FAZİL MUSTAFADAN MÜXALİFƏTƏ AĞIR İTTİHAM
Tarix: 19-04-2013, 09:00 |
Çap et
"XARİCİ ÖLKƏLƏRDƏN GÖSTƏRİŞ ALIRLAR"“Seçki ilində Azərbaycanın müxalif partiyalarında parçalanma ehtimalları yüksəkdir”. Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, hər dəfə seçki ilində müxalifət partiyalarının birliyi yaranarkən həmin birliyin arxasında müəyyən xarici qüvvələr dayanır.
“Daha doğrusu, partiyalar müəyyən səfirliklərin göstərişi əsasında birləşirlər. Səfirlik ümid verir ki, əgər həmin iki partiya birləşsə, seçkiyə birgə getsə, onlara dəstək verəcəklər”, - o əlavə edib.
"Hazırki müxalif birliklər xarici ölkələrin ağzına baxır", - deyən millət vəkili onu da əlavə edib ki, həmin partiyaların öz niyyətlərinin heç bir əhəmiyyəti yoxdur.
Azərbaycan müxalifətində güclü birlik modelinin də qalmadığını deyən Fazil Mustafa qeyd edib ki, hazırda formal olaraq mövcud olan İctimai Palata və digər birliklərin dağılma ehtimalları olduqca yüksəkdir. Çünki onları birləşdirən ideya deyil.
“İctimai Palata da xarici göstəriş əsasında yaradılmış birlikdir. Onlar başqa göstəriş aldıqda platformalarını dəyişə bilərlər”, - o əlavə edib.