Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                 

16 illik inhisarın ŞOK TƏFƏRRÜATLARI - ARAŞDIRMA
Tarix: 2-02-2017, 09:39 | Çap et
16 illik inhisarın ŞOK TƏFƏRRÜATLARI
Bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırmaqla bağlı qanun layihəsi ilə əlaqadar hazırlanan bir məlumatda parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyevin “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı məqam getdi.

Səhərisi gün xəbəri dərc edən sayt dərhal düzəliş verdi ki, bəs, məlumat yanlışdır – R.Quliyev “EUROPEAN TOBACCO Baku”nun rəhbərliyindən uzaqlaşdırılmayıb, qurumun İdarə Heyətinə sədrliyini davam etdirir. Aydın məsələdir ki, bu düzəlişin getməsi bilavasitə R.Quliyevin təşəbbüsü ilə baş tutub. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi Milli Məclis üzvlərinin bizneslə məşğul olmasını qadağan edir, cənab Quliyev neçə illərdir həm deputat, həm də ölkənin inhisarçı siqaret istehsalçısının ali rəhbəri kreslolarını əlində saxlamağı bacarıb.
Böyük qalmaqallarla Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC Azərbaycanda ən böyük siqaret istehsalçısıdır – R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbəmizin dediyinə görə, bu rəqəm minimum 50 faizin üstündədir: “Xüsusilə son 2 ildə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır. Ümumiyyətlə, yalnız siqaretin deyil, əksər məhsulların real satış həcmi qeydiyyata alınmır”.

Son iki ilin statistikası açıqlanmır

Deputatın rəhbərlik etdiyi şirkətin istehsal göstəricilərinə dair ən son məlumatlar 2 il əvvələ 2014-cü ilə aiddir – ildə 2 milyard ədəd. Hansı ki, R.Quliyev bu həcmin ümumi bazarın 25-27 faizi olduğunu bildirib(Trend). Bu hesabla götürdükdə, Azərbaycanda illik siqaret istehlakının 8 milyard ədədə çatmadığı görünür. Lakin istehlakın hətta 15 milyard ədəd səviyyəsində olduğunu iddia edənlər də var.

Rəsmi rəqəmlərə nəzər yetirdikdə də R.Quliyevin açıqladığı statistikanın reallığı əks etdirmədiyi aydın olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, ondan əlavə isə 11 milyard 522,84 milyon ədəd (?!) siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, həmçinin 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Siqaretdən qat-qat bahalı olan siqarın Azərbaycanda satış həcminin dəfələrlə məhdud olduğunu nəzərə aldıqda, idxalda adı keçən 11,5 milyard ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlərin ən azı 9-10 milyardının siqaret olduğunu söyləmək mümkündür. R.Quliyevin rəhbəri olduğu “Europian Tabacco Baku”nun istehsal etdiyi 2 milyard siqareti də əlavə etsək, 11-12 milyardlıq istehlak həcmi olduğunu görərik.

O boyda şirkətin internet saytı da yoxdur

Öz fəaliyyətinə dair heç bir hesabat açıqlamaması, hətta İnternet saytının belə olmaması rəhbəri deputat olan inhisarçı şirkətin şəffaflıq və açıqlıq prinsiplərindən nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu gizlilik deputata imkan verir ki, siqaretin qiymətini istədiyi kimi artırıb, insanların onsuz da kasıb büdcəsindən maksimum gəlir əldə etsin.

Son 2 ildə R.Quliyevin siqaretin qiymətinin artmasına dair açıqlamaları diqqətçəkicidir. Məsələn, 2014-cü ildə - ölkədə iqtisadi böhran olmadığı dövrdə R.Quliyev dünya bazarında tütünün qiymətinin artmasını əsas gətirməklə Azərbaycanda da siqaretin bahalaşmasını “izah” etməyə çalışırdı. Daha sonra tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı Azərbaycanda bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını qiymətlərin bahalaşmasının qaçılmazlığını sübut edən fakt kimi əlində bayraq etdi. Ötən ildən başlanan artımların isə izahı hazırdır – siqaret istehsalı üçün tütün xammalının az qala hamısı xarici ölkələrdən dollarla alınır.

Yerli xammal istehsalı niyə diqqətdən kənarda qalıb?

Bu halda ortaya sual çıxır: 16 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal istehsalına diqqət yetirməyib? Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa, R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə diqqət ayıra bilməzdimi?
Yalnız ötən il - dövlət başçısı istehsalçılara yerli xammaldan istifadəylə bağlı çağırış edib, tütün istehsalçılarına subsidiya ayırandan sonra R.Quliyev ayılıb və Zaqatalaya gedərək tütün istehsalçıları ilə görüşüb. Halbuki bu işə vaxtında başlansaydı, indi daxili istehsal ölkədə siqaretə olan tələbatı təmin etməyə imkan verərdi. Və nəinki yüz milyonlarla dollar kənara axardı, əksinə, xaricə ixrac nəticəsində ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu valyutanın Azərbaycana axını baş tutardı.

“Təxribatçı” səhmdarlar...

Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan kənara tütün və tütün məmulatlarının ixracı cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb. 2016-cı ildə isə ixrac həcmi 8 milyon dollara düşüb.

2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətləri isə 52.1 faiz bahalaşıb.
Maraqlıdır ki, son 2 ildə qiymətlərin kəskin bahalaşması Azərbaycanda siqaret istehlakını azaltmayıb - Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər. Dünya üzrə orta göstərici isə adambaşına 40 qutudur. Bu qədər böyük bazarın 90 faizindən çoxunun idxal xammalı əsasında təmin edilməsinə görə məsuliyyət daşıyanlardan biri, bəlkə də birincisi R.Quliyevdir. Deputat gəlir azaldıqca işdən çıxardığı səhmdarları “təxribatçı” adlandırır, onların haqlı etirazlarını zor gücünə yatırtmağa çalışır. Halbuki ölkədə dollar qıtlığının yaranmasında özünün “rolu” heç də az deyil.
AFN.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru