İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Qubanın ağ alması... - İTTİHAM VAR
Tarix: 12-11-2016, 09:35 | Çap et
Qubanın ağ alması...
27 yanvar 2015-ci il tarixdən etibarən Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunan Yaşar Məmmədovun fəaliyyəti adıçəkilən rayonun sakinlərinin, o cümlədən sahibkarların, iş adamlarının narazılığına səbəb olur. Belə ki, qubalıların əksəriyyətinin işsizlikdən əziyyət çəkdiyini, sosial problemlər məngənəsində qaldıqlarını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, icra başçısı əhalinin problemlərilə maraqlanmaq əvəzinə şəxsi maraqlarını təmin etmək barədə düşünür. Beləliklə, Yaşar Məmmədovun 2010-2015-ci illərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı postunda təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, həmin dövrdə yol verdiyi nöqsanları bu gün Qubada təkrarlamaqdadır: «Quba rayonunda əhalinin sosial durumu gün keçdikcə daha da pisləşir. Deyilənlərə görə, rayon hazırda üç məmurun əsarəti altındadır. Onlardan biri icra başçısı Yaşar Məmmədov, digərləri isə onun birinci müavini Yusif Abidov və maliyyə şöbəsinin müdiri Ruslan Hacıyevdir. Qeyd olunur ki, adıçəkilən şəxslər dövlət büdcəsindən Qubaya ayrılan vəsaitlərin bir hissəsinin təyinatdankənar istiqamətlərə sərf olunmasına rəvac verir və bu yolla xeyli gəlir götürürlər. Nəzərinizə çatdırım ki, Yusif Abidov bir neçə müddət rayonun təhsil şöbəsinə rəhbərlik edib. Lakin onun bu postdakı fəaliyyəti elə də uğurlu alınmayıb. Belə ki, o vəzifədə olduğu müddətdə adı çox vaxt pul yığımlarında, direktor və müəllimlərin incidilməsində hallandırılıb. Ruslan Hacıyevi isə bir neçə vəzifə dəyişib. Bu yaxınlara qədər icra hakiminin müavini vəzifəsində işləyirdi. Amma hansısa səbəblərə görə işdən kənarlaşdırıldı. Atasının var-dövləti və tanışları sayəsində maliyyə şöbəsinə müdir keçdi. Onun atası İsgəndər Hacıyev Xaçmaz Asfalt Zavodunun direktorudur. Deyilənlərə görə, Ruslan Hacıyev maliyyə şöbəsinə müdir keçdikdən sonra Qubada büdcədən maliyyələşən təşkilatların əksəriyyətində ciddi kəsirlər üzə çıxmağa başlayıb». Bu arada, son zamanlar sadə vətəndaşların, əsasən də Quba rayon sakinlərinin icra başçısı Yaşar Məmmədovun fəaliyyətindən, onun yol verdiyi nöqsanlardan aidiyyəti qurumlara, eyni zamanda müxtəlif kütləvi informasiya vasitələrinə şikayət xarakterli müraciətlər ünvanladıqlarını bildirən məlumatlı şəxs qeyd edir ki, onlardan biri də Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 15, ev 17-də qeydiyyatda olan Xəyal Müşfiq oğlu Qüddəsərovdur. Belə ki, Quba Rayon İcra Hakimiyyətinin başçısının ona qarşı etdiyi qanunsuzluğa görə 3 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başladığını deyən şikayətçinin sözlərinə görə, Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılıb: «Dövlət rüsumu olaraq 1200 manat «Beynəlxalq Bank»a ödədim qəbzi aldım. Bundan başqa, alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar. Həmin 3200 manat pulu icra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən sübutlarımız var. Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım. Mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı satqı aktı tam saxtadır. 2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər. Bu torpaq isə dövlətin balansındadır. Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam. Hər dəfə «düzələr-düzələr» deyərək məni başlarından etdilər. İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir. Bu cinayətdə keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevin də rolu var. Çünki o da bilərəkdən saxta akta imza edib öz möhrünü vurub. Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində işləyən zaman öz sürücüsü Vüqar Əliyevin, qohumu bələdiyyə sədri Səhrab Kamilovun və torpaq şöbəsini müdiri Rafiq Hacıyevin əli ilə çoxlu sayda Ucar rayon sakinlərinə belə saxta sənədlərlə torpaqlar satıb insanları aldadıblar. Bu 4 nəfərin yeri törətdikləri cinayət əməllərinə görə həbsxana olmalıdır. İndi evsizəm, həyat yoldaşım atasının evində, mən isə küçələrdə qalıram. Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım, küçələrdə qalmazdım». Quba Rayon İcra Hakimiyyətinin başçısının əməllərindən şikayətçi olan şəxslərdən biri isə Ucar rayonu, Qarabörk kənd sakini Kütah Məhəmmədəli qızı Əliyevadır. Belə ki, «Bir qrup vəzifəli şəxslər rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyirlər» deyən şikayətçi iddia edir ki, bütün bunların başında Yaşar Məmmədov dayınır: «2014-cü ildə Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə 60 mənzilli 4 mərtəbəli 3 böyük binanı saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar. Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib üzərində tikinti işləri aparan zaman müəyyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşüb. 2014-cü ildən məhkəmələrdə çəkişirik ki, bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə gəlməsinə baxmayaraq, hakim İxtiyar Abışov açıq-aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır. Qeyd edim ki, 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanunu torpağımın başqasına satılması cinayət əməlidir. Hansı ki, 3 möhtəşəm çoxmənzilli yeni tikilmiş yaşayış binasının saxtakarlıqla satılması ən ağır bir cinayətdir. Dəyəri 500 min manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21 min manata qiymətləndirilib küllü miqdarda rüşvət alaraq Etibar Qasımova satıblar ki, bu cinayət faktıdır». Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, Yaşar Məmmədov Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində ciddi nöqsanlara, çoxsaylı neqativ hallara rəvac verib və hazırda bu tip əməllərini Qubada davam etdirir. Ümid edirik ki, müvafiq dövlət qurumları tez bir zamanda sözugedən məsələni araşdıracaq və Yaşar Məmmədov barəsində lazımı ölçü götürəcəklər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru