Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

"İSA QƏMBƏR YOL HƏRƏKƏTİ QAYDALARINI POZUB"
Tarix: 24-04-2013, 12:06 | Çap et
"İSA QƏMBƏR YOL HƏRƏKƏTİ QAYDALARINI POZUB"
YAP-ÇI DEPUTATDAN İLGİNC AÇIQLAMALAR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Amerikanın səsi”nə müsahibəsində Amerika Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesabatında Azərbaycan barədə tənqidlərə cavab verib, AXCP, Müsavat Partiyası, El Hərəkatı, Milli Şura ideyası, müxalifətlə münasibətlər, prezident seçkiləri öncəsi vəziyyətdən danışıb.

Sual: Amerika Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatını necə qiymətləndirirsiniz?

Cavab: Dağlıq Qarabağ hissəsini çıxmaq şərti ilə, hansı ki, orada Dağlıq Qarabağın işğal olunması ilə əlaqədar göstərilib, yerdə qalan məsələlərdə düşünməzdim ki, ABŞ Dövlət Departamenti belə hesabat hazırlasın.

Hesabatda həddindən artıq bayağı, çox çeynənilmiş fikrilər yenidən ifadə olunub, dəfələrlə təkrar olunan sözlər yenidən araya gətirilib, aidiyyatı olmayan məsələlərə toxunulub. İstənilən məsələyə nəzər salsaq, tutaq ki, 2010-cu ildə keçirilən seçkilərdən sonra onsuz da Amerika Dövlət Departamenti belə bir məsələni ortaya qoymuşdu, yenidən o məsələyə qayıdıb, baxmayaraq ki, üstündən 3 il keçib, bundan başqa digər məsələlərlə bağlı, jurnalistlərlə bağlı, bunların hamısı konkret faktlar deyil, ayrı-ayrı hadisələrlə bağlı məsələlərdir ki, hansı ki, kiminsə buradan yazıb oraya göndərdiyi faktlar əsasındadır və subyektivdir.

Sual: Ancaq bununla yanaşı Azərbaycanda sərbəst toplaşmaq azadlığı, jurnalistlərə təzyiqlər, həbslər, cərimələrin artırılması, QHT-lərin qeydiyyatı məsələləri ilə bağlı beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları təşkilatları, dünyada tanınmış və ictimai-siyasi fikrə təsir edən təşkilatlar ciddi bəyanatlar yayır.

Cavab: Birincisi, bunların hamısı qərəzlidir. Qərəzlidir ona görə ki, birinci və yeganə olaraq Azərbaycanda mətbuatla bağlı elə bir problem yoxdur, əksinə mətbuata dəstək fondu var. Dövlət tərəfindən mətbuat işçilərinə mənzillər tikilib verilir. Dünyanın heç bir yerində bu məsələ yoxdur. Bütün qəzetlərə bərabər şəkildə yardım ayrılır, qəzetlərin borcları dondurulur və yaxud nəşriyyata olan borcları dövlət tərəfindən silinir. İkinci bir tərəfdən, QHT-lərin də dövlət tərəfindən maliyyələşdirilməsi, ayrı-ayrı layihələrin maliyyələşdirilməsi ortada var.

Sərbəst toplaşmaq azadlığı ilə bağlı müəyyən yerlər müəyyənləşdirilib. Sadəcə olaraq o müvafiq yerlərdə bu insanlar tədbirlərini keçirmək istəmirlər. Şəhərin sərbəst toplaşmaq üçün uyğun olmayan yerlərini özləri üçün əsas götürürlər. Burada da isə mümkün deyil.

“Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Pakta uyğun olaraq hüquqlar o vaxt məhdudlaşır ki, digərinin hüququnu pozur. Başqasının da hüququ var, necə ki, bu, sadəcə sərbəst toplaşmaq hüququ deyil, dincəlmək hüququdur, işləmək hüququdur, istirahət hüquqdur. Ona görə hər bir insan nəzərə alınmalıdır. İkincisi, burada təhlükəsizlik məsələsi var. Kimliyindən asılı olmayaraq hər bir insan Azərbaycan vətəndaşıdır. Azərbaycan dövləti bu insanların təhlükəsizliyini təmin etməlidir. Azərbaycan hökuməti də deyir ki, sənin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirini burada keçir, fikrini söylə, bəyanat ver. Bunu orada-burada keçirməyin fərqi nədir. Orada bəyanatın xarakterimi dəyişəcək, ya yox? Sadəcə olaraq həmin insanların sosial bazası olmadığına görə, əhalinin gur yerlərində, - hansısa ticarət mərkəzinin qarşısında və yaxud insanların istirahət etdiyi yerlərdə, o insanların bazasından istifadə edərək mitinq keçirmək istəyirlər.

Sual: Amma mən bu gün mətbuatdan oxudum ki, hətta AXCP və Müsavatın Sabirabadda bir partiya üzvünün evində də keçirdiyi yığıncaq dağıdılıb. Eyni zamanda deyək ki, prezidentliyə namizədlik iddiasında olan İsa Qəmbər Lənkərana buraxılmayıb, qarşısı kəsilib.

Cavab: Bunlar mətbuatda var. Birinci İsa Qəmbərlə bağlı qeyd edim. Bunlar mətbuatda da elan olundu, yüz avtomobillə buradan Lənkəran şəhərinə hansısa görüşə gedib. Görüşə gedən 3-4 avtomobillə və yaxud bir avtobusla gedər. Tərəfdarları, jurnalistlər, bir neçə nəfər olar. Lənkəranda 30 adamla görüşmək üçün buradan 400 adam yığıb aparmağa lüzum yoxdur. Bu da bilirsiniz ki, yol hərəkəti qaydalarına ziddir. Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdı və qeyd olunmuşdur ki, 6 maşınla gedə bilərsən, qalan avtomobillər isə tamamilə başqa istiqamətdə getməlidir. O bununla razılaşmadı, geri qayıtdı.

O cümlədən, Sabirabadda baş verənlər hökumətə, icra hakimiyyətinə heç bir aidiyyatı olmayan məsələdir. Orada qarşıdurma yaranıb. Bazar yaxınlığında keçirilən tədbirdə insanlar arasında, Bakıdan gələnlərlə rayon camaatı arasında. Yəni sərbəst toplaşmaq azadlığı ilə bağlı, kimsə tədbir keçirmək istəyirsə, qabaqcadan xəbərdar etməklə öz tədbirini keçirə bilər. Burada bir oğurluq yoxdur, burada bir gizlin yoxdur və ikinci bir tərəfdən mən də tez-tez eşidirəm.

Bilirsiniz, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var. Orada göstərilir ki, seçkiqabağı tədbirlər hansı müddətdə keçirilə bilər. İndi bu insanlar sırf partiya üzvləri ilə və yaxud da öz tərəfdarları ilə görüşə bilərlər. Bəziləri elan edir ki, prezidentliyə namizəd kimi görüşə gedirlər. Seçki Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq seçki elan edildikdən, namizədliyini irəli sürdükdən və qeydiyyatdan keçdikdən sonra namizəd kimi fəaliyyət göstərilə bilər. Burada kimsə deyir, mən özümü prezidentliyə namizəd elan etdim və namizəd kimi başlayıram görüşlərə. Bu, tamamilə qanunaziddir, nə Seçki Məcəlləsi, nə də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənmir.

Sual: Sərbəst toplaşmaq haqqında danışaq. Məsələn, hökumətin də bəyanatı var ki, “Əsgər ölümünə yox deyirik”. Bunu eyni zamanda müxalif və müstəqil gənclər də edir. Amma onların bu toplantısı dağıdılır, çoxlu adamlar indi həbsdədir. Bu da beynəlxalq tənqidlərə səbəb olur. Buna lüzum varmı ki, bu toplantıların qarşısı alınsın?

Cavab: Burada söhbət nədən gedir. Nə adı altında keçirirsən keçir. İstər ağac əkmə adı altında, istərsə əsgər ölümü adı altında toplantı keçir. Orada söhbət ondan gedir ki, bunlar hamısı qanun daxilində olmalıdır, qanunla tənzimlənməlidir. İstənilən Azərbaycan vətəndaşı konstitusiyaya və sərbəst toplaşmaq azadlığına uyğun olaraq piket, mitinq, yürüş keçirmək hüququna malikdir. Lakin bu piket, mitinq, yürüş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənir. Tənzimləmə ondan ibarətdir ki, harada keçirilə bilər, hansı binadan neçə metr aralıda keçirilə bilər. Bunların hamısı tənzimlənir. İstənilən adam istənilən yerdə piket, mitinq keçirməyə başlasa, onda tamamilə anarxiyaya çevrilər. Dünyanın heç bir yerində belə bir anlayış yoxdur. Ayrılmış müvafiq yerlər var. Bakı şəhərində də 11 rayonun hər birində müvafiq yerlər ayrılıb. Müvafiq yerləri təklif edirlər ki, gedin bu gün əsgər ölümünə qarşı, seçki ilə bağlı, nə bilim korrupsiya ilə bağlı, nə ilə bağlı ürəyiniz istəyir, gedin tədbir keçirin. Sadəcə olaraq onlar deyir, biz ora getmirik, biz istəyirik burada tədbir keçirək. Səbəb də ondan ibarətdir ki, bir neçə dəfə mən özüm də bunun müşahidəsini aparmışam.

Məsələn, birinci dəfə tədbir keçirirlər, - Müsavat, bir qrup partiya, o cümlədən İctimai Palata daxil olmaqla 40-a yaxın təşkilat, 1500-1800 nəfər insan iştirak etdi. İkinci dəfə bu rəqəm düşdü 1300-ə, bir az da azaldı. Hətta İsa Qəmbər müraciət etdi ki, gələn dəfə gələndə hərəniz özünüzlə beş nəfər gətirin, elə bil toya gedirdilər, toya adam çağırırdılar.

Əgər tərəfdar varsa, əqidəni, ideyanı bəyənirsə, bu mitinqə gələcək. Əgər mübarizə aparmaq istəyirsə gəlib orada iştirak edəcək. İnsanların iştirak etmədiyini gördükdə, dedilər ki, oraya getmirik, başlayırıq şəhərin mərkəzində belə bir tədbir keçirməyə. Şəhərin mərkəzi də məhz ondan ötəridir ki, elə bu dəqiqə biz çıxsaq görərik ki, Fəvvarələr meydanında ən azı on min insan o başa gedir, bu başa gedir. Hərə bir işin arxasınca, kimi istirahət edir, kimi iş dalınca gedir.

Bunlar girib orada 30 nəfər şəkil çəkdirib, fon yaradaraq ayrı-ayrı beynəlxalq təşkilatlara göndərmək istəyir ki, Azərbaycanda kütləvi etiraz aksiyası var. Amma bu aksiya deyil, bu orada olan insanlardır.

Sual: Sizin bəyanatınız var. Bir sıra təşkilatlara deyirsiniz ki, onlar “Amerika çörəyi” yeyir. Mən bilmək istəyirəm ki, Amerikanın bir sıra təşkilatları, qrantları vasitəsi ilə həm hökumətyönümlü təşkilatlar, həm hökumət qurumları, həm də müxalif və müstəqil təşkilatlar maliyyələşdirilir və ya layihələr həyata keçirir. İndi “Amerikanın çörəyi”ni kim yeyir?

Cavab: Qrant almağın formaları var. Bilirsiniz ki, “907-ci düzəliş”dən sonra Amerikanın Azərbaycana birbaşa yardımı mümkün deyil.

Ayrı-ayrı təşkilatlar tərəfindən hərblə bağlı və s. müxtəlif təşkilatlarla birgə layihələr həyata keçirilir. Bu birgə layihələr ikitərəfli səmərə verir. Amma layihələr var ki, bilavasitə, belə deyək, dolayısı ilə müxalifət partiyalarının maliyyələşdirilməsinə xidmət edir.

Sual: Məsələn...

Cavab: Yəni müxalifət partiyaları qeyri hökumət təşkilatları yaradırlar və bu QHT və yaxud da hansısa mətbuat orqanı vasitəsi ilə orada çalışan insanlar əmək haqqı alır, onlar bəhrələnirlər. Bunların qarşısında duran vəzifə, digər qrant alanlardan fərqli olaraq ondan ibarətdir ki, oradan gələn bilavasitə tapşırıqları həyata keçirir.

Sual: Məsələn... Məsələn...

Cavab: Çoxdur. Belə təşkilatlar çoxdur. Mən onların adlarını sadalamaq istəmirəm. Siz də məndən yaxşı bilirsiniz ki, bu gün bunlar var.

Sual: Bilmək istəyirəm ki, YAP qarşıdan gələn seçkilərdə öz namizədinə konkurent kimi hansı qüvvələri görür? İndi El Hərəkatı yaranıb, Müsavat, AXCP var, bir sıra digər şəxslər də namizədliyini irəli sürmək iddiasındadır.

Cavab: Təbii ki, bizim namizədə alternativ yoxdur, heç olmayacaq da, nə ölkə daxilində, nə ölkədən xaricdə, nə də o yaranmış qruplar vasitəsi ilə. Siyasətdə belədir ki, siyasi proseslərlə... indi əvvəl-axır bir Müsavat Partiyası mən deyənə yavaş-yavaş gəlir. Neçə ildir mən deyirəm, onlar da yavaş-yavaş öyrənirlər tədricən. Siyasətlə də, seçki ilə də siyasi partiya məşğul olur, hansısa hərəkat, təşkilat yox. O siyasi partiyalar hörmətdən düşdükdən sonra, öz adlarını saxlaya bilmədikdən sonra başqa ad altında fəaliyyətə başlayır. Yaxınlarda Hikmət Hacızadənin El Hərəkatı haqqında bir yazısını oxudum, bəzi düzgün məqamlar var idi. “El” klubdur, yəni bir klub, olur da klub, pivə içənlər klubu olur məsəl üçün, yaxud da yaşıllar klubu olur, başqa-başqa klublar olur. “El” də belə bir klubdur.

“El” ictimai-siyasi hərəkat deyil. Hərəkatın arxasında qüvvə durmalıdır. Vaxtıilə milli azadlıq hərəkatı var idi. Milli azadlıq hərəkatı meydanı silkələdi. İndi “El”də 10-12 adam var, bunlar da bütün təşkilatlardan qovulmuş, bu təşkilatı dəyişib o birisinə gəlib çıxmış, bundan ona getmişlərdir. Və yaxud Milli Şura yaradılacaq, Rüstəm İbrahimbəyov sədr olacaq. Rüstəm İbrahimbəyov olsa-olsa-olsa yaxşı bir ssenarist ola bilər. Rüstəm İbrahimbəyov nə siyasətçidir, nə dövlət adamıdır, nə ictimai-siyasi xadimdir, nə ümumiyyətlə bu adamın siyasətdən başı çıxır, nə bu adam cəmiyyət tərəfindən qəbul olunur.

Guya böyük bir hadisə olacaq, Milli Şura yaranacaq, onun başında Rüstəm İbrahimbəyov duracaq, dünya dağılacaq? Bunlar hamısı baş aldatmaqdan, vaxt keçirməkdən ötəri bir məsələdir. Ona görə də siyasi partiyaların sədrləri öz namizədliklərini irəli sürür.

Bu proses çox ağırdır. Seçki ilə məşğul olmayan bunu bilmir. Ən azı 60 dairədən 40 min imza toplamaq lazımdır. Sonra bir çox prosedurlar var ki, həyata keçirilməlidir. Bunun üçün böyük sosial baza, elektorat, güc lazımdır.

İndi Müsavat Partiyası yalandan özündən qərargah elan edib. O qədər ştat yazıblar, adam tapmayacaqlar oraya təyin etməyə. Yəni, belə vəziyyətə gəlib çıxacaqlar.

Sual: İndi cəmiyyətdə birmənalı fikir yoxdur ki, axıradək YAP-ın namizədi hazırki prezident İlham Əliyev olacaq. Bu mütləqdirmi, YAP-ın mütləq namizədi İlham Əliyev olacaq?

Cavab: Bu belə mütləqdən də mütləqdir. Cəmiyyətdə də, YAP-da da, YAP-ın çoxsaylı görüşlərində də, Azərbaycan cəmiyyətində də yekdil fikir var.

Bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı, Azərbaycan seçicisi İlham Əliyevin bu on ildə gördüyü işləri bəyənir, dəstəkləyir, Heydər Əliyev siyasətinin davamlı olmasını istəyir və İlham Əliyevin yenidən prezidentliyə namizəd olmasını arzulayır.

Bu, YAP-ın, 600 minlik partiyanın qərarıdır. Bu qərarı, yəni İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi mexanizmini qurultayda sadəcə reallaşdıracağıq. Ümumi qərar artıq partiyada verilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru