İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Xaçmazda problem var... - GİLEY
Tarix: 8-11-2017, 10:33 | Çap et
Xaçmazda problem var...
Hələ Sovetlər Birliyi dövründə Xaçmaz şəhərində Gəncəli kəndindən gələn ana işıq xəttində problemlər olub. Dövr keçib, Azərbaycan müstəqil dövlət də olub, Xaçmaz şəhər sakinlərinin sayı da artıb, küçələri də çoxalıb. Eşitdiyimizə görə hələ, bu ana xəttdən başqa kəndlər də istifadə edir. Problemsə düzəlmir ki, düzəlmir.
Yaxşı yadımızdadır, “Azərişıq” ASC təsis edilməmişdən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində “Azərenerji” rəhbərliyinə ciddi iradlar tutdu. Dövlət başçısı bildirdi ki, bəzi rayonlarda biraz külək əsən kimi işıqlar kəsilir. Vəziyyət həqiqətən də belə idi. Bundan sonra “Azərişıq” ASC yarandı. Hamı ümid edirdi ki, vəziyyət kökündən dəyişəcək. Ədalət naminə deyək ki, Xaçmaz rayonunun və şəhərin müəyyən yerlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri basdırılıb. Bəzi problemlər qismən həll olunub. Amma Xaçmaz şəhərində harada nə dəyişirsə-dəyişsin, Sülh, İsrafil Məmmədov adına, Xudu Məmmədov adına, M. F. Axundzadə adına, Cəfər Əzizov adına və digər küçələrdə heç nə dəyişmir. Yay və yaxud qış olsun, fərqi yoxdur, hər gün işıqlar beş-altı dəfə sönür-yanır. Bu yay dəfələrlə Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişik. Cavab veriblər ki, işıqların sönməsi təmir-bərpa işləri ilə əlaqədardır. Yaxşı, yayı dözdük. İndi qışın astanasındayıq. Yenə də eyni vəziyyətdir. Bəzən bütün gecəni işıq olmur. Adamı təəccüb bürüyür: Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri geclərdəmi təmir-bərpa işləri ilə məşğul olurlar? Jurnalistlər olaraq bir məsələ də bizə maraqlıdır. Bu yenidənqurma işləri nə vaxt başa çatacaq və bunun üçün nə qədər vəsait ayrılıb?
Bu yaxınlarda “Azərişıq” bir açıqlama yaydı. Orada deyilirdi ki, elektrik enerjisi haqqını ödəməyənlərin işıqları dərhal kəsiləcək. Yaxşı, bunu başa düşdük. İşıq yandırmısansa pulunu da ödəməlisən. Bəs “Azərişığ”ın ucbatından xarab olan elektrik cihazlarının haqqını kim ödəyəcək? Külək əsməyəndə də kəsilən işıqlara görə cavabdehlik daşıyan tapılacaqmı? Axı insanların əsəbləri ilə nə qədər oynamaq olar? Bəlkə “Azərişıq” ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsinin rəhbərliyi istəyir ki, insanlar küçələrə çıxsınlar? İşıqlara da prezident cavab verməlidir? Xaçmazda tez-tez dəyişən rəislər söz verirlər ki, problemləri yoluna qoyacaqlar. Bəs nə vaxt? Məgər elektrik şəbəkəsi idarəsinin işi-peşəsi yalnız qapı-qapı gəzib pul yığmaqdan ibarətdir? Və yaxud yetim-yesirin işıqlarını kəsməkdən? Bilmirəm, aldığımız informasiya nə dərəcədə doğrudur, ya deyil, deyilənə görə, Nabrandakı bəzi villaların sahibləri enerji pulunu ödəmirlər. Elə imkanlılar da var ki, pulları olsa da işıq pulunu vermirlər. Belələrinə gözün-üstə qaşın var deyən yoxdur. Amma qeyd etdiyim kimi, enerji pulu kasıb-kusubun boğazından çıxarılır. Vətəndaşları vaxtlı-vaxtında elektrik enerjisi ilə təmin etmək, onların qarşısında bir məsuliyyət hiss etmək heç kəsi düşündürmür.
Xaçmaz rayon elektrik şəbəkəsi ilə bağlı başqa informasiyalarımız da var. Obyektiv səbəblərə görə, hələlik onları dərc etmirik. Bircə onu deyə bilərik ki, adıçəkilən qurumda dövlət vəsaitlərinin xərclənməsi ilə əlaqədar ciddi yoxlama aparılmalıdır.
Yazdıqlarımıza bir aydınlıq gətirmək üçün Xaçmaz rayon elektrik şəbəkəsinin baş mühəndisi Famil Əliyevlə telefon əlaqəsi saxladıq. İdarənin rəsmisi yuxarıda adıçəkilən küçələrdə işıqların tez-tez yanıb-sönməsi ilə əlaqədar dedi: “Bir-iki yerdə iş görülür. Tutaq ki, 9 nömrəli məktəb tərəfdə RİH-in xətti ilə ağaclar kəsiblər. Bir dəfə ona görə söndürüblər. Bizim uşaqlar kabelləşmə işləri görürlər, ona görə yandırıb-söndürürlər. Mən şəbəkənin baş mühəndisiyəm, ən düz sözü də hər halda mən deyərəm. Konkret olaraq təmirlə bağlıdır, qəza ilə yox”(Söhbət işıqların sönməsindən gedir-red). Baş mühəndis Gəncəli xətti ilə bağlı problemə belə aydınlıq gətirdi. “Transformatorlar təzələnir, axıra qədər dəyişməsə qüsurlar və qəzalar hələ də olacaq.Sırağagün yağış yağmışdı, qəza ilə bağlı idi. Dünən, bu gün təmir. Düz deyirsiniz, “Gəncəli xətti” vaxtilə qısa xətt olub. Sonra Niyazabad yolu, Qobuqırağına da birləşib. Əhalinin sayı artdıqca qeyri-standart çəkib aparırlar. Biz də istəyirik ki, normal şəbəkə qurulsun. İnşallah, bu mütləq olacaq”.
Cənab F. Əliyevin dediklərini demək olar ki, olduğu kimi verdik. Baş mühəndis “Gəncəli xətti” ilə bağlı problemlərin mövcudluğunu təsdiqlədi. Lakin yenidən qurma işlərinə və əhalinin narazılığına nə vaxt son qoyulacağından konkret heç nə demədi. Onu da qeyd edək ki, əvvəlki illərdə də bu məsələnin həll ediləcəyinə söz veriblər. Biz cənab Əliyevin səmimiyyətinə inanmaq istərdik. Lakin qış yaxınlaşdıqca sözügedən ərazilərdə problemlər də çoxalır. Xaçmaz rayon elektrik şəbəkəsinin rəisi Ramil Məmmədovsa tələsənə oxşamır. Amma idarə rəhbərləri bilməlidirlər ki, sakinlər vəziyyətin eyni qalacağı təqdirdə bu qışı əvvəlki illərdə olduğu kimi sakit qarşılamayacaqlar. Bizə edilən zənglər buna sübutdur. Onda haqlı kütləvi narazılığın bütün məsuliyyəti Xaçmaz rayon elektrik şəbəkəsi rəhbərliyinin üzərinə düşəcək.
“Şimal xəbərləri”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru