İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Əfv müəmması - Əfv Komissiyasının üzvlərindən ziddiyyətli açıqlamalar
Tarix: 8-12-2017, 10:33 | Çap et
Əfv müəmması
İlin sonu yaxınlaşdıqca prezidentdən əfv gözləyən dustaq ailələrinin də həyəcanı artır. Adətən ölkə başçısı bayramlar ərəfəsində humanist addım ataraq, əfv sərəncamı imzalayır. Bu sərəncamla onlarla dustaq azadlığa çıxır və ya ömürlük həbs cəzası alanların cəzaları yüngülləşdirilir.

Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.Əfv Komissiyasının üzvləri isə bu ay sərəncamın olacağı ilə bağlı bir-birilərinə zidd fikirlər söyləyirlər.

Belə ki, Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə azvision.az saytına açıqlamasında bildirib ki, ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir: “İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik. Ümid edirəm ki, bu dəfə də cənab prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik”.

Əfv Komissiyasının digər üzvü “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə oxu.az saytına birmənalı şəkildə söyləyib ki, bu ilin sonunadək əfv sərəncamı gözlənilmir: “Güman ki, komissiyanın üzvləri Novruz bayramı ərəfəsində iclasa toplaşacaqlar. Məhz bundan sonra əfv sərəncamı ilə bağlı qanun layihəsi hazırlanacaq”.

Komissiyanın digər üzvü Əliməmməd Nuriyev isə bildirib ki, Əfv Məsələləri Komissiyanın Katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, təhlükəsizlik və müdafiə məsələləri üzrə şöbənin əfv sektoru fasiləsiz fəaliyyət göstərir: “Əfvlə bağlı daxil olan müraciətlər araşdırılır, müraciətlərlə bağlı müvafiq rəylər alınır. Hazırlanmış ümumi rəylər komissiyanın sədrinə təqdim olunur”.

Komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı isə “Yeni Müsavat”a bildirdi ki, Əfv Məsələləri Komissiyası öz işini davam etdirir:"Toplantıların olub-olmamasıilə bağlı suallara isə cavab vermirəm. Bu bizim işimizdir və mətbuata məlumat vermirik. Mən soruşmuram ki, sizdə iclaslar olur, yoxsa olmur. Siz də soruşmayın".

Bəs Əfv Məsələləri Komissiyasının iclasları necə keçirilir?

Komissiyasının iclası üzvlərinin azı on üç nəfəri iştirak etdiyi halda keçirilir. İclasda Ali Məhkəmənin sədri, baş prokuror və dəvət olunan digər şəxslər iştirak edə bilərlər. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı kimi halları nəzərə alır: törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və sairə...

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün prezidentə təqdim olunur. Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Həmçinin ömürlük azadlıqdan məhrum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfv fərmanı müvafiq dövlət orqanları tərəfindən fərmanda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır. Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.

Prezident tərəfindən sonuncu əfv sərəncamı bu ilin mart ayında imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 2 məhkumun ömürlük cəzası müddətli cəza ilə əvəzlənib. Azadlığa çıxanların arasında siyasilər də var idi. Lakin onlardan bir qismi hələ də həbsdədir. Bu xüsusda REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik.Hansı ki, Avropanın insan haqlarının müdafiəsi ilə bağlı qurumları bu şəxslərə, xüsusilə də REAL sədri İlqar Məmmədova görə Azərbaycana qarşı təzyiqlər edirlər.

İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu isə “Yeni Müsavat”a söyləyib ki, dekabr ayı çıxana qədər əfv sərəncamı olacaq:

“Məndə olan məlumata görə, Əfv Komissiyasının üzvləri yığışırlar. Ona görə də deyirəm ki, əfv sərəncamı olacaq. Ancaq bunun nə zaman olacağını və kimlərin buraxılacağını isə bilmirik. Biz işçi qrupu olaraq məhbuslarla bağlı öz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Həmin siyahıda bütün jurnalistlərin, bloggerlərin, sabiq səhiyyə naziri Əli İnsanovun, REAL sədri İlqar Məmmədovun və digərlərinin adı var. Ümumilikdə xeyli sayda məhbusun adını siyahımıza əlavə etmişik. Bildiyim odur ki, Əfv Komissiyasının üzvləri toplanırlar və sərəncam da olacaq. Mən şəxsən dekabr ayında əfv sərəncamının imzalacağını gözləyirəm”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru