"BİR XANIMIN GEYİNDİYİ PALTAR AÇIQ-SAÇIQDIRSA"...
Tarix: 24-04-2013, 10:50 | Çap et
Teleaparıcı Şəfa Mehmanqızının müsahibəsi.
- Necə oldu ki, aparıcı oldunuz?
- Mən ixtisasca filoloqam. Əvvəllər ATV telekanalında redaktor kimi çalışmışam. Aparıcı olmağım isə mənim üçün bir sürpriz oldu. "Xəzər" televiziyasına redaktor vakansiyası üzrə müraciət etmişdim. “Bizim gün” verilişini aparmaq təklif olundu və mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.
- Redaktor işlədiyiniz zamanlar aparıcı olmaq istəyiniz var idi?
- Bəli, var idi. Hətta sənədli bir verilişin demo-variantını da hazırlamışdım. Təəssüf ki, efirə çıxmadı. O veriliş indi də mənim arxivimdə qalır.
- Mövzusu nə idi?
- Mərhum rejissor Ceyhun Mirzəyevlə bağlı bir veriliş idi.
- İndi hansı səpkidə veriliş hazırlamaq istərdiniz?
- Sosial xarakterli bir tok-şou aparmaq istərdim. Planımda var. İnşallah, haçansa reallaşdırmaq niyyətindəyəm.
- Başqa nəyin arzusundasınız?
- Özümə şəxsi biznes qurmaq arzusundayam.
- Nəyə can atırsınız?
- Liderliyə. Həmişə, hər sahədə birinci olmaq istəmişəm.
- İndiki aparıcıların əksəriyyətini seriallarda görürük. Sizə rejissorlardan təklif gəlməyib?
- Gəlməyinə gəlib. Fikrimcə, bizim seriallar hələ püxtələşməyib. Mən həmin seriallara çəkilib tamaşaçıları özümə güldürmək istəmirəm.
- Dəyişən zamandır, yoxsa siz?
- Deyərdim ki, zaman məni çox dəyişib.
- Məsələn, sizdə dəyişən nədir?
- İndi xaraktercə daha sərt olmuşam. Amma bir söz deyim ki, zamandan asılı olmayaraq, mən verdiyim qərarı heç vaxt dəyişmirəm. Öz fikrimin üzərində axıra qədər dayanıram. Heç kim məni öz fikrimdən daşındıra bilməz.
- Özünüzə nəyi dərd edirsiniz?
- İndi heç bir şeyi özümə dərd etmirəm. Düzdür, bir neçə il bundan öncə adi bir şeyin də dərinliyinə gedirdim, kiçik olan bir problem barəsində də çox fikirləşirdim, amma indi elə deyil.
- Yaşamaq eşqiniz haçansa ölüb?
- Bəli, belə məqamlar olub. Lakin bu proses çox az davam edib. Çünki mən pessimist insan deyiləm.
- Bəs əliniz nədən üzülüb?
- İdeal nəsə tapmaqdan...
- Ürəyinizi necə boşaldırsınız?
- Ailə üzvlərimlə, yaxınlarımla danışanda, onlarla sirrimi bölüşəndə rahatlıq tapıram.
- Nəyi təsəvvür edə bilmirsiniz?
- Mən ailəmə çox bağlı insanam. Ailə üzvlərimdən birinin yoxluğunu heç cür təsəvvürümə gətirə bilmirəm.
- Həyatdakı mövqeyiniz nədir?
- Vətəndaş mövqeyim budur ki, həmişə haqsızlığa qarşı çıxmışam. Ədalət tərəfdarıyam.
- Deyəsən, haqsızlıqla çox üzləşmisiniz...
- Haqsızlıqlar olub, təbii ki. Amma mən möhkəm və iradəli qadınam. Mübarizə aparmağı bacarmışam.
- Uşaq vaxtı xəyallarınızda nə canlandırırdınız?
- Mən Ağdaşda böyümüşəm. Uşaqlığım başqa uşaqlardan fərqli keçib. Hamı çıxıb həyətdə oynayanda mən evdə oturub kitab oxuyurdum. Gələcəyimi fikirləşirdim. Fikirləşirdim ki, oxuyub cəmiyyətə yararlı bir insan olacağam.
- Bəs indi nə xəyal edirsiniz?
- Mənim uşaqlıq illərim çətin keçib. Uşaqlıq dövrüm mənə ancaq kədərli günləri xatırladır. İndi o illərin acısını çıxarmaq istəyirəm.
- Deməli, kasıbçılığın dadını bilirsiniz?
- Əslində, çox kasıb yaşamamışıq. Amma uşaqlıq arzularımı yerinə yetirəcək qədər də maddi imkana sahib olmamışıq.
- Geyiminizi özünüz seçirsiniz?
- Bəli, bütün geyimlərimi öz zövqümə görə müəyyən edirəm.
- Dəblə ayaqlaşırsınız?
- Çalışıram ki, ayaqlaşım. Amma mənə nə yaraşırsa, onu geyinirəm.
- Açıq-saçıq paltarlar geyinirsiniz?
- Xeyr, düzünü desəm, çox da açıq-saçıq geyinməyi xoşlamıram.
- Bəs geyinənlərə münasibətiniz necədir?
- Hərənin öz zövqü var. Ola bilər ki, mənə çox açıq görünən geyim başqası üçün normal ola bilər, yaxud da əksinə. Bir də ki, yaraşmaq məsələsi var. Əgər bir xanımın geyindiyi paltar açıq-saçıqdırsa və estetik baxımdan gözəl görünürsə, ona yaraşırsa, mən buna normal baxıram.
- Tez-tez yanılırsınız?
- Belə hallar olur. Bu da ondan irəli gəlir ki, indi insanları tanımaq, ünsiyyət qurmaq çox çətindir. Əksəriyyət maskalanıb gəzir. Amma mən həmişə qarşımdakına inanmaq istəmişəm. Sonra yanıldığımı görmüşəm. Ona görə də indi, demək olar ki, hamıyla ünsiyyət məsafəsini qorumağa çalışıram. \ Milli.Az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|