada, terror edə bilmərəm. Bu mənim seçdiyim yolun üsulları deyil. Bu dedikərimdən əlavə eşitmisiniz ki hansısa başqa mübarizə üsulu da var? İndi kimsə çıxıb deyirsə ki, mən prezident olacam, bunu mən demirəmsə, o deməkdir ki, mən iş görmürəm? Ya da Azərbaycanda ən böyük gücəm, özüm də adi elemantar problemi həll edə bilmirəm, bu o deməkdir ki mən gücəm?

- Azərbaycan toplumuna hər gün bəyanat vermək o qədər də lazım deyil...
- Nə lazımdır bəs?

- Sərdar bəy, onda siz siyasətin fəlsəfəsini yazmaqla məşğul olun... Niyə partiya sədrisiz? O dediklərinizi hər kəs oxuyub deyə bilər. Demək yetmir. İş görmək lazımdır. Siz də müxalifətdəsiniz. Hazırda nə iş görürsünüz?
- Sən bir jurnalist kimi siyasətçinin işini necə başa düşürsən?

- Partiya sədrinin işi kitab yazmaq deyil. Həm də tez -tez xalqla görüşlərdə, təmaslarda olmaqdır. O dediyiniz passiv kütləni aktivləşdirməkdir.
- Görüşlərdə mən neynəyəcəm?

“Bu cür mitinq taktikası ilə Azərbaycanda heç zada nail olmaq mümkün deyil”

- Necə yəni neynəyəcəm? Bir var kənardan demək, bir də o kütlənin içində olmaq. Burda oturmaqla olmaz ki...
- Mən özüm də görüşlər keçirirəm. Siz elə bilirsiz ki, mənim burdan durub hansısa kəndə getməyim iş olacaq. Mən kəndə getmirəm, fikirlərimi göndərirəm. Sizin üçün fərqi var? Mən bir ay ərzində susmuşamsa, nə televiziyalarda radiolarda, mediada çıxış etməmişəmsə, sizin dediklərinizin əsası var. Mən öz əlimdə olan bütün imkanlarla Azərbaycanda xalqla, jurnalistlərlə ən çox təmasda olan adamam.

- Siz də bilirsiniz ki Azərbaycanda müxalifətə televiziya, radiolarda çıxış etmək imkanı verilmir. Ancaq saytlar, qəzetlər vasitəsilə danışa bilirsiniz. Amma internetin imkanlarından rayonların əhalisi yararlana bilmir. Ən çox televiziyaya baxılır. Orda da siz yoxsuz.
- Müxalifətin bir araya gəlməsində məndən çox fəaliyyət göstərən adam varmı? Partiya quruculuğu ilə məşğul oluruq, yığıncaqlarımızı çağırırıq, gənclərlə görüşürük. İndi başqaları daha çox qabardır, reklam edir. Mən o məqsəd güdmürəm ki, gördüyüm işi kiminsə gözünə soxam. O iş görən müxalifətlərin hamısından birlikdə çox mən iş görürəm. Bəzən özüm də fikirləşirəm ki bu qədər işin öhdəsindən necə gələ bilirəm. Yerdə qalan mitinqləri təşkil etməkdir. Mən də elmi dildə deyirəm ki, bu cür mitinq taktikası ilə Azərbaycanda heç zada nail olmaq mümkün deyil. Biz gərək xalqı elə hazırlayacaq ki, mitinqə ən azı 500 min adam çıxsın. Bu məsələ həll olsun. Bu vəziyyəti yetişdirə bilsək, Azərbaycanda siyasi hakimiyyəti dəyişdirə bilərik. Mətbuatda deyilənlərə inanırsız ki, hakimiyyətə işləyirik. Son vaxtlar keçirilən aksiyaların hansında ADP üzləri iştirak etməyib və həbs olunan insanlar nə zaman ADP-çilər olmayıb? Məsələn, qərar verirlər ki, İP aksiya keçirir. Amma faktiki olaraq o aksiyaların icrasında bizdən çox fəallıq göstərən yoxdur. İP-da bizim partiyadan 20 nəfər iştirak edir. Azərbaycan müxalifətini bir araya gətirmək o rayonlarda görüşə getməkdən min dəfə çətindir. Gücü bir araya gətirməliyik ki, nəsə iş görə bilək. Məsələn, bu gün Türkiyədə nə CHP, nə MHP ayrılıqda olsa bir iş görə bilmir. Hətta ikisi bir yerdə AKP-nin qabağında dura bilmir.

-Necə yəni, Türkiyədə iqtidarın qarşısında dura bilmirlər? Yeri gələndə iqtidarın yürütdüyü siyasəti öz xeyirlərinə dəyişdirə də bilirlər. İqtidar nə istəsə edə bilmir.
- Xalqla təmasda olmağa birincisi, hakimiyyət imkan vermir.
- Aşın da o səddi...
- O səddi aşmaq üçün də mənim gücüm olmalıdır. O gücün olması üçün də o qədər təbliğat aparmalıyam ki... Məsələn, mən nə qədər təbliğat aparıramsa, eyni zamanda siyasəti başa düşməyən insanların və bizim rəqiblərimizin apardığı siyasət də bizim əleyhimizə olur. Mən belə başa düşdüm ki, siz mətbuatda bizim haqqımızda deyilən fikirlərin təsiri altında olanlardansınız.
- Sərdar bəy, mən kiminsə təsiri altında deyiləm. Mən nə müxalifətəm, nə iqtidar. Kənardan hadisələri müşahidə edə bilirəm.
- Kənardan baxırdınızsa, onda bu sualı mənə verməməliydiniz axı. Deməliydin ki, az-çox müxalifətin bir araya gəlməsinə siz yardım edirsiniz

- Mən onda sizin tərəfinizi tutmuş olardım. Mən mənə qaranlıq qalan məsələləri aydınlaşdırmaq üçün suallar verirəm
- İttiham edirsən axı?

-Xeyr. İnsan əgər öz fikrini bildirirsə, bu ittiham etməkdirmi? Bu düşüncədən uzaq olmaq lazımdır...

“O cərgədə mən birinci adamam”

- Söhbət ondan getmir ki, kim daha çox danışır, özünü qabağa verir. Kimin qəzeti var, gündə guruldayır. Məsələ burasındadır ki, xalq üçün kim real iş görür və görməyə cəhd edir. Mənə elə gəlir ki, o cərgədə mən birinci adamam. Faktla danışır, nağıl yox. Başqaları müxalifətin birliyinin əleyhinə çıxır. Sənin deməyindən belə başa düşdüm ki, bizi iqtidara yaxın qüvvə kimi təqdim edirlər. İqtidara yaxın bir adam ona qarşı böyük bir gücün formalaşmasında maraqlı olar, ya iqtidara qarşı duran gücün zəifləməsində?

- Zəifləməsində təbii ki. Amma nəticəsi bəhrəverən iş varsa...
- Sizcə, adamlar bir yerə yığışanda güc böyüyür, yoxsa kiçilir? Ardıcıl radikal birliyin tərəfdarı olan kimdir? Mənəm da, məndən başqası var? Azərbaycan xalqının bir faciəsi var da. 70 il sovet imperiyası altında qalmışıq. Deyirlər ki, Azərbaycan qadınların əsas simvolu Həcərdir, Nigardır. Həcər rəsmən 7 ərə gedib, bunun ikisi erməni olub. Bu xalq həmişə belə olub. Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib. Amma o adamlar ki Azərbaycan xalqına düşmənçilik edib, onlar bu xalqın lideridir. İndi də müasir dövrdə mən o vəziyyətdəyəm. Biz belə xalqıq da. Müsəlmanlığa qarşı vuruşanı xalq qəhrəmanı hesab edirik. Biz deyirik Türkiyə ilə qardaşıq, Türkiyə dövlətinə qarşı mübarizə aparan insanı xalq qəhrəmanı hesab edirik. İndi sən də məni o cür qiymətləndirirsən. Çünki sən də o xalqın nümayəndəsisən.

- Həmişə belə olur, gərək insanları tərifləyəsən. Tərifləmədin, oldun o xalqın nümayəndəsi. Demokratiyadan danışırsız. Mən də öz fikrimi deyirəm. Dözümlü olmaq lazımdır. Xüsusən də siyasətçilərə aiddir...
- Bizim xalq niyə 20 ildir heç nə edə bilmir. Bu qədər problemlər var. Başqa xalqlarda iqtidarla bağlı aşkarlanan faktların biri kifayət edərdi ki, həmin prezident, ailəsi bütün hakimiyyət 10 dəfə istefaya getsin. Azərbaycan xalqı bunlara reaksiya verir? Siz deyirsiniz ki, xalqla işləyin. Cərimələri, enerji resurslarını artırıblar, bu sənin ailənə də təsir edir. Mən gəlib sənə nağıl deməklə də sən neynəyəcəksən?

- Hər şeyi xalqın üstünə yıxaq onda. Razılaşdım. Müxalifət partiyaları da olmasın o zaman. Nəyə lazımdır ki?
- Bu sizin düşündüyünüz qədər asan problem deyil. Məni jurnalistlərin belə düşünməyi narahat edir. İndi Suriyada müxalifət neçə ildir ki mübarizə aparır?

- İki ildən çoxdur...
- Nə qədər adam ölüb?

- Çox sayda...
- Nəyə nail olublar?

- Mən demədim ki, Azərbaycanda da Suriyadakı vəziyyət olsun...
- Yox, sən mənə yol göstərirsən ki, get bunu elə. Suriya müxalifəti milyardlarla dəstək, pul, silah, tank alır. Amma hələ də Suriyada müxalifət bir addım irəli getməyib. Tamamilə dağılıb Suriya. Bundan sonra Suriyada hadisələrin stabilləşməsi üçün 15 il vaxt lazımdır.

- Aydındır ki, xarici qüvvələr vəziyyətin stabilləşməsində maraqlı deyil.
- Sən nə bilirsən ki, biz qalxıb o hadisələri törədəndə Azərbaycanda müdaxilə olmayacaq?

- Mən demədim ki, Azərbaycanı o vəziyyətə gətirin. Siz niyə belə anlayırsız?
- O vəziyyətə gətirməmək üçün deməlisiniz ki, Sərdar Cəlaloğlu siz nə yol göstərirsiniz. Mən də deyəcəm ki, bu yol elə yoldur ki, ona gətirib çıxarmayacaq. Dinc demokratik mübarizə.

-Dediyiniz o dinc demokratik mübarizənin nəticəsi nə vaxt görünəcək?
- Hə, bu yol çətindir, uzundur. Amma adamdan böyük bir mənəvi-psixoloji səy, savad tələb edir. Nə var əlində avtomat hay-hayla kimisə öldürməyə. Amma qan tökülmədən, insanlara ziyan vurmadan, dağıtmadan onu ağ günə çıxartmaq çox böyük intellektual fəaliyyət, güc təkəb edir.

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru