İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır" - ŞİKAYƏT VAR
Tarix: 26-11-2016, 10:24 | Çap et
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
Bayıl qəsəbəsi 6-cı mədəndə yaşayan Qəzənfər Davud oğlu Qəzənfərov Hurriyyet.org-a müraciət edərək bildirir ki, bu ilin 6 avqustunda Mirəddin Mirdilavər oğlu Ağayev ad-soyadlı şəxslə tanış olub. Deyir ki, oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında test imtahanlarından keçib, qabiliyyət imtahanından keçmək üçün rüşvət tələb olunduğuna görə, bu ali məktəblə əlaqəsi olan şəxs axtarıb.

Ağ xalat geyib, özünü həkim kimi təqdim etdi

Taksi sürücüsü olan Q.Qəzənfərov Bayıl qəsəbəsində diş həkimi işləyən Şahin adlı şəxs vasitəsilə M.Ağayevlə tanış olduğunu deyir: “Mənə dedilər ki, Mirəddin “Semaşko”-da həkim işləyir. Diş həkimilə getdik Mirəddinlə görüşdük, əynində ağ xalat vardı. Mən də inandım ki, bu həkimdi, hər yerlə əlaqələri var. Sən demə, həkim deyilmiş, diş həkiminin xalatını alıb, geyib əyninə, dayanıb, xəstəxananın qapısında.
Mirəddinlə tanış olduqdan sonra dedi ki, İdman Akademiyasının böyüyüylə ailəvi dostdular. Zəng etdi, kimləsə danışdı, tapşırdı ki, bu ad-soyadda uşağı instituta düzəlt. Sonra mənə dedi ki, 2 min manat pul verməliyəm, avqustun 6-dək. Getdim qeydiyyatda olduğum Qobustan rayonuna, bankdan kredit götürüm. Ala bilmədim. Qohum-əqrəba, dost-tanışı da aradım, borc tapa bilmədim”.

“Qurban kəsdirib, yeyib-içib, ata-anamı da aldatdı”

Q.Qəzənfərovun sözlərinə görə, diş həkimi tez-tez zəng edib onu tələsdirib ki, Mirəddin deyir vaxtı bitir, oğlunun işi düzəlməyə bilər: “Məcbur olub ailəmin qır-qızılını Mərkəzi Univermaqda dəyər-dəyməzə satdım, gətirib pulu verdim. 5-6 saat keçəndən sonra Mirəddin zəng edib, dedi, gözün aydın oğlun ali məktəbə qəbul oldu. Nəsə şübhələndim. Zəng etdim, üzbəüz görüşdük. Dedim, həkim, nə tez qəbul oldu, heç uşaqla görüşmədiniz. O da dedi ki, ocağım haqqı, mən ağır seyidəm, hacıyam, özü də Mirşahinin qardaşıyam, get bir qurban da kəs. Mən də bisavad adamam. Hardan bilim mənə kələk qurublar. Şamaxıda atamgildə qurban kəsdik, qonaqlıq elədik. Diş həkimi Şahin Şamaxıya getməkdən çəkindi, amma Mirəddin gedib, yeyib-içib, ağsaqqal atamı, ağbirçək anamı da aldatdı ki, arxayın olun, nəvəniz ali məktəbə girib”.

“Dilindən kağız da verdi ki, pulu çatdıracaq”

Taksi sürücüsü deyir ki, sentyabrın 15-i həmin şəxslə əlaqə saxlayıb, oğlunun dərsə nə vaxt gedəcəyi ilə maraqlanıb, adam da ona deyib ki, ayın sonunda: “Nə vaxt zəng etdim, məni get-gələ saldı. Bayılda 20-ci sahədə ev ünvanını tapdım. Qonum-qonşusundan öyrəndim ki, Bayılda hamı onu maşennik kimi tanıyır. Bu adam həkim-zad deyil. Qardaşı Mirşahinin adından istifadə eləyib dəllalıqla, onu-bunu aldatmaqla məşğuldur, oğlu Turalı da tutub basıblar dama. Atam-anam, ailəmlə birgə gedib qapısının ağzını kəsdirdik. Həyat yoldaşı ailəmə deyib ki, əri onnan-bunnan borc alıb, verməklə məşğuldur. Mirəddin zənglərimə cavab vermədi. Diş həkimi vasitəsilə danışırdıq. Oktyabrın 30-u dilindən kağız verdi ki, noyabrın 1-i günorta saat 2-də pulu çatdıracaq. Axşam düşdü, gəlib çıxmadı”.

Polisi də aldatdı...

Q.Qəzənfərov Səbayel rayon 8-ci polis şöbəsinə şikayət edib: “Polis kapitanı, tədqiqatçı Mahir müəllim çağırdı, Mirəddin gəldi, təsdiqlədi ki, pulu məndən alıb. Kapitan dedi ki, pulu gətirib verməsən, işini istintaqa verəcəm. O da söz verdi ki, qaytaracaq. Noyabrın 18-dən də telefonlarını bağlayıb. Polis kapitanı da deyir ki, işi istintaq verib”.
Q.Qəzənfərov bizə Mirəddin Ağayevin və diş həkiminin bir neçə nömrəsini təqdim etdi. Həmin telefonlara cavab verən şəxslər cavab verdilər ki, səhv düşmüsüz. Sonra isə bütün nömrələr daxil olan zənglərə cavab vermədi.
Polis tədqiqatçısı Mahir Feyzullayev: “Ya tutulacaq, ya da pulu qaytarılacaq”
Məsələ ilə əlaqədar Səbayel rayon 8-ci polis bölməsinin tədqiqatçısı Mahir Feyzullayevlə əlaqə saxladıq. O, Q.Qəzənfərovun dediklərini təsdiq etdi və bildirdi ki, iş istintaqa verilib.
"Zərərçəkənin pulu qaytarılacaqmı?" polis kapitanı belə cavab verdi: “Ya Mirəddin Ağayev həbs olunacaq, ya da o adamın pulunu qaytaracaq”.
"Həbs olunacağı halda, pul qaytarılmayacaq?" M.Feyzullayev cavab verdi ki, bu haqda heç nə deyə bilməz: “Hazırda iş istintaqdadır. Qaytarılacaq, qaytarılmayacaq, bu məsələnin artıq mənə aidiyyəti yoxdur”.

“Pulumu verin!..”

Q.Qəzənfərov isə pulunun qaytarılmasına daha çox israrlıdı: “Mirəddin qardaşının şöhrətindən istifadə edib mənim kimi nə qədər ailələrə belə zərbə vurub. Əlbəttə həbs olunsa, daha yaxşıdır ki, innən sonra başqalarını da aldatmasın. Amma onu həbs etmək polisin, məhkəmənin işidir. Mən pulumu istəyirəm. Ərizəmdə də yazmışam ki, ailəmin 5 min manat dəyərində olan qızılını 2 min manata satmışam, mənə dəymiş ziyandan 2 min manat qaytarılsın. Bir dələduzun dalınca düşüb, işimi itirmişəm, naəlac qalıb ailəmin yeganə qazanc yeri olan maşınmı satmışam, ac-yalavac qalmışıq. O, məni ailəmin yanında başıaşağı edib. Pulumu qaytarmayınca, mən əl çəkən deyiləm”.

Hüquqşünas rəyi: “Zərərçəkən dələduzun əmlakına həbs qoydura bilər”

Qeyd edək ki, bu cür faktlara tez-tez rast gəlinir. Dələduzluq edən şəxs həbs olunur, zərərçəkənə dəymiş zərər ödənmir. Hüquqşünas İradə Cavadova Hurriyyet.org-a bildirdi ki, bu hal vətəndaşların hüquqi savadsızlığı üzündən baş verir: “Dələduzluq faktı o halda olur ki, insanların etibarından sui-istifadə edilib, aldadılır. Şikayətçiyə dəymiş zərər ödənərsə, şikayət geri götürülər, barşışıq əldə olunar və iş xitama getməz. Amma pul az miqdarda oduqda bu mümkündür. Şəxs cinayət məsuliyyətinə əməlinə görə cəlb olunur. Pulun qaytarılması yüngülləşdirici hal hesab olunur. Pul qaytarılmırsa, şəxs həbs olunubsa, zərərçəkmiş şəxs tanınır və o, mülki iddia ilə müraciət edib, həmin şəxsin əmlakına həbs qoydura bilər.

“Vətəndaş rəsmi olaraq özünü zərərçəkmiş şəxs qismində tanıtmasa...”

İradə Cavadova deyir ki, çox hallarda zərərçəkənlər hüquqlarını bilmirlər, vəkil aramırlar və hüquq-mühafizə orqanları onları aldadır: “Vətəndaş özünü zərərçəkmiş şəxs qismində tanıtmaq üçün ərizə yazmalıdır ki, filan hüquq-mühafizə orqanı məni zərərçəkmiş şəxs qismində tanıdı. Ona dəymiş zərəri məbləğlə rəsmi təsdiqlətməlidir. Bəzi hallarda hüquq-mühafizə orqanları vətəndaşı aldadır, ona ərizə yazdırmırlar. Vətəndaş çox vaxt bu ərizəni yazmadan, mətbuata, radioyaya, televiziyaya şikayət edər, nazirə, prezidentə teleqram vurar, amma vəkilə müraciət etməz ki, ona hüququ anlayış verilsin. İş materiallarında bu hallara bir vəkil olaraq çox rast gəlirəm. Polis orqanları da bundan istifadə edib vəkili aldadırlar. Vətəndaşa təzyiq edirlər ki, bu vəkillə müqavilə bağlama, onunla bağla və sair. “Münasib” vəkil də polisə necə maraqlıdı, onu icra edir. Ona görə də vətəndaşların dəymiş ziyanla bağlı ərizəni təsdiqlətməsi mütləqdir ki, onlar sonrakı prosesdə öz haqlarını tələb edə bilsinlər”.

"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru