İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Sabiq vergilər naziri və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır - İDDİA
Tarix: 5-02-2018, 08:53 | Çap et
Sabiq vergilər naziri və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır
Məmurlar sərhədlərimizdən kənarda sahibkarlıqla məşğul olmaları yeni xəbər deyil. Fazil Məmmədov da belə məmurlar sırasında ilk üçlükdə olub. Vergilər naziri postunda olarkən qohum-qardaşını başına toplayıb və Azərbaycanda sahibkar zümrəsinə qarşı hücuma keçib. Sahibkarlar hər il işlərini böyütmək, yeni iş yerləri açmaq əvəzinə vergilər nazirinin qohum-qardaşının ən müxtəlif adlar altında gəlirlərinin böyük hissəsini verməli olublar.

İllərlə davam edən proses Fazil Məmmədovun və ətrafının mal-mülkünün nağıllardakı kimi inanılmaz dərəcədə artmasına, sahibkarların isə müflisləşməsinə, işlərini böyütmək imkanından məhrum olmalarına gətirib çıxarıb. Sabiq nazirin Azərbaycanda əldə etdiyi böyük pulları ölkədən çıxarıb və dünyanın 4 bir tərəfində biznes şəbəkələri yaradıb və ən başlıcası həmin şəbəkələrdə işə azərbaycanlıları çox nadir hallarda götürüb. Yəni azərbaycanlının cibindən oğurlanan pulla yaradılan iş yerinə belə azərbaycanlını yaxın buraxmayıblar.

Fazil Məmmədovun xaricdəki bizneslərindən biri Ukraynanın kurort şəhəri Turskovetsdə yerləşir. Olduqca lüks oteli “Mir” öz dəbdəbəsi ilə hər kəsi cəlb edir. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.

Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Ümumilikdə 129 standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır. Bir sözlə, sabiq nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Gəl ki, Fazil Məmmədovun otelində 1 nəfər də olsa xidməti personal yoxdur. Başqa millətlərin nümayəndələri işçi götürməklə dolanışıqları təmin olunub. Bundan başqa Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu"11 Mirrors Design Hotel"i, siqaret, təkər zavodu və böyük bazarı var.

Sadalananlar Fazil Məmmədovun böyük biznesinin kiçik bir parçasıdır. Üstəlik Vergilər Nazirliyinə rəhbərliyi dövründə müxtəlif postlara təyin etdiyi özünün qohum-qardaşı da onun yolu ilə gedib. Belə şəxslərdən biri də Fazil Məmmədovun yeznəsi Namiq Quliyevdir. O, Fazil Məmmədovun müşaviri idi.

Bundan başqa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin postunu tuturdu. Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, belə xəbərlər vardı ki, Namiq Quliyev nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin 2 lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində(VCAD). Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Sahibkarlardan xərac pullar əsasən həmin binada yığılırdı. Yeznə də günün bu binadakı kabinetində keçirirmiş. Fazil Məmmədov yeznəsindən nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış. İndi məlum olur ki, Fazil Məmmədov Azərbaycanın pullarını xaricə daşıdığı vaxtlarda yeznə də boş-bekar dayanmayıb, marketlər şəbəkəsi yaradıb. Şəbəkənin dövriyyəsi gizlədilib. Ümumiyyətlə, şəbəkənin varlığı haqda məlumatlar da sosial şəbəkələrdən, internet resurslarından kənar saxlanılıb.

Bu şəbəkəni Namiq Quliyevin tələbə yoldaşı və qudası Əli Ağa oğlu Allahverdizadə idarə edir. Əli Allahverdizadənin Fazil Məmmədovun Türkiyə və Kiprdəki bütün bizneslərinə rəhbərlik etməsi haqda da xəbərlər var. Qeyd edək ki, 2015-ci ilin fevralında Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də vardı. Fazil Məmmədov Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı. Bu haqda ötən saylarımızdan birində geniş yazmışıq.

Təkcə kassa əməliyyatından yeznənin 10-15 milyon manata sahibləndiyi də bildirlirdi. Belə əməliyyatlar Namiq Quliyevin varlanması, general rütbəsinə qədər irəliləməsi, mal-mülkünün sayının durmadan artmasına səbəb olmuşdu. Fazil Məmmədov kimi o da artıq yeni zirvələri fəth etmək eşqinə düşmüşdü. 2015-ci ildə mətbuata Vergilər Nazirliyinin bir qrup işçisinin müraciət etmişdi. Həmin müraciətdən belə aydın olurdu ki, Namiq Quliyev VCAD-ın o dövrdəki rəisi Vidadi Məmmədovu yüksək vəzifəyə təyin etdirəcəklərini açıq deyirmiş. Vidadi Məmmədovun oğlunun qayınatası general Sübahir Qurbanov Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsində rəisi idi və Eldar Mahmudov “vurulan”dan sonra “MTN işi” üzrə həbs edilib. Vidadi Məmmədov iş adamlarının dosyesını general Sübahir Qurbanova verirdi və onların sonradan başlarına gələn hadisələr hamıya məlumdur.

Vidadi Məmmədova Vergilər Nazirliyində işlədiyi dövrdə “krışa”lığı edən isə Fazil Məmmədovun digər yaxın qohumu, vergilər nazirinin müavini olmuş Namiq Əliyev edib. Namiq Əliyev açıq-aşkar Vidadi Məmmədova deyirmiş ki, özü baş prokuror olacaq və Vidadi Məmmədovu Vergiyə Nəzarət İdarəsinə rəisi qoyacaq. Onda hər şey başqa cür olacaq. Bu əlbəttə ki, Eldar Mahmudovun plani idi. Çünki baş prokuror Eldar Mahmudova çox işlərində mane ola bilirdi. Eldar Mahmudov Fazil Məmmədovun yaxın qohumu və müavini Namiq Əliyevlə plan qurmuşdurlar ki, baş prokuror səddini aşa bilsinlər. Eldar Mahmudovun işdən çıxarılması planları pozdu. Hazırda Fazil Məmmədovun və komandasının ölkə xaricindəki böyük biznesləri siyahıya alınır. Yəqin ki, Fazil Məmmədov və komanda üzvlərinin Türkiyə və Kiprdəki mal-mülkləri də siyahılardan kənar qalmayacaq.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru