ŞOK: AZƏRBAYCANDA PARTİYA SƏDRİNDƏN TƏHLÜKƏLİ MÖVQE
Tarix: 26-04-2013, 09:16 | Çap et
MAİS GÜLƏLİYEV ƏGƏR BU FİKİRLƏRİN MÜƏLLİFİDİRSƏ, BU XƏYANƏTDİR
DİA.AZ: - Dünənə qədər ayrı-ayrı ayətullahlarının və dövlət adamlarının dili ilə üzərimizə gələn fars-molla rejimi bu gün özünə yeni bir həmdəm taparaq Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı təbliğatını davam etdirir.
DİA.AZ bildirir ki, İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «AranNews» portalının İranın "Məhdi Azadi" (Azadlıq Beşiyi) qəzetinə istinadən yaydığı məlumatdat aydın olur ki, İranda olan Azərbaycanın Yaşıllar Partiyasının sədri Mais Güləliyev rəsmən vətənadşı olduğu Azərbaycan dövləti üçün ancaq düşmənlərin dilə gətirə biləcəyi ifadələrə müəlliflik edib. Bunun adına rəsmən vətənə xəyanət deyirlər. Hər halda Mais Güləliyevin aşağıda təqdim etdiyimiz materiala izahat verməsi lazımdır. Əgər bu faktdırsa, o zaman Mais Güləliyevin həbs olunması da bu dövlətin qanun keşikçilərinin borcudur.
Çünki kimsənin haqqı yoxdur ki, Azərbaycanın dövlət müstəqilliyini bu şəkildə təhdid edən, onu qeyri-ciddiyə alan açıqlamada bulunsun. Azərbaycan torpaqlarını “İranın tarixi haqqı” kimi təqdim etməyin özgə bir adı yoxdur. Beləliklə, qeyd olunan materialı olduğu kimi diqqətinizə təqdim edirik:
«Qaynağımızın "Məhdi Azadi" (Azadlıq Beşiyi) qəzetinə istinadla verdiyi məlumata görə Azərbaycan Yaşıllar Partiyasının sədri və siyasi-ictimai fəal doktor Mayis Güləliyev "Məhdi Azadi" mətbuat və nəşriyat müəssisəsində olmuş və müəssisənin müxtəlif bölmələri ilə tanış olduqdan sonra "Məhdi Azadi" qəzetinin və "Körpü" jurnalının məsul müdiri ilə görüşərək fikir mübadiləsi aparmışlar.
Görüşdə Güləliyev son zamanlar İran-Azərbaycan münasibətlərində baş verən gərginliyə toxunaraq deyib: "Sovetlər birliyinin çökməsindən sonra İran Qafqaz ölkələri, əsasən də Azərbaycana qarşı üç müxtəlif mövqe tuta bilərdi". O bu barədə artırıb: "İranın birinci mövqeyi bu ola bilərdi ki, Gülüstan və Türkmənçay müqavilələrinin bir tərəfi artıq mövcud olmadığından müqavilələrdən öncəki vəziyyətə qayıtmaq istəyərdi. İkinci mövqedə bu mövzuları qeyri-dövlət müəssisələrinə və xalq qrup və təşkilatlarına tapşırıb, müqavilələrin ləğv edilməsini istəyərdi. Yaxud üçüncü mövqeyi seçərək öz tarixi haqlarına göz yumaraq Qafqazda müstəqillik tapmış ölklələri rəsmi surətdə tanısın. İran dövləti düşüncəli addım ataraq üçüncü yolu seçdi və onların müstəqilliyini tanıyan ilk ölkələrdən oldu. Bundan əlavə Azərbaycan Respublikası üçün heç bir siyasi, hərbi, iqtisadi, sosial köməkləri əsirgəmədi".
Siyasi fəal İranın bu məntiqli mövqeyinin Azərbaycanda hakimiyyətə gəlmiş bəzi millətçilərin qeyri-münasib cavabı ilə üzləşdiyini, onların kitab, media, rəsmi və qeyri-rəsmi təşkilatlardan istifadə etməklə bütün sahələrdə İran əleyhinə təbliğat aparmaqla təfriqə yaratmağa çalışdıqlarını və bu strategiyanın hələ də davam etdiyini qeyd etdi.
Doktor Güləliyev artırıb: "Azərbaycan Respublikasının tənəzzüldə olan irqçi baxışlarının əksinə olaraq İranın strateji siyasəti Azərbaycan Respublikasının müstəqilliyinə hörmətlə yanaşmaya və hər gün sürətlənən millətdən ümmətə keçidə əsaslanır və bu da həm İranın, həm də Azərbaycan Respublikasının müsəlmanlarının xeyrinə olacaqdır".
Yaşıllar Partiyasının sədri sonda İran-Azərbaycan ölklələrinin mədəni və mənəvi yaxınlaşmaları istiqamətində media, universitet və ziyalıların önəmli roluna işarə edərək deyib: "Biz tarixi, mədəni və dini bağlılıqların gücləndirilməsi və qorunması üçün əsaslı elmi işlərə ehtiyaclıyıq. Biz Nizami Gəncəvi kimi ortaq iftixarlarımızı lazımınca tanımalıyıq. Mətbuat həmkarlıqları, həmçinin elm, mədəniyyət və incəsənət elitasının qarşılıqlı səfərləri armalıdır".
Görüşdə "Məhdi Azadi" müəssisəsinin məsul müdiri mühəndis Seyid Məsud Peyman doktor Güləliyevin müəssisəyə gəlişindən sevic hissi duyduğunu bildirərək deyib: "Türkmənçay müqaviləsinin müddətinin bitməsinə diqqət etməklə İrandan ayrılmış 17 şəhər və digər ərazilərin qaytarılmasının həlli məsələsi regiondan siyasi bir problemə çevrilməmişdən qabaq tarixi mülahizələri, milli və hüquqi məsləhətləri, beynəlxalq münasibətləri nəzərə almaqla bu mövzuda mənafeyi olan dövlətlərin və siyasətçilərin, həmçinin tədqiqatçıların gündəliyində olmalıdır. Bu proqram çərçivəsində hər şeydən əvvəl geopolitik həqiqətlər araşdırılsın və açıqlansın. Aydındır ki, bu həqiqətlərə diqqət edilməsə hər hansı elmi bir hərəkət yara arasındakı sümük kimi olacaq və problem öz həllini tapmayacaq. İkinci mərhələdə hər iki ölkənin milli məsləhətləri müəyyənləşməlidir ki, qərar verildikdə həqiqətlərə əsaslanmasına baxmayaraq region xalqlarının strateji məsləhətləri ilə uyğunsuzluq olmasın və xoşagəlməz nəticələrə səbəb olmasın. Üçüncü mərhələdə bu məsələnin ictimai və siyasi talelərinə bağlılığı olan xalq çoxluğunun istəkləri nəzərə alınmalıdır. Əlbəttə, bir-birinə uyğun olmayan bu üç mövzunun birləşdirilməsində son dərəcədə diqqətli və tədbirli olmaq lazımdır ki, işin nəticəsinin özü ayrı bir problemə çevrilməsin".
Məhdi Azad müəssisəsinin müdiri deyib: "Hər halda həqiqətlər mütləq surətdə aşkar olmalıdır ki, ümumi fikirləri aldadın təhriflər üçün yol bağlı qalsın".
O, ölkəmizin xalqının ümumi nəzər və istəklərinə işarə edərək deyib: "Ölkəmizin əhalisinin təqribən hamısı bu əqidədirlər ki, İran Qafqazın 17 şəhərinə malik olmuşdur və hazırda etibarsız sayılan tarixi Gülüstan və Türkmənçay müqavilələri ilə Ana Vətəndən ayrılmışdır. Bu inkaredilməz haqq gərək vaxt itirilmədən geri alınmalıdır".
"Bu məsələdə tədqiqatçılar, siyasətçilər, tarixçilər və ziyalılar müstəqillik əldə etmək istəyən xalqların and içmiş düşmənlərinin əlinə bəhanə vermədən yuxarıda sadalanan üç mövzunu nəzərə almaqla problemin çarə yollarını təqdim etməlidirlər"-deyə mühəndis Peyman bildirib.
Məhdi Azad müəssisəsinin müdiri həmçinin Azərbaycan hökumətinin tarixi təhrif etmək, ABŞ və sionist rejimin bu ölkədə casusluq bazalarının yaratmasına imkan verməsi, müsəlmanların dini duyğularını yaralayan "Eurovision" kimi qeyri-əxlaqi müsabiqənin keçirməsi kimi bir sıra hərəkətlərinin məntəqə ölkələrinin istəklərinə və milli məsləhətlərinə uyğun olmadığını da diqqətə çatdırıb və belə ağıldan uzaq addımların Yaxın Şərqdə siyasi böhranla nəticələnə biləcəyini bildirib.
Qeyd edək ki, doktor Mayis Güəliyev "Məhdi Azadi" müəssisəsinin çapxanası və onun texniki imkanları, orada çalışan personalların sayı və ixtisasları ilə də tanış olmuşdur. O, bu tanışlıqdan sonra jurnalistlərə müsahibəsində deyib: "Hətta, Bakının çapxanalarında Azərbaycan Respublikasının paytaxtı və önəmli dövlət və qeyri-dövlət nəşriyyatlarının orada yerləşməsinə baxmayaraq bu həcmdə texniki imkanlar və mütəxəssis insan qüvvəsi yoxdur".
"Körpü" jurnalının azəri latıncası ilə Təbrizdə çap olunmasından sevinc hissi duyduğunu bildirən partiya sədri deyib: "Heyif ki, Azərbaycan xalqının çoxu, hətta ziyalılar belə İran azərilərinin bir çox iftixarlarından məlumatları yoxdur və onların məlumatı medianın anti-İran xəbərlərinə məhduddur"».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|