“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

FARS-MOLLA REJİMİ BU DƏFƏ ŞEİR DİLİ İLƏ QATIQLAYIR
Tarix: 16-04-2013, 09:08 | Çap et
FARS-MOLLA REJİMİ BU DƏFƏ ŞEİR DİLİ İLƏ QATIQLAYIR
ŞAHI DEVİRƏNLƏR NƏDƏN TÜRKMƏNÇAY İŞİNDƏ ŞAHA VARİSLİK EDİRLƏR?

DİA.AZ: - Son günlər fars-molla rejimi Quzey Azərbaycan torpaqlarının tamamına iddialı olduğunu nümayiş etdirərək bu istiqamətdə rəsmi fəaliyyətə keçib. Əgər ilk əvvəl bu barədə fars millətçilərinə nökərçilik edən ayrı-ayrı din xadimləri danışırdısa, indi artıq Tehranın rəsmi dövlət nümayəndələri də Azərbaycana qarşı ərazi iddiasını ortaya qoyurlar və bunu gizlətmirlər. Əslində mollaların bu narahatçılığının nədəni aydındır. 50 milyonluq Azərbaycan türkünün regionda öz böyük dövlətini qurma təşəbbüsləri, həmçinin bu xüsusda fars işğalı altında olan Güney Azərbaycan torpaqlarının azadlığı üçün əməli fəaliyyətə keçməsi İrandakı fars-molla rejimini əməlli-başlı çilədən çıxarıb.

DİA.AZ bildirir ki, buna görə də molla mətbuatı son bir neçə gündə dövlətimizə qarşı açıq təbliğat kampaniyasına keçib. Bir yandan fars marağına uyğun saxta «tarixi fakt»ları ortaya qoyan molla mirzələri, digər yandan da şeir dili ilə də üzərimizə gəlirlər. DİA.AZ olaraq «arannus» portalında yer almış həmin sərsəmləmələri olduğu kimi diqqətinizə çatdırırıq:

«1.

Ey Araz, bir dalğa vur dərya kimi tufan elə

Zalımın yıx qəsrini, öz başına viran elə.

Bir hücum eylə dağıt şeytanların kaşanəsin

O fəsad-fitnə qəsrin xak ilə yeksan elə.

Bir-birindən sən bu qan qardaşların saldın uzaq

Gəl bu sərgərdanların hər müşgülün asan elə.

Qazi ol, insafa gəl, hökmü-zaman ver tazədən

Qəsb olan torpaqları vabəsteyi-İran elə.

Lənət əvvəl şaha ki, verdi badə Azərbaycanı

Yada saldıqca o şahı ləən elə, əfğan elə.

Fətəlişah eylədi fahiş xəyanət İrana

Sən də xidmət göstərib nöqsanları cübran elə.

Türkmənçay peymanı bir nəngdir tarixdə

Ərzəsiz şahın işin dünyalara elan elə.

Keçdi on yeddi şəhər Rusiyanın cəngalınə

Bu cinayəti götür, ya da bu gün ünvan elə.

Gülüstan peymanı da sındırdı İranın belin

Bu işə baislərə Ya Rəbb özün divan elə.

Nə Şimali, nə Cənubi? At bu çirkin sözləri

Mülki-İrandır təmamən, dünyaya elan elə.

Gəl gətir bu millətə azadəlik fərmanını

Mülki-İranı səfadə rözeyi-rizvan elə.

Ya özün çək bir kənarə, qəsb olan mərzi götür

Ya iki ruhu sazişdir, dilləri şadan elə.

“Şeyda”nın daim fəraqi-yardan ağlar gözü

Göstər əvvəl şuxun cəmalın gül kimi xəndan elə.
Yəhya Şeyda


2.
Qafqazda 1918-ci ilə kimi heç vaxt Azərbaycan adlanmayan Arazın şimal ərazilərini 20-ci əsrin birinci yarısında və ondan sonra Şimali Azərbaycan adlandırmaq göz yumulası olmayan bir çox problemlər qarşıya çıxartmışdır. Tarixi faktlara, qədim və islami coğrafiyaşünasların qələmə aldığı sənədlərə əsasən, hazırda Azərbaycan adlanan Arazın şimalı Albaniya və Alban olmuşdur. “Strabon” kimi qədim kitabların müəllifləri bu ərazini Albaniya, ermənilər Alvank və Ağvank, iranlılar Aran adlandırıblar. Ərəb və islami mənbələrdə Əlran və Əran kimi işlənib. Güman edilir ki, Parti dövründəki qədim Ərdandan götürülüb.

Aran və Şirvan Azərbaycan deyilməzdən qabaq rus çarlığının sənədlərində bir Azərbaycan tanınırdı və o da İran Azərbaycanı və ya həqiqi Azərbaycan idi. 1890-cı ildə (təqribən 122 il öncə) San-Peterburqda çap olunmuş Rusiya ensiklopediyasında belə yazılır:

“Azərbaycan pəhləvi dilində Atropatkan, erməni dilində Adərbadkan İranın şimal-qərbi zəngin və sənaye əyalətidir. Azərbaycan cənubdan İranın Kürdüstanına və əcəm İraqa, qərbdən Türkiyə Kürdüstanına və Türkiyə Ermənistanına, şimaldan Rusiya Ermənistanına və Araz çayının böldüyü Cənubi Qafqaza yetişir”. Arazın şimalına Azərbaycan deyilsəydi, sözsüz bu ensiklopediyada İran Kürdüstanı, Türkiyə Kürdüstanı, Türkiyə Ermənistanı, Rusiya Ermənistanı gəldiyi kimi Rusiya Azərbaycanı da gələrdi.

122 il öncə çap olunuş Rusiya ensiklopediyasında gələn məkanların adı və ərazisi, İran Azərbaycanının ad və əraziləridir. Buna əsasən, asanlıqla başa düşmək olar ki, yalnız bir Azərbaycan mövcud olub və o da İran Azərbaycanıdır. İran ərazisini Azərbaycan Respublikası adlandırmaq ilk günlərdən İran vətənpərəstlərinin, o cümlədən mərhum Şeyx Məhəmməd Xiyabani və onun dostlarının bərk etirazına səbəb oldu. Lakin, artıq bu adlandırma baş verdiyindən Xiyabaninin demokrat tərəfdarları İran Azərbaycanının adını dəyişdirməyə və İranın bu əyalətini Azadistan adlandırmağa çalışdılar. Bu mövzu Əhməd Kəsrəvinin qələmə aldığı “Azərbaycanın 17 illik tarixi” kitabında aydın gəlmişdir.

Qəribədir ki, bəzi qonşu ölkələrdə bəziləri sədaqət və səmimiyyət yolundan çıxırlar və elə fikirləşirlər ki, İran xalqı həqiqətdən xəbərsizdir. Biz hər şeyi görür və diqqətdən keçiririk. Təbiidir ki, dostluq bir tərəfli ola bilməz. İndi yeri vardır ki, bizim aranlı qardaşlarımız da gözlərini həqiqətə açsınlar və arada olan dostluğu günbəgün möhkəmləndirən bir yol seçsinlər».

DİA.AZ onu da bildirir ki, fars-molla mətbuatında eyni zamanda guya ki, mollaların son hücumları fonunda Azərbaycanın dövlət rəhbərliyinin əndişə keçirməsi də qeyd olunub. Hər halda, kimin əndişə keçirdiyi göz önündədir. Az qala fars nökərləri üstümüzə kəndirbazla gəlir ki, bu da Tehranın üfüqdə görünən BÖYÜK AZƏRBAYCAN qorxusunun təzahürü kimi qəbul olunmalıdır. Amma nə illah etsəniz də, Azərbaycan bir olacaq və Başkəndi Təbriz olacaq!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru