RAMİZ MEHDİYEVİN KORPUSUNA QARŞI ŞOK KADR İSLAHATI
Tarix: 3-05-2013, 13:11 |
Çap et
HAKİMİYYƏT YENİ DƏYİŞİKLƏR TƏDARÜKÜNDƏ
DİA.AZ: - Hakimiyyət şok kadr islahatlarına gedir. Artıq qərar verilib - deyən məlumatlı mənbə redaksiyamıza ötürdüyü informasiyasında vurğuladı ki, kimlərin vəzifələrindən alınacağı məlumdur.
Mənbə DİA.AZ-a xəbərində qeyd edir ki, son günlərin yaranmış təəssüratı da olduqca yanlışdır: «Belə bir qənaət, ictimai rəy formalaşdırmağa çalışırlar ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqeləri yenidən güclənib, yenə də təşəbbüslər onun əlindədir. Bu, kökündən yanlış olan bir xəbərdir».
Mənbəmiz bildirir ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin videobombardmanı ilə açıq hədəfə çevrilmiş Ramiz Mehdiyev Şah İsmayıl Xətai haqqında yazdığı yazıları ilə manipulyasiya etməyə çalışsa da, bu, onda alınmayıb: «Ramiz Mehdiyev özünün bu yazıları ilə əslində ona verilən sualları unutdurmağa, onun barəsində olan müəmmaları yaddan çıxarmağa çalışdı. Amma alınmayıb. Çünki gözlənilən kadr islahatlarında məhz onun adamları çıxdaş ediləcək».
Mənbəmiz iddia edir ki, ilk olaraq aşağılardan başlayacaq bu dəyişikliklər zamanı bir neçə icra başçısı və PA-nın xeyli sayda əməkdaşı vəzifəsindən alınacaq.