İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Azərbaycanın Qazaxıstandakı səfiri haqda sensasion iddialar - İTTİHAM
Tarix: 26-06-2018, 09:40 | Çap et
Azərbaycanın Qazaxıstandakı səfiri haqda sensasion iddialar
Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədov, barəsində mediada tənqidi məqalə dərc olunan azsaylı dipolamtlardandır. Lakin Hurriyyet.org-un əldə etdiyi faktlar onun heç də qüsursuz fəaliyyət göstərdiyini deməyə əsas vermir. Sadəcə, uzun illərdir diplomatik fəaliyyətlə məşğul olan R.Məmmədovun öz qanunsuz əməllərini gizləməkdə kifayət qədər peşəkar olduğunu deyə bilərik. Bütün bunlar haqda məlumat verməzdən öncə, səfir R.Məmmədovu oxucularımıza daha yaxından tanıdaq.

1973-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Məmmədovun tərcümeyi-halına diqqət yetirdikdə məlum olur ki, cəmi 17 yaşından – 1990-cı ildən Ədliyyə Nazirliyi Aparatında kargüzar vəzifəsində çalışıb. 1992-94-cü illərdə hərbi xidmətdə olub. 1994-cü ildə Bakı Hərbi Prokurorluğunun mühafizə bölməsində çalışıb...

Maraqlıdır ki, səfirin CV-də 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyi, 2002-2004-ci illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasında magistr dərəcəsi əldə etdiyi, 2006-2007-ci illərdə Avropa Şurasının Bakı siyasi biliklər məktəbində təhsilini davam etdirdiyi qeyd olunur.

Səfirliyə gedən yol...

O ki qaldı əmək fəaliyyətinin davamına, məlumata əsasən, R.Məmmədov 1995-də Hərbi Prokurorluqda müstəntiq, 1996-2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsində çalışıb. 2000-2001-də Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü, daha sonra isə ikinci katib olaraq fəaliyyətini davam etdirib. 2006-2008-də Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində, daha sonra Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda konsul vəzifəsini icra edib. 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub. 2015-ci ildən isə Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Eyni ildə ali təhsil və hərbi xidmət...

Göründüyü kimi, səfirin tərcümeyi-halı ilə tanış olduqda bir sıra təzadlar ortaya çıxır. Birincisi, qeyd etdiyimiz kimi, R.Məmmədov orta məktəbi bitirər-bitirməz – 17 yaşında Ədliyyə Nazirliyi Aparatında necə çalışa bilərdi? Deyək ki, bu, mümkün olub. Bəs, 1990-cı ildə orta məktəbi, 1995-ci ildə isə BDU-nu əyani olaraq bitirdiyi halda, 1992-1994-cü ildə necə hərbi xidmət keçə bilib? Axı, hətta qiyabi təhsil alsa belə, onun təhsil aldığı dövrdə paralel olaraq iki illik hərbi xidməti başa vurması mümkün deyildi. Deməli, səfirin tərcümeyi-halında nələrsə düzgün əks olunmayıb.

İlk baxışdan belə aydın olur ki, R.Məmmədov ya BDU-nun Hüquq fakültəsində oxumayıb, ya da deyildiyi vaxtda hərbi xidmətdə olmayıb. Buradan isə bir sıra suallara meydana gəlir: səfir ali təhsil almayıbsa, yuxarıda sadaladığımız vəzifələrdə necə çalışıb? Yox, həqiqətən də BDU-nun Hüquq fakültəsini bitiribsə, demək, hərbi xidmətdə olmayıb. Bəs bu halda Bakı Hərbi Prokurorluğunda, Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, Azərbaycanın Rusiya Səfirliyində katib, XİN-də Hüquq şöbəsinin müdiri, eləcə də Azərbaycanın Aktaudakı Baş konsulu vəzifələrində necə çalışıb? Əlbəttə, bütün bu suallara səfir R.Məmmədovun özü cavab versə, daha yaxşı olardı. Ona qədər isə, Rəşad Məmmədovun diplomatik fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan bir sıra informasiyalarla oxucularımızı tanış edək.

Azərbaycanın Qazaxıstandakı səfiri haqda sensasion iddialar

Səfirdən daha çox iş adamı...

Artıq dəyərli oxucularımıza da bəlli olduğu kimi, cənab Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü və ikinci katib vəzifələrində çalışıb. Mənbə bildirir ki, hələ Rusiyada magistr təhsili aldığı illərdən bu ölkənin müəyyən dairələri ilə işbirliyinə cəlb olunan R.Məmmədov, diplomatik fəaliyyətə başladıqdan sonra bu əməkdaşlıq daha da inkişaf etdirilib. Nəticədə onun önündə bir çox bağlı qapılar taybatay açılıb. Məsələn, 2006-2008-ci illərdə XİN-də önəmli fiqura çevrilməsi, 2008-2010-da Aktauda Baş konsulun səlahiyyətlərini icra etməsi, 2010-da Baş konsul vəzifəsinə təyin olunması heç də Məmmədovun öz gücünə baş verməyib. O cümlədən Baş konsul təyin olunduqdan sonra Aktauda böyük biznes şəbəkəsi qurmasında da bu əlaqələrin ciddi rol oyandığı bildirilir. Yeri gəlmişkən, hazırda da istər Aktauda, istər də Qazaxıstanın digər iri şəhərlərində, məsələn Astana və Almatıda biznes şəbəkəsini günbəgün genişləndirən səfiri bəzi dairələrdə daha çox iş adamı kimi tanıyırlar.

Baş konsul vəzifəsindən geri çağrılma səbəbi...

Mənbə deyir ki, Rəşad Əliyevin 2015-ci ildə Baş konsul vəzifəsindən geri çağrılması heç də səbəbsiz olmayıb. Belə ki, burada onun səlahiyyətlərindən kənar fəaliyyəti və öz vəzifəsini lazımı şəkildə icra edə bilməməsi əsas rol oynasa da, sonradan yenə də Rusiyadakı “gizli əl”in müdaxiləsi, o cümlədən də ruspərəst məmurların ölkə başçısına yanlış məlumatlar verməsi nəticəsində daha yüksək vəzifəyə - səfir postuna təyin olunduğu bildirilir.

Yeri gəlmişkən, mənbə onu da deyir ki, səfir Rəşad Məmmədovun gözlə görünən fəaliyyətini ümumilikdə müsbət qiymətləndirmək olar: “Məsələn, o, hər il ümumilli lider Heydər Əliyevin anım və doğum günlərini, Xocalı soyqırımını, Azərbaycanın müstəqillik gününü və s. əlamətdar günləri qeyd edər. Çalışar ki, bu tədbirlər haqda mediada çoxsaylı məlumatlar getsin, hətta bunun üçün külli miqdarda vəsait də xərcləyər. Ona görə ki, Rəşad Məmmədovun səfir kimi varlığını yalnız bu tədbirlər, bir də ara-sıra keçirdiyi bəzi rəsmi görüşlər təsdiq edir. Hansı ki, bu görüşlərin də əksəriyyətində o, Qazaxıstan rəsmilərindən bu və ya digər şəxsi ricalarda bulunar”.

Mənbə vurğulayır ki, səfir əksər çıxışlarında Qazaxıstanda 300 minə yaxın soydaşımızın yaşadığını və Azərbaycanın 800-dən artıq şirkətinin fəaliyyət göstərdiyini deyir. “Lakin ona sual verən yoxdur ki, indiyə kimi təmənnasız olaraq bircə soydaşımıza dəstək göstərmisən, yaxud həmin 800 şirkətdən neçəsi sənin və yaxınlarınındır, eləcə də neçə şirkətə və nəyin müqabilində “krışalıq” edirsən” – deyə mənbə bildirir.

Səfirin 50 milyonluq yatırımı...

Məlumata əsasən, səfirin iri biznes layihələrindən biri də 2018-də açılması nəzərdə tutulan böyük transformator zavodudur. Minlərlə işçinin fəaliyyət göstərəcəyi bu zavoda təxmin 50 milyon dollar yatırım qoyulduğu bildirilir. Məlumat görə, Rəşad Məmmədov zavodun qeyri-rəsmi şəriklərindən biridir və burada əsas payçı səfirin yaxın adamıdır.

Və Avropa Şurasının Siyasi Biliklər Məktəbi

Sonda mənbə onud da dedi ki, səfir Rəşad Məmmədov əksər tədbirlərdə Avropa təhsilli olmasından ağız dolusu danışır. Halbuki onun tərcümeyi-halında əks olunan və 2006-2007-ci illərdə təhsil aldığı Avropa Şurasının Siyasi Biliklər Məktəbində cəmi 3 səyyar seminarda iştirak etdiyi və Strasburqda bir həftəlik Yay Universitetində kurs keçdiyi bildirilir. Bu isə səfirin nə dərəcədə Avropa təhsilli olduğunun bariz nümunəsidir...

Azərbaycanın Qazaxıstandakı səfiri haqda sensasion iddialar

Hurriyyet.org

Redaksiyadan: Yazıda qeyd olunanlarla bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyinin və şəxsən səfir Rəşad Məmmədovun mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru