İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

"Ən ucuz market"də 2 milyon manatlıq talan - İTTİHAM VAR
Tarix: 15-06-2016, 10:41 | Çap et
"Ən ucuz market"də 2 milyon manatlıq talan
Sumqayıtda fəaliyyət göstərən “Əli-94” ticarət mərkəzində vergidən milyonlarla manat yayındırıldığı haqda “Hürriyyət”in ötən saylarında məlumat vermişdik. Əldə etdiyimiz sənədlər və çoxsaylı faktlar əsasında bildirmişdik ki, bu şəhərdə əlavə olaraq “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il təkcə bu obyektdə - “Əli-94”də həyata keçirdiyi saxtakarlıq nəticəsində 1,5 milyon, “Səda Store”də sənədlərin saxtlaşdırılması nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.
Yeri gəlmişkən, bu obyektlərdən daha böyüyündə - “Hiper Market”də aparılan saxtakarlıq zamanı isə hər il dövlətə sözegedən hər iki ticarət mərkəszindəki yeyintilərin cəminə yaxın zərər vurulur. Bütün bunlar haqda növbəti sayımızda açıqlama verəcəyimizdən, bu dəfə “Ən ucuz” marketlər şəbəkəsindəki saxtakarlıqlar haqda oxucularımızı bilgiləndirəcəyik.

Dövlətdən mənimsənilən vəsait: 1,5 milyon, 1,9 milyon və...

Dəyərli oxucularımıza da bəlli olduğu kimi, ötən yazılarımızda jurnalist araşdırması nəticəsində “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Həmin sənədlərdə bəzi rəsmi şəxslərin də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun qanunsuzluğunu ört-basdır etdiyi sübut edilir. Xüsusən də Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha qabarıqdır. Lakin, təəssüflər olsun ki, çox ciddi saxtakarlıqları təsdiq edən sənədləri ortaya qoymağımıza rəğmən, rəsmi qurumlar tərəfindən nəinki Vüqar Qələndərovun, hətta 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının qanunsuz fəaliyyətinə belə, hüquqi qiymət verilməsi istiqamətində hansısa addım atılmayıb.
Bununla belə, biz “Hürriyyət” olaraq dövlət əmlakını mənimsəyən ticarət mərkəzi sahilərinin qanunsuz əməllərini ifşa etməkdə israrlıyıq və bu yazımızda isə V.Qələndərovun rəhbərlik etdiyi daha bir supermarketin - “Ən Ucuz” marketlər şəbəkəsinin təkcə birində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə oxucularımıza məlumat verəcəyik.

"Ən ucuz market"də 2 milyon manatlıq talan

“Əli-94”, “Səda Store”dən sonra “Ən Ucuz” marketlər şəbəkəsi...

İlk olaraq Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən saxtakarlıq haqda faktları təqdim edək. Qeyd edək ki, 3 mərtəbədən ibarət olan olan bu supermarketin əlavə olaraq 500 kv.metrlik zirzəmisi də var və burada şirniyyat sexi fəaliyyət göstərir. Lakin bu haqda heç bir rəsmi müqavilə yoxdur və heç bir dövlət idarəsinə də vergi verilmir.
Obyektin 1000 kv.metr sahəsi olan 3-cü mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir. Bu mərtəbə bütövlükdə icarəyə verilsə də, heç bir rəsmi müqaviləyə imza atılmayıb və icarədarlar tam olaraq sənədsiz fəaliyyət göstərir.

125 nəfər işçinin adı gizli saxlanılır

Binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin rəsmi sənədlərdə işçilərin sayı 20 nəfər göstərilir.Təbii ki, bu ticarət mərkəzində işçilərin sayının olduğundan dəfələrlə az göstərilməsi təsadüfi deyil. Vüqar Qələndərovun sahibi olduğu sözügedən “Ən Ucuz” marketdə 125 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 128 nəfərin orta aylıq əməkhaqqı toplam 38 400 manat edir və bu halda vergidən 6 912 manat (38 400 manatın 18 faizi), DSMF-dən isə 9 600 manat (38 400 manatın 25 faizi) vəsait oğurlanır.
Aylıq satış dövriyyəsinin 800 min manat manatı gizlədilir
Üstəlik, “Ən Ucuz” ticarət mərkəzinin “qara mühasibatlıq” hesablarında orta aylıq atış dövriyyəsi 900 000 manat olduğu halda, rəsmi sənədlərdə cəmi 100 000 min manat göstərilir. Bütün bunlar isə bir daha təsdiq edir ki, “Ən Ucuz” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 800 min manat manatını gizlədir.
Nəzərə alsaq ki, bu vəsait rəsmiyyətə cəlb olunacağı halda V.Qələndərov təkcə 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (800 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 122 033 manat oğurlanıb.

"Ən ucuz market"də 2 milyon manatlıq talan

32 min manatlıq gəlir vergis oğurluğu...

Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 640 min manatı xərc, 160 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (160 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 32 min manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.

Hər ay dövlətdən 170 512 manat oğurlayır

Beləliklə, “Hürriyyət”in əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Ən Ucuz”, “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə “Ən Ucuz” marketlər şəbəkəsinin birində həyata keçirdiyi saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 170 512 manat oğurlayır. Hansı ki, bunun da 122 min manatı ƏDV-dən, 32 min manatı gəlir vergisindən, 9 600 manatı DSMF-dən, 6 912 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 2 046 144 (2 milyon, 046 min, 144) manat oğurluq edir.
Əlbəttə, bu rəqəm Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən saxtakarlıq nəticəsində dövlətdən oğurlanan vəsaitin hamısı deyil. Nəzərə alsaq ki, 3 mərtəbəli binanın zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də vergi verilmir, deməli Vüqar Qələndərov bu supermarketdəki qaranlıq fəaliyyəti ilə dövlətə daha böyük zərər vurur.
Sözsüz ki, Vüqar Qələndərovun dövlət vergisindən gizlədərək mənimsədiyi vəsaitlər bunlarla bitmir. Lakin təəssüf ki, dövlətdən oğurladığı pulların bir hissəsini öz qanunsuz əməllərinin ört-basdır edilməsi istiqamətində xərclədiyindən, illərdir onun fəaliyyəti ciddi araşdırılmır. Yuxarıda qeyd etdiyimiz kimi, əkisnə, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşları tərəfindən onun qanunsuz fəaliyyəti ört-basdır edilir.

Dövlət rəsmilərinə müraciət...

Odur ki, biz bir daha “Hürriyyət” olaraq Vergilər naziri cənab Fazil Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırılma aparılmasına göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı qəzetimizin əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.

P.S. Növbəti yazılarımızda Vüqar Qələndərovun sahibi olduğu “Ən Ucuz” marketlər şəbəkəsinin digər filiallarının fəaliyyəti haqda şok faktları açıqlayacağıq.

"Ən ucuz market"də 2 milyon manatlıq talan









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru