İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Naxçıvan MR-in tikinti nazirinin fermasında qulaq kəsdilər - İlginc iddialar
Tarix: 6-07-2016, 09:23 | Çap et
Naxçıvan MR-in tikinti nazirinin fermasında qulaq kəsdilər
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının (MR) nazirlərindən birinə məxsus olan müəssisədə cinayət faktı qeydə alınıb. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, müəssisənin işçiləri arasında baş verən mübahisə qanlı faciə ilə nəticələnib.
Qeyd edək ki, bu hadisədən xəbərdar olan sözügedən nazir tərəfindən dərhal cinayət faktının gizlədilməsi haqda göstəriş verilib. Odur ki, hazırda müəssisənin rəhbərliyi zərərçəkəni və yaxınlarını pul gücünə susdurmağa cəhd edirlər.
Mənbə deyir ki, bu fakt zərərçəkənin bəzi yaxınları və iş yoldaşları arasında ciddi narazılıq yaratsa da, kimsə nazirə məxsus müəssisədə baş verən cinayət işinin ört-basdır edilməsinə qarşı çıxa bilmir.
Ötən həftə məlumat verdiyimiz kimi, Hurriyyet.org saytının əməkdaşı Naxçıvanda baş verən bu cinayət faktının araşdırılması məqsədilə Muxtar Respublikaya ezam olunub. Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, bu hadisə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədovun fermasında baş verib. Bildirilir ki, nazirin Ermənistanla sərhəddə yerləşən fermasında çalışan ferma müdiri ilə çobanlar arasında dava düşüb. Bu zaman ferma müdiri çobanlardan birinin qulağını kəsib. Həmin fakt qısa müddət ərzində nazir Asəf Məmmədova çatdırılıb və o, dərhal bu olayın gizlədilməsi üçün müvafiq göstərişlər verib.
Bu haqda Hurriyyet.org-un əməkdaşına açıqlama verən etibarlı mənbənin sözlərinə görə, Asəf Məmmədovun fermasında baş verən bu cinayət faktını gizlətməyə çalışması heç də təsadüfi deyil. Birincisi, nazir onun adı ilə bağlı olan bu biabırçılığı ört-basdır etməklə ölkədə rüsvay olmamağa çalışır. İkincisi isə, o, bu xəbərin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova çatacağından ehtiyat edir. Çünki bu halda öz postunu itirəcəyini çox yaxşı bilir.
Mənbənin sözlərinə görə, onsuz da son vaxtlar Naxçıvanda tikinti naziri haqda bir çox xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, rəsmi dairələrdə nazir Asəf Məmmədovun Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərovla yaxın dost olduğu bildirilir. Mənbənin sözlərinə görə, bu dostluq hər iki məmurun Azərbaycan MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun komandasının üzvü olması ilə bağlı olub. Hansı ki, E.Mahmudov vəzifədə olduğu müddətdə istər Vəli Ələsgərov, istər də Asəf Məmmədov hər yerdə MTN “şefi”nin adamı olmaları ilə fəxr ediblər və zaman-zaman bu informasiyanı məqsədli şəkildə gündəmə ötürməklə, öz rəqiblərini basqı altında saxlamağa çalışıblar.
Mənbə deyir ki, Eldar Mahmudov vəzifədən azad ediləndən, Vəli Ələsgərov isə çoxsaylı cinayət əməllərinə görə həbsə atıldıqdan sonra Asəf Məmmədov “tikan üstündə” gəzir. Deyilənə görə, o, öz yaxın adamlarına da etiraf edib ki, həbs olunmamasının qarşılığında öz vəzifəsindən dərhal istefa verməyə hazırdır. Çünki A.Məmmədov hazırda həbsdə olan V.Ələsgərovla qaranlıq əlaqələrinin MR rəhbərliyində çoxlarına bəlli olduğunu yaxşı bilir.
Bütün bunlardan sonra nazirin qulaqkəsən müdirinin cinayət əməlini gizlətməsi tam anlaşılandır. Çünki bu fakt yayılarsa, onun tükdən asılı olan vəzifəsindən aşırılacağı şübhəsizdir. Bu baxımdan, Asəf Məmmədov son günlər öz “səxavət kisəsi”nin ağzını açaraq, bu məlumatdan agah olan hər kəsi pul gücünə susdurmağa çalışır.
Ən dəhşətlisi isə odur ki, boğazadək bataqlığın “içində” olan nazir A.Məmmədov özünü sudan quru çıxarmaq üçün dövlətimizin maraqlarını belə, təhlükəyə atmaqdan çəkinməyib. Belə ki, mənbənin dediyinə görə, Asəf Məmmədov fermasında dalaşanlardan birinin digərinin qulağını kəsdiyi haqda xəbəri eşidər-eşitməz bu hadisəyə siyasi don geyindirməyə çalışıb. O, fermada çalışan və hadisədən xəbərdar olan bütün şəxslərə tapşırıb ki, soruşan olarsa, hər kəs çobanın qulağının ermənilər tərəfindən kəsildiyini desin. O cümlədən qulağı kəsilən çobana da rəsmi şəxslərə qulağının sərhədə yaxın ərazidə erməni hərbçiləri tərəfindən kəsildiyi haqda məlumat verməsini tapşırıb. Bundan sonra isə nazir öz adamlarına göstəriş verib ki, Naxçıvan MR Müdafiə Nazirliyinə zəng açaraq, “ermənilərin nazirin fermasında çalışan çobanın qulağını kəsdiyi” haqda məlumat versinlər. Hansı ki, A.Məmmədov bununla, səbəbsiz yerə sərhəddə atışma yaratmaqla, bütün diqqətləri öz üzərindən yayındırmağa cəhd edib. Lakin görünür, Müdafiə Nazirlyinin rəhbərliyi üçün bu “operativ informasiya” inandırıcı olmadığından, sözügedən məlumata o qədər də ciddi əhəmiyyət verilməyib...
Yeri gəlmişkən, hazırda Naxçıvan tikinti nazirinin MR-də hörmətdən düşməsinin başqa bir səbəbi də var. Belə ki, Eldar Mahmudovun adamı olan Asəf Məmmədovun keçmiş MTN “şefi” vəzifədən alındıqdan sonra, onun atası Əhməd Mahmudovun Naxçıvandakı heykəlinin sökülməsinə başçılıq etməsi çoxları tərəfindən kinayə ilə qarşılanıb. Ən azı ona görə ki, vaxtilə E.Mahmudovun qarşısında ikiqat əyilən A.Məmmədovun, vəzifədən getdikdən sonra nümayişkəranə şəkildə keçmiş MTN rəhbərinin atasının heykəlini sökməsi və bu zaman mətbuata “poz” verməsi heç də etik olmayıb. Ancaq görünür, A.Məmmədov “siyasətdə dostluqlar əbədi olmur” prinsipi ilə hərəkət edərək, bu söküntü ilə öz vəzifəsini qorumağa çalışıb. Təbii ki, Muxtar Respublika rəhbərliyində də çoxları onun bu niyyətini yaxşı anlayır. Odur ki, son vaxtlar MR-də hər kəsin A.Məmmədova güvənilməz bir məmur kimi baxması heç də təsadüfi deyil...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru