İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                 

Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır - Fırıldaq
Tarix: 26-01-2017, 08:29 | Çap et
Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır
Türkiyəli loğman, kimyacı professor İbrahim Adnan Saracoğlu, Türkiyə ictimaiyyətində olduğu kimi, Azərbaycanda da tanınır. Şərq təbabətinə, təbii müalicəyə üstünlük verənlər bu loğmanı sevə-sevə dinləyir və tövsiyələrinə əməl edirlər. Onun Türkiyədən kənar ölkələrdə, o cümlədən də Azərbaycanda rəsmi destribütoru fəaliyyət göstərir.

Alıcıya “gəl-gəl” deyən təqdimat

Heydər Əliyev Sarayının yaxınlığında yerləşən professor Saracoğlunun bitki məhsullarının satış nöqtəsində biz də olduq. Səliqəli dizaynlı satış mərkəzində müalicəvi əhəmiyyətli bitkilərdən hazırlanmış məhsullar xüsusi qablaşdırılıb. Satışda bitki tərkibli şampunlar, gellər, kosmetik vasitələr və digər məhsullar da var. Qurudulmuş bitkilərin xüsusi, gözəgəlimli qablaşdırmada təqdimatı alıcını özünə çəkir. Amma qiymətlər fantastik şəkildə bahadır.

1 manat 30 qəpik hara, 70 manat hara?

Məsələn, Türkiyədə Testere dişli Aslan pəncəsi kimi tanınan (latınca adı Alcemilla vulgaris) bitkisinin xüsusi şəraitdə qurudulmuşunun qiyməti 70 manatdır.
Adətən, müxtəlif qadın xəstəliklərində tövsiyə olunan bu bitkini Türkiyədə ixtisaslaşmış bitki məhsulları dükanından 40 qramını 3 lirəyə (təxminən 1 manat 30 qəpik) əldə etmişdik.
70 manatlıq qutudakı çəkiylə maraqlandıq. Qutunun üzərində məhsulun neçə qram olması haqda məlumat yoxdur. Satıcı qız dedi ki, içərisində 30 ədəd paket var, amma məhsulun çəkisi haqda məlumat verilmir və bəzi qadın xəstəliklərinin müalicəsində geniş istifadə olunan bu məhsuldan çox hallarda 1 qutu deyil, 2 qutu alınması məsləhət bilinir. Ona görə də bir kurs müalicə üçün 2 qutu alınmalıdır, yəni 140 manat xərclənməlidir.

Qiyməti Saracoğlu özü müəyyənləşdirir

Bu qədər baha olmasına səbəb nədir?
Satıcı xanım dedi ki, bu məsələ birbaşa professor Saracoğlunun səlahiyyətindədir və məhsulların başqa ölkədən gətirilməsi, gömrükdən keçirilməsi, vergi xərcləri də qiymətə öz təsirini göstərir: “Aslan pəncəsinin qiyməti əvvəl daha baha idi. Bir qutusu 94 manata. Bu bitkiylə alıcılar çox maraqlanır, əsasən də qadınlar. Amma alıcılıq qabiliyyəti aşağıdır. Ona görə buradan Saracoğlu ilə danışıqlar aparıldı ki, qiymətlərdə endirim etsin. O da dedi ki, yalnız bitki məhsullarının qiymətini endirə bilər. Belə də oldu, yalnız dərman bitkilərinin qiyməti aşağı salındı”.

Dərman bitkilərinin adları belə tərcümə olunmur

Satıcının əczaçı olub-olmaması ilə maraqlandıq, dedi ki, bəli, əczaçıyam. “Aslan pəncəsinin Azərbaycan türkcəsində adı nədir” sualımızın cavabında çiyinlərini çəkib, bilmədiyini söylədi.
Türklərin “Kiraz çöpü” dediyi qara gilasın saplağının son vaxtlar müxtəlif xəstəliklərdə istifadəsi “dəbə düşüb”. Onun qiymətilə maraqlandıq. Qutunun üzərində 34 manat yazılıb. Tez-tez efirlərdən 39,90 qəpiyə reklam olunan, tərkibi əsasən bağayarpağından ibarət olan sinirotu isə 70 manatdır.
Çöllərimizdə, bağ-bağatlarımızda olan bu bitkiləri, meyvələri, yarpaqlarını emal edib, satışını təşkil etmək bu qədərmi çətin prosesdir?

Aslan pəncəsinin Azərbaycan türkcəsində adı Şehdurandır

Məsələ ilə bağlı Mərkəzi Nəbatat bağının baş aqronomu Asif Mehrəliyevlə danışdıq.
Baş aqronom öncə Aslan pəncəsinin Azərbaycan türkcəsində adını tərcümə etdi. Dedi ki, bu bitkinin bizdə adı Şehdurandır və bitki Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında yayılıb: “Daşkəsən rayonu, Gəncəbasar, Quba, Qusar rayonlarının dağətəyi hissələrində yayılıb. Bizim Nəbatat bağında da var. Sarılı, yaşıllı çiçəkləri aprel ayından iyuna qədər açır. Çiçəkləmə zamanı bütün olaraq toplanır, sonra isə yalnız yarpaqları. Əlbəttə, bu bitkini qurudub, tədarük etmək çətin proses deyil. Azərbaycanda bitki emal edən firmalar var və onlar bu işlə məşğul ola bilər”.

300 kilometr radiusa daxil olan bitkilərdən faydalanın!

Mütəxəssis onu da dedi ki, 300 kilometr radiusa daxil olan ərazilərin bitkisindən istifadə daha faydalı sayılır: “Bir halda ki, Şehduran bitkisinin Azərbaycanda geniş arealı var, emal edib, tədarükünü təşkil etmək mümkündür, niyə xaricdən idxal etməliyik? Bunları araşdırmaq üçün Bakıda şəfalı bitkilərin biznesilə məşğul olan loğman müəssisələri var, onlarla əlaqə saxlasanız daha yaxşı olar”.
Azərbaycanda şəfalı bitkilərin satışı ilə məşğul olan bir neçə satış nöqtəsilə əlaqə saxladıq, onlar da bu bitkini xaricdən, əsasən də Türkiyədən idxal etdiklərini dedilər.

Professor Adil Qeybulla: Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır

Professor Adil Qeybula bildirdi ki, Türkiyədə təbabətlə bağlı həm xidmət, həm məhsullar, dərmanlar Azərbaycanla müqayisədə bahadır: “Türkiyədə dərman preparatlarının hazırlanması üzrə ixtisaslaşma bizim ölkədən çox-çox yüksəkdir. Hər halda, dərman bitkisi də birbaşa qurudulub istifadə olunmur, müəyyən qədər sterilzasiya edilir, rafinasiya olunur, xüsusi şəraitdə qurudulur və sair. Çox təəssüf ki, Azərbaycanda dərman maddələrinin hazırlanması üçün xammal bazası olduğu halda xaricdən gətirməli oluruq. Bunlardan ekstraktlar, müxtəlif cövhərlər və sair almaq mümkündür. Bu gün şərq reseptləri ilə hazırlanan Almaniya istehsalı olan xeyli dərmanlar var. Onların qabı üzərinə baxanda görürsən ki, bu dərman bitkilərinin böyük əksəriyyəti Azərbaycanda var. Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır. Şərq təbabətinin sınaqdan çıxmış reseptlərindən istifadə oluna bilər. Əlbəttə, başqa ölkələrdən məhsul gətirən dərman firmaları öz ölkələrinin parametrlərinə uyğun bura qiymətlər qoyurlar. Üstəlik, gömrükdən keçəndə bu məhsullara qoyulan vergilərin baha başa gəlməsi də qiymətlərə təsir göstərir”.
Hurriyyet.org

Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır
Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru