İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

"DəmirBank" necə "bərkiyir"... - İTTİHAM VAR
Tarix: 27-07-2016, 09:31 | Çap et
"DəmirBank" necə "bərkiyir"...
Artıq 3 aya yaxındır ki, Azərbaycanın azadlığı uğrunda ömrünü fəda etmiş Xalq Şairi Xəlil Rzanın oğlunun birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub şəhid olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvlərinin, eləcə də bir sıra digər vətəndaşların uzun illər boyu manat-manat-manat yığdıqları və əlləri ilə banka depozit şəklində əmanət qoyduqları külli miqdarda pullarının DƏMİRBANK tərəfindən oğurlanması ilə bağlı yazılar medianın gündəmindədir.

İctimaiyyət, xüsusilə ziyalılar, şəhid və əlil ailələri, qazilər və onların təmsil olunduğu təşkilatlar bu inanılmaz faktlardan çox ciddi narahatdırlar.Onlarla şəhid anaları, övladları, əlillər, əsgər anaları, ziyalılar redaksiyamıza zəng edərək çox ciddi və dərin suallar verirlər:
— “Bəs Prezidentin bundan xəbəri yoxdur?”
— “Biz Vətən yolunda, haqq yolunda vuruşub əlil olmuşuq. Bəs, bu vətəndə budur bizə olan münasibət?”
— Rəşadət müəllim özünü yaxşı, halal adam kimi tanıdıb. Onun qızı Fərəh də familiyasını, yəqin onun adından götürüb. İndi düşünürük ki, belə övladı olan halal, yaxşı adam ola bilərmi? Yazığın ruhunun bunlardan necə əzab çəkdiyini bir Allah bilir.
Yaxud anası, İncəsənət Universitetində işləyən, özünü müəllim maaşı ilə dolanan halal, təmiz adam kimi göstərən İradə xanım, Fərəh kimi şəhid ailəsinin pulunu oğurlayanın anası olaraq onun müəllim işləməyə haqqı varmı? Barı aktyorluqdan dərs desin, o bu sənəti yaxşı bilir…
— “Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adına, ruhuna hörmətsizlik edən DəmirBank rəhbərlərinin və onların gözəgörünməz sahiblərinin lap ……… və bunu edəcəyik kim olursa olsun.”
— “Allahın altında Xəlil Rza sağ olsaydı pulları oğurlayıb yemiş o bank rəhbərlərinin, onların sahiblərinin, havadarlarının dərslərini, necə deyərlər aşlarının suyunu necə verdiyini görərdilər, Xəlil Rzanı da, azadlığı uğrunda ömür xərclədiyi bu müstəqil Azərbaycan dövlətini də, onun qanunlarını da yaxşı tanıyardılar”
— “Əgər bu məsələ qanunla, hüquqla düzgün, özü də təcili həll olunmasa o zaman şəhid analarının, şəhid ailələrinin, əlillər və əsgər analarının nələrə qadir olduğunu Əli, Vəli, Hikmət, Rəhman, Fərid-mərid, Fərəh-mərəh yaxşı görəcək, bu dövlətin qanunlarına, Prezidentin mövqeyinə qarşı getməyin, şəhid ailələrinin pulunu yeməyin nə demək olduğunu biləcəklər. Əgər qanun sussa, ya da onlar qanunlara dərhal əməl etməsəç biz o pulları onların burnundan irin-qan kimi gətirəcəyik…”
DəmirBank Şəhid – Milli Qəhrəmanlarımızın ailə üzvlərinin pullarını qaytarmaması Qarabağ Qaziləri, şəhid ailələri və bu gün orduda xidmət edən əsgərlərin analarını da haqlı olaraq çox hiddətləndirmişdir. “Qarabağ Qaziləri” İctimai birliyinin sədri Etimad Əsədovun Verilən açıqlamadan bir fikri ixtisarlarla yadınıza salırıq: “Banklar etdikləri özbaşınalıqlarla Azərbaycan xalqını dövlətin üzərinə qaldırırlar… … Biz bankları qoruyuruq, onlar da bizi “donor” gözündə görür, qanımızı sorurlar. İnsanlar banka etibar edib əmanət qoyur, geri istəyəndə bank deyir qaytarmıram. Niyə? Səbəb?”
Şəhid ailəsinin, lap elə heç bir imtiyazı olmayan vətəndaşın banka, bank rəhbərinin dədəsinə borcu var ki, o əmanətləri qaytarmırlar?
Qazilər.az portalında 30.05.2016-cı il tarixdə Qarabağ qaziləri və şəhid ailələrinin verdiyi bəyanatda da bu hiddət açıq hiss olunur. Bir parçanı ixtisarlarla xatırladırıq:
“Biz Qarabağ Qaziləri olaraq heç bir bəhanə qəbul etmədən “DəmirBank” rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz “əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərlə çirkin milyonlara sahib olmusunuz. Bu bəs deyilmiş kimi bu gün də bu şərəfsiz işi davam etdirirsiniz. Bu bağışlanmazdır.”
Göründüyü kimi DəmirBank rəhbərliyinin çirkin əməlləri ciddi narazılıqlara səbəb olub. Xəbər verdiyimiz kimi hazırda məhkəmə gedir. Hamı onun nə qərar çıxaracağını gözləyir.
Redaksiyamıza zəng edənlərin arasında DəmirBankın əvvəllər və hazırda əməkdaşı olan adamlar da çoxdur. Adlarının hələlik açıqlanmasını istəməyən bu bank işçiləri təkcə bu əmanətlərin deyil, digər külli məbləğdə pulların oğurlandığını, ümumiyyətlə, bankda çoxlu maxinasiyaların olduğunu, bu depozitlərin necə mənimsənildiyini, guya yoxlayarkən hansı sənədlərdə ciddi saxtakarlıqlar edildiyini söyləyirlər. Onlar son zamanlar yeyinti faktları ilə Gəncə, Sumqayıt, Şamaxı və s. 5-6 filialı və baş ofisin özü haqqında cinayət işi qaldırıldığını deyir, bankda iki, hətta üçtirəliyin olduğunu iddia edir, Rəhman kişinin isə özünü zibillikdə açmış çiçək kimi apardığını, guya düz adam olduğunu, bu yeyintilərdən xəbəri olmadığını, yuxarıdakı sahibinə (insanın da sahibi olar? red.) çoxlu pul verərək heç nəyi vecinə almadığını bildirirlər. Əslində isə bütün oyunların lap əvvəldən onun ssenarisi ilə qurularaq kürəkəni və digər əlaltıları tərəfindən həyata keçirildiyini, üstü açılanda isə hüquq orqanlarında olan şəriklərinin köməyi ilə filial müdirlərini necə deyərlər rasxoda verdiklərini vurğulayırlar.
Əslində bu elə kənardan da yaxşı görünür. Necə deyərlər, xoruzun başı nə qədər kolda olsa da çöldə qalan quyruğu uzaqdan da görünür.
İndi məlum olur ki, 7 nəfər vətəndaşın (əmanətçilərin) hələ aprel ayından etibarən 2 dəfə tələbnamə ilə rəsmi müraciətini 3 iş günü ərzində icra etməli olduğu halda bu günə qədər heç onlara cavab belə verməməsinin səbəbləri də aydınlaşmağa başlayır. – Yoxlama adı ilə sənədlərdə dəyişikliklər etmək, hər şeyi filialın üzərinə atmaqla növbəti müdirini “rasxoda” vermək, işi haçalamaqla prosesi uzatmaq. Bu əslində sədrə də necə deyərlər “torba tikmək” məqsədi daşıyır.
Hörmətli Rəhman bəy, bir neçə suala cavab verin.
Məlumdur ki, bu məsələdən xeyli əvvəl eyni bankda eyni cür yeyinti faktı aşkarlandı. Filial müdiri sizin tərəfinizdən işdən kənarlaşdırıldı və inandığınız Oqtay Şirinov onu bir həftə əvəz elədi. Həmin Şirinovun rəhbərliyi ilə filial yoxlandı və fakt təsdiqləndi.
1. Niyə o vaxt bu cinayətin üstünü ört-basdır etdiniz?
2. Sizə kim və ya kimlər tapşırıq verdi (xahiş etdi) ki, siz Fərəh Rəşadətlini yenidən vəzifəsinə qaytardınız?
3. Əgər bu məsələdə kim və ya kimlərsə tərəfindən mənimsəmə, oğurluq yaxud digər bir cinayət varsa niyə 3 aydır susursunuz? Nə əmanətçilərə rəsmi cavab vermir, nə də müvafiq orqanlara rəsmi müraciət etmirsiniz, nədən, kimdən qorxursunuz?
4. Könlünüzdə bir biclik yox idisə nə üçün əmanətçilər bankınıza müraciət edib pulların geri istəyən kimi nə üçün Fərəh Rəşadətlini məzuniyyətə çıxardınız? Məşədi İbad demiş “heç hənanın yeri idi.” Yoxsa qorxdunuz ki, sizin təlimatları dinləmədən başqa fikirlər söyləyib işləri korlayar?
5. Bir günlük (sizdə hər şey elektron sistemdə var axı) araşdırma əvəzinə guya 3 aylıq yoxlama nə üçün idi? Burada məsələ 2×2 qədər bəsit idi axı.
6. Bu müəmmalı yoxlama sonunda sizin dediyiniz kimi pulu oğurlayıb mənimsəyən cinayətkar Fərəh idisə nə üçün onu təcili həbs etdirmək əvəzinə, əvvəlcə istirahətə buraxıb, sonra da aradan çıxartmaq üçün işdən azad etdiniz. Nə gözəl səslənir: “cinayətkarı işdən azad etmək”. Bunun özü də bir cinayət deyilmi?
7. Siz Azərbaycan Dövlətinin qanunlarını bilir və onu qəbul edirsinizmi?
Bilmirsinizsə oxuyun. Onu qəbul edib tanımaq istəmirsinizsə kişi kimi açıq söyləyin necə ki, bunu əməlinizdə bildirirsiniz (Yanınızda kişilikdən danışdığımız üçün üzr istəyirik).
Yox, əgər bilir və qəbul edirsinizsə onda bunu da gözəl bilirsiniz ki, o pulu alan da, müqaviləni bağlayıb imzalayan da sizin rəsmi səlahiyyət verdiyiniz nümayəndənizdir. Hüquqi şəxs isə DəmirBankdır. Yəni qanun qarşısında filiallı – miliallı bütün bankın fəaliyyətinə cavabdeh də odur. Bu, qanunda ağ-qara kimi yazılıb. Bunu məhkəmədə hüquqlarınızı müdafiə edən təmsilçiniz Elçin bəy də yəqin gözəl bilir. Yadından çıxıbsa getsin məşəl kimi əlində tutub təbliğ etdiyi Tomasın kitabını bir də oxusun. (5-3 qəpik üçün özünü lap savadsızlığa vursan belə vecinə də alma. Qəmin kəm.)
Səhvinə, dələduzluğuna görə öz səlahiyyətli işçinizi özünüz cəzalandırmalısınız, lazım gəlsə qanunun əli ilə. Bunun nə əmanətçilərə, nə də onların pullarına dəxli yoxdur. Bu pulu siz, yəni Bank ödəməlidir. Qanun belə yazır.
8. Belə olan halda 7 vətəndaşın əli ilə sayıb verdiyi pulu niyə qaytarmırsınız? Bu qədər həyasızlıq olar?
Biz sizə Azərbaycan Dövlətinin qanunlarına, ölkə Prezidentinin siyasətinə qarşı çıxmağı, ictimai narazılıqlar yaratmağa cəhd etməyi məsləhət görmürük. Belə mövqe tutanların aqibəti sizin kimilərə dərs olmadımı?
Bu ağılsız hərəkətdə hec bir HİKMƏT görmürük. Bir də yadınızdan çıxarmayın: “Özgəyə ümid olan şamsız qalar.”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru