İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Heydər Əsədovun bayram yarmarkası fiaskosu... - "İmkansızam, necə alım?"
Tarix: 19-03-2018, 10:48 | Çap et
Heydər Əsədovun bayram yarmarkası fiaskosu...
İlaxır çərşənbə ilə Novruz bayramının eyni vaxta təsadüf etməsi, bayram tədarükünü bir az da tezləşdirib. Paytaxt sakinləri alış-veriş üçün ciblərinə uyğun məkanlara üz tutub. Bəs görəsən, qiymətlər necə, cibə uyğundurmu?

Yenicag.az bayramqabağı qiymətlərlə maraqlanmaq üçün paytaxt yarmarkalarına baş çəkib.

Yolumuzu ilk olaraq, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən yarmarkadan saldıq. Müştəri gözləyən satıcılar alıcı quş kimi yanımızı kəsdirib, məhsullarını tərifləməyə başladılar:

“Almanın mövsümü çoxdan gedib, amma biz üç kilosunu 1 manata veririk. Elə bil ağacdan indi dərilib. İçi sapsarı kənd yumurtasıdır, 20 qəpiyə nə verirlər? Qəşəng, yağlı qoz-fındıqdır, alın aparın, paxlavadan-şəkərburadan bişirin, tökün uşaqların qabağına…”.

Öyrəndik ki, məhsulların bir hissəsi Quba, Xaçmaz, Göygöl, İmişli, Beyləqan və digər bölgələrdən gətirilsə də, bir hissəsi Yaşıl bazardan alınıb-satılır.

Keçən il alıcılıq qabiliyyətinin yüksək olduğunu deyən satıcı Əli bu il müştəri baxımından kasaddır:

“Ötən il bayramqabağı əməlli-başlı qazanc götürürdük. İndi bazarda tək-tük adam var. Çoxu da elə qoz-fındıq alıb qayıdır. Novruzda çərəz satanların bazarı xod gedir, meyvə-tərəvəzin üzünə baxan da yoxdur. Bu məhsullar Yeni il ərəfəsində yaxşı satıldı. Belə də ki, Bakıda addım atırsan, marketdir. Marketlər bazarımızı öldürüb”.

Alıcı Təranə Şükürova bahalıqdan gileylənir:

“Uşağın gözünü yığmaq üçün məcburam yarım kilo qoz-fındıq alıb, bayram şirniyyatları bişirim. Neyləyim, çox almağa gücüm çatmır. Keçən il bundan ucuzluq idi. Yarmarkada dana ətinin kilosu 9 manat 50 qəpikdir, imkansızam, necə alım? Məcbur olub 5 manata toyuq aldım”.

Ət dükanında müştəri haraylayan satıcı Xəqani qiymətlərin normal olduğunu deyir:

“Hər qiymətə ət var. İnək ətinin qiyməti 8 manat 50 qəpik, dana əti isə 9 manat 50 qəpiyədir. Vallah, inək əti hamısından dadlıdır, sadəcə, bir az gec bişir. Ucuz da veririk, camaat almır; deyirlər, “bahadır”. Heyvanı İmişlidən, Beyləqandan alıb kəsirik. Bir dananın qiyməti 2 min manatdır, gərək biz də mayamızı çıxaraq. Bu gedişlə mayanı da batırırıq”.

Çərəz satıcısı Ramin alıcılıq qabiliyyətinin aşağı olmasının səbəbini belə izah etdi:

“İndi camaat şəkərbura-paxlavanı pul verib alır. Qadınlar özlərinə əziyyət vermir. Əvvəllər hamı evində bişirirdi, qoz-fındığımız da satılırdı. İndi oturub yol gözləyirik ki, məhsulumuzu kimə sataq? Alırlar e, amma çox az. Yaxşı ki, yarmarkalarda yerhaqqı azdır – 3-5 manatımızı veririk, ürəyimiz rahat olur ki, cibimizə ziyan dəymir”.

Digər yarmarkalara da baş çəkdik. İnşaatçılar metrosu yaxınlığında yerləşən yarmarkada da eyni qiymətlərin şahidi olduq. Amma burda nisbətən alıcı sıxlığı vardı. Satıcılar günün ikinci yarısında alıcıların daha çox olacağını dedilər.

Satıcı Rəhim alıcılıq qabiliyyətindən narazılıq etmədi:

“Gözləyirik, səhər-səhər bazara gələn az olur. Günün ikinci yarısında camaat gələcək. Bizim camaat elədir ki, kasıb da olsa, bayramını ürəyi istəyən kimi qeyd edir. Hansı kasıbın evinə getsən, süfrəsində şəkərburasından tutmuş qoz-fındığına qədər hər şey görərsən. Əziz bayramdır, Azərbaycan ailəsi həmişə qonaqlı-qaralı olur”.

Novruzun atributlarından olan səməninin qiymətləri ilə də maraqlandıq.

Satıcı Fərahim deyir ki, qiymətlər forma və həcminə görə dəyişir:

“Balaca səmənilər 1 manatdır. Kasıblar ucuz, varlılar isə bahalı səməni alırlar. Alanlar çoxdur, min bərəkət, narazılığım yoxdur”.

Bu da yarmarkalardakı bayramqabağı qiymətlər

SİYAHI:

Qoz-13-22 manat (ləpə), 5-7 manat (qabıqlı)
Fındıq- 9-12-22 manat (ləpə) 6 manat (qabıqlı)
Badam – 20-24 manat
Şabalıd – 9 manat
Kişmiş – 7-12 manat
Ərik – 5-11-15 manat
Gavalı qurusu – 7 manat
Quru xurma – 1 manat 50 qəpik
İnnab – 3 manat manat
İydə – 7 manat 50 qəpik

Pomidor – 3 manat 50 qəpik – 4 manat 50 qəpik
Alma – 1 manat -1 manat 60 qəpik (3 kilosi 1 manat)
Narıngi – 3 manat
Portoğal – 2 manat -2 manat 50 qəpik
Armud – 5 manat
Yumurta – 20-25 qəpik

Səməni 1-10 manat (həcm və formasından asılı olaraq)

Dana əti – 9 manat 50 qəpik
İnək əti – 8 manat 50 qəpik
Kənd toyuğu – 5 manat









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru