İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar - HARA GEDİRİK?
Tarix: 7-12-2017, 11:32 | Çap et
Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar
Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev Trend-ə bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.

Onun sözlərinə görə, uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər. P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək məbləğdə cərimə edilirlər. Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb: "Bu məsələ ilə bağlı statistikaya baxsaq, görərik ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib".

P.Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan uşaqların çoxu 14-15 yaşlılar olur: "16-18 yaşlı uşaqlar dilənçilikdən daha çox küçədə hansısa əməyə cəlb olunurlar".
P.Əliyev onu da deyib ki, uşaq küçə həyatı keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də effektiv deyil.

Psixoloq Elnur Rüstəmov deyir ki, valideyn məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji narahatçılığa yol açır: "Belə hallarla çox rastlaşırıq. Biz hər zaman qeyd edirik ki, uşağın problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa gətirdiyi zaman məlum olur ki, problem uşaqdan çox valideynin özündədir. Bəzi valideynlərin özləri aqressiv, əsəbi olurlar. Ona görə də bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Düzdür, valideynin özünün də müxtəlif qayğıları var. Amma bu, uşağa münasibətdə özünü göstərməməlidir. Bu gün kifayət qədər problemli ailələr var ki, ailədaxili konfliktlər orada böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. Ailədaxili konflikt, boşanmalar bir çox hallarda uşaqlarda zamanla davranış problemləri yarada bilir. Belə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayır, yaxud evdən qaçırlar. Bu uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün ilk növbədə psixoloji yardım göstərilməlidir. Çünki onun cəmiyyətə adaptasiya olunması çox vacibdir. Bəzən isə təkcə uşağa yox, ümumilikdə ailəyə psixoloq dəstəyi lazım olur. Çünki bu gün həll olunmayan problem sabah daha ciddi bir problemə yol aça bilər”.

Sosioloq Lalə Mehralı bildirir ki, uşağı dünyaya gətirmək asandı, onu təhlükəsiz şəraitdə böyütmək isə çox çətindir: "Valideyn bəzən bilməyərəkdən də uşağına zərər verə bilir, kobud desək, uşağını işə satır. İş, karyera üçün analar övladını ikinci plana ata bilir, daha çox pul qazanmaq üçün atalar uşağı ilə daha az vaxt keçirir. Bunu çox vaxt maddi baxımdan azad olmamaqla əlaqələndirirlər, uşaqların ehtiyacını ödəmək üçün işləməyə, pul qazanmağa məcbur olduqlarını deyirlər. Amma uşağın pul, yemək və geyimdən əvvəl ata-ana sevgisinə, diqqətinə ehtiyacı var. Orqanizmin yeməyə ehtiyacı olduğu kimi, məhəbbətə, diqqətə də ehtiyacı var. Mənim fikirmcə, təkcə cərimə yolu ilə bu iş həll edilməz. Başına bədbəxt hadisə gələn uşaqlar, uşaqları gözləyən təhlükələr barədə sosial çarxlar hazırlamaq da kömək edə bilər. Yaxud digər sosial layihələrlə məsələyə diqqət çəkmək lazımdır. Amma hər şeydən əvvəl gərək valideyndə məsuliyyət və maksimum diqqət olsun”.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri, Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova qeyd etdi ki, bu gün müşahidə olunan bir sıra köklü problemlər - uşaqların təhsildən yayınması, erkən nikahlar, məişət zorakılığı və s. valideyn məsuliyyətsizliyindən irəli gəlir. Bəzi ölkələrdə valideyn övladına qarşı məsuliyyətsizlik etdiyi zaman müxtəlif formada cəzalandırılır. Uşaq nəzarətsiz qaldığı zaman valideyndən alınaraq sosial xidmət müəssisəsinə təhvil verilir. Həmin müəssisə uşağın tərbiyəsi üçün nümayəndə təyin edir. Eyni zamanda, öz məsuliyyətini dərk etməsi üçün uşağın valideyni ilə də psixoloq və digər mütəxəssislər iş aparır. Vəziyyət müsbətə doğru dəyişərsə, uşaq yenidən valideyninə qaytarılır. Azərbaycanda da nəzarətsiz qalan uşaqların valideynlərinin qanunla məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Hətta Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında yeni qanun layihəsi hazırlayıb. Həmin layihədə uşağın sağlamlığı və təhlükəsizliyi də nəzərə alınıb. Valideyn təkcə uşağın tərbiyəsi ilə məşğul olmalı deyil, həm də onun təhlükəsizliyinə ümumi nəzarəti gücləndirməlidir. Bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi ucbatından həyatını itirən uşaqların əksəriyyəti 1-3 yaş aralığındadır. Bu haqda özümüz də tez-tez eşidirik və mətbuatdan oxuyuruq. Təəssüflər olsun ki, çox vaxt hadisə baş verəndən sonra belə məsələlərə diqqət artır. Bu il dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-a kimi «Diqqət, uşaqlar!» adlı təhlükəsizlik ayı keçirildi. Bəzən valideynin nəzarətsizliyi ucbatından uşaqlar yol hərəkəti hadisələrinin qurbanı olur. Bu layihənin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində təhlükəsizlik profilaktik tədbirlərinin görülməsi idi. Qeyd edim ki, cari ilin ilk 7 ayı ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 26 azyaşlı uşaq həlak olub, 122 uşaq isə xəsarət alıb. Düzdür, bütün bunların hamısını valideyn nəzarətsizliyi və məsuliyyətsizliyinin üzərinə ata bilmərik. Burada sürücülərin də günahı var. Amma bütün hallarda hər bir valideyn öz uşağı ilə bağlı məsuliyyətli olmalıdır”.
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru