İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub? - ŞİKAYƏT VAR
Tarix: 16-08-2016, 08:52 | Çap et
Orucov Şahbəddin: “Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilimə baxış keçirərkən, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi”

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?
“Gündəm Xəbər” qəzetinin 22-28 iyul 2016-cı il tarixli sayında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən küçəsi-16 ünvanında yaşayan II qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü. Müdafiə Nazirliyinin xüsusi rütbəli zabiti Orucov Şahbəddin Möhyəddin oğlunun başına gətirilən müsibətlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, 26 iyun 2016-cı il tarixdə döyüşçü yoldaşı Qayıbov Alı Hacı oğlu ilə birlikdə paytaxtın “20 Yanvar” ərazisində keçirilən tədbirdən evə qayıdarkən, şəhərin “Dərnəgül” yolu istiqamətində BŞYPİ-nin iki nəfər əməkdaşı Cəfərov Fərid Rafiq oğlu və Zeynalov Səbuhi Oqtay oğlu tərəfindən saxlanılır. İlk öncə yol polisi əməkdaşları onu sorğu-suala tuturlar və “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsini idarə etdiyi üçün, Şahbəddin Orucovdan sürücülük vəsiqəsini də tələb edirlər. Az sonra isə, sərxoş olub-olmadığını dəqiqləşdirmək məqsədilə, onu Zığ şossesində yerləşən Narkoloji Dispanserə də aparırlar. Şahbəddin Orucovun bildirdiyinə görə onu adıçəkilən ünvanda heç bir müayinədən keçirmirlər, sadəcə olaraq yol polisi əməkdaşı Narkoloji Dispanserin hansısa bir həkimi ilə ona kənardan baxış etməklə kifayətlənir. Xoşagəlməyən hal o olur ki, II qrup Qarabağ müharibəsi əlili həmin günün gecə saatlarında Narkoloji Dispanserdən təqribən 60-70 metr aralı məsafədə yol polisi əməkdaşının idarə etdiyi nəqliyyat vasitəsindən düşürdülür və yol kənarında da qoyulur. Onu da qeyd edək ki, həmin gün yol polisi əməkdaşları Şahbəddin Orucovdan lazımi sənədləri aldıqları üçün, onda heç bir sənəd olmur. Qəzetimizin 22-28 iyul 2016-cı il tarixli sayında onu da qeyd etmişdik ki, Şahbəddin Orucov saxlanılarkən sürücülük vəsiqəsi ilə bərabər, ona məxsus əlillik vəsiqəsi də ələ keçirilir və altı ay müddətində onun özünə geri qaytarılmır. II qrup əlilin bildirdiyinə görə o, bir neçə dəfə əlillik vəsiqəsinin geri qaytarılması ilə bağlı BŞYPİ-nin rəhbərliyinə, qurumda səllahiyyət sahibi olan vəzifə sahiblərinə müraciətlər etsə də, onu bir kimsə lazımınca dinləmir və əlillik vəsiqəsinin BŞDYİ-də olmadığını da bildirirlər.Yalnız Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvafiq sorğusu əsasında Şahbəddin Orucova məxsus əlillik vəsiqəsi ( № 048997) BŞYPİ-dən Nizami rayon Polis İdarəsinə göndərilir və 10 dekabr 2015-ci il tarixdə də, adı çəkilən idarədən II qrup əlilin ünvanına göndərilir. O halda sual oluna bilər ki, Qarabağ müharibəsində sağlamlığını itirən və aldığı xəsarətlər nəticəsində II qrup əlil olan bir şəxsin əlillik vəsiqəsinin altı ay gizlədilməsi nə dərəcədə qanunauyğun haldır? Eyni zamanda yol polisi əməkdaşının əlil vəsiqəsinin ələ keçirilməsi və həmin şəxsi altı ay müddətinə dövlətin ona vermiş olduğu imtiyazdan məhrum etməsi, hansı qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi? Odur ki, belə bir olaylar ortaya çoxsaylı suallar çıxarır ki, həmin məqamların da araşdırılmasına ciddi ehtiyac duyulur. Yaşanan olaylarla bağlı Şahbəddin Orucovun həyat yoldaşı Orucova Təranə Şamil qızı Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, rayon prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyev apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, baş verən hadisələrdə heç bir cinayət əməli yoxdur və 19 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə istinad edərək, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edir. Amma çox keçmir ki, Nərimanov rayon prokuroru cənab Vüqar Əliyev, Azərbaycan Respublikası CPM-nin 84.5.8-ci maddəsini rəhbər tutaraq, prokurorluğun müstəntiqi Ceyhun Mirzəyevin 19 sentyabr 2015-ci il tarixdə 564-C-16 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi qərarın ləğvi haqda qərar qəbul edir və həmin material üzrə əlavə araşdırmaların aparılması rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Niyazi Qəzənfərzadəyə də həvalə olunur. Bundan əlavə onu da qeyd edək ki, yol polisi əməkdaşları Şahbəddin Orucovu 26 iyun 2015-ci il tarixdə saxlayıb onu Zığ şossesindəki Narkoloji Dispanserə apardıqdan sonra, ona BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı ilə 500 manat cərimə də yazılır. Amma, onun müxtəlif instansiyalara ünvanladığı davamlı şikayətlərindən sonra, Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı qanunsuz olduğuna görə, elə onun özünün 15 fevral 2016-cı il tarixdə imzaladığı qərarla, inzibati xəta haqqında icraata xitam verilir. Maraqlı hal odur ki, Şahbəddin Orucov nə qədər çalışsa da, yol polisi əməkdaşlarına heç bir cəza verdirə bilmir. Sadəcə olaraq II qrup Qarabağ müharibəsi əlilinin həyat yoldaşı Təranə Orucovaya, 21 iyul 2016-cı il tarixdə BŞDYPİ- nin rəisi Nuşirəvan Səfərovun imzası ilə verilən cavab məktubunda bildirilir ki, “ilkin müraciətlərinizi araşdıran icraçılar rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşlar”. Belə bir cavabın verilməsi də, yəqin ki, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Şahbəddin Orucov onu da bildirir ki, “ölkə rəhbəri tərəfindən bir çox əlillərə, o cümlədən mənə də verilmiş “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsi cərimə meydançasına qoyularkən, maşının içərisindən bir çox avadanlıqlarım, o cümlədən bankdan kreditə götürdüyüm 4 min manat pulum da “qeybə çəkilmişdi”. Çünki, Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilə baxış etdikdə, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi. Buna səbəb, cərimə meydançasında saxlanılan avtomobilimin qarət edilməsi, şüşələrinin açıq vəziyyətdə olması idi. Düzdür, bu günə qədər bir çox instansiyalara, məhkəmələrə müraciətlər etsəm də, hələ ki, haqqıma qovuşa bilməmişəm. Çünki, aparılan araşdırmalar qeyri-obyektiv aparılır. Aparılan araşdırmalar zamanı da BŞDYPİ-nin əməkdaşları ortaya saxta sənədlər, akt və protokollar çıxarırlar. Bir çox əşyalarımı, pulumu götürmədiklərini bildirirlər. Amma, əlillik vəsiqəm altı aydan sonra onlardan çıxdı. Hal-hazırda da avtomobilim cərimə meydançasında çürüməkdədir. Bu gün avtomobilimi mənə vermirlər, buna səbəb də avtomobilimin texniki pasportunun olmamasıdır”. Araşdırmamız davam edəcək. Açıqlamada adıçəkilən hər bir şəxsin mövqeyini dinləyə bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru