Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                 

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı: - Bank sektorunun dirçəlməməsinin səbəbləri...
Tarix: 6-05-2019, 08:54 | Çap et
Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı:
Son günlər, “Bankstandart” QSC-də əmanətləri ala bilməyən vətəndaşların kütləvi narazılıqları eşidilməkdədir və mütəmadi olaraq həmin vətəndaşlar yerli icra hakiniyyəti orqanlarının və ya prezident administrasiyasının qarşısına gələrək şikayətlətini bildirirlər. “Bankstandart”a bütün dövrlər üzrə rəhbərlik etmiş şəxslər tərfindən onların korrupsiya mexanizmi ilə mənimsənilmiş əmanətləri, bankın bağlanılmasından 2 il yarım müddət keçməsinə baxmayaraq bu günə qədər ödənilməmişdir. Bank bağlanıldıqdan sonra onun aktivlərinin satışından və kredit borclarının geri ödənişlərindən belə həmin vətəndaşlara heç bir məbləğ ödənilməmiş və nəticədə vətəndaşların haqlı narazılıqlarının yaranmasına səbəb olmuşdur. Ümumiyyətlə bağlanılmış bankların aktivlərini idarə edən Əmanətlərin Sığortalanması Fondu bu günə qədər həmin bankların aktivlərinin satışı və krdit ödəmələri haqqında ətraflı məlumat verməmiş, təfsilatlı hesabatlar ictimaiyətə təqdim etməmişdir. Bu bankların özlərinin kifayət qədər aktivlərini daşınmaz əmlakları, şəhərin müxtəlif yerlərində inzibati binaları, girov götürülmüş daşınar və daşınmaz əmlakları mövcud idi. Doğrudanmı bu qədər daşınar əmlakların satılaraq əmanətlərini ala bilməyən vətəndaşlara ödənişlərin edilməsi belə çətin bir prosesdir, bu əmlaklar hələ satılmayıb, ötən dövrlərdə ödənilmiş kredit borcları Fondun digər səbəbi məlum olmayan xərclərinin ödənilməsinə yönəldilmişdir. Fondun əvvəlki rəhbəri Azad Cavdovla və Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı cütlüyünün burada həyata keçirdiyi korrupsiya əməllərinə görə hər ikisi vəzifəsini itirdi. Fondun indiki rəhbərliyi də, bu günə qədər bu problemlərin həll edilməsi üçün mümkün tədbirlər görməmişdir ki, haqlı vətəndaş narazılığının yaranmasına rəvac verilmişdir.

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı:

Cənab Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatları, opertiv qaydada hər bir məsələinin həlli üçün verilən sərəncam və fərmanları, ən son 28 fevral 2019-cu il tarixli bank-maliyyə sisteminin sağlamlaşdırılması məqsədilə verilmiş fərmanı ilə ayaqlaşa bilməyən məmurlar niyə bu islahatlara kölgə salmaq istəyirlər? Fond tərəfindən bu günə qədər satılmış əmlaklar və kredit ödənişləri üzrə toplanmış vəsaitlər vətəndaşların əmanətlərinin qaytarılmasına yönəldilmir.
Fond tərəfindən onların sərəncamında olan bağlanılmış banklara məxsus əmlaklar rəsmi sənədlərdə dəyərindən bir neçə dəfə aşağı qiymətə, reallıqda isə bazar dəyərindən bir qədər ucuz satılmaqla, rəsmi qiymətlərdə olan məbləğlər alıcılar tərəfindən Fondun hesabına köçürülür, bazar dəyəri ilə formalaşan qiyməti arasında yaranmış fərq məbləği isə nağd qaydada Fonda ödənilir. Hal-hazırda belə əməlyyatların həcmi hər gün getdikcə artmaqdadır.

2018-ci ilin sonunda Vergilər Nazirliyində uzun müddət məsul vəzifələrdə işləmiş, bir vaxtlar Nazirlikdə qurulmuş korrupsiya sxeminə rəhbərlik edən Habil Məmmədov, Fondun icraçı direktorunun müşaviri təyin olunduqdan sonra, burada bütün alqı-satqı işləri bilavasitə onun nəzarəti altında həyata keçirilir. Proselərdə H. Məmmədov Fazil Məmmədov dönəmində Vergilər Nazirliyində qazandığı korrupsiya “təcrübəsindən” gen bol istifadə edir, həyata keçirdiyi əməliyyatlar zamanı öz şəxsi maraqlarını Fondun mənafeindən üstün tutur, bu əməlləri ilə maksimum gəlir əldə etməyə çalışır.

H. Məmmədovun müşavir olmasına baxmayaraq, ona nəinki ayrıca otaq, ayrıca bina müəyyən ediblər. Əslində müşavir vəzifəsi status baxımından elə də səlahiyyətli bir vəzifə deyil, amma hal-hazırda idaretmə prinsiplərinə zidd olaraq H.Məmmədova nəinki Fondun digər vəzifəli şəxslərindən, faktiki icraçı direktordan da artıq səlahiyyətlər verilmiş, özü isə Fondan kənarda bağlanılmış “Kredo Bank”ın İnzibati binasında məskunlaşmışdır. Hal-hazırda bağlanılmış bankların aktivlərində olan və girov götürülmüş daşınmaz əmlakların satışı ilə məşğuldur, Fondun idarəetməsində olan daşınar və daşınmaz əmlakları öznun yaratdığı və nəzarəti altında olan proseslər üzrə alqı satqısını həyata keçirir. Şəhərin mərkəz yerlərində olan daşınmaz əmlakları öz maraqları təmin olunmaq şərtilə rəsmi sənədlərdə çox ucuz qiymətə yaxın ətrafına, tanışlarına, dostlarına satır. Satışlardan əldə olunan kifayət qədər iri vəsaitlər təşkil edən fərq məbləğləri isə bir qayda olaraq məhz onunla razılaşdırılır. Bu əmlakların satışı haqqında ictimaiyyətə məlimat verilmir və satışlardan əldə olunan gəlirlərin də, vətəndaşların əmanətlərinin ödənilməsinə yönəldilmməməsi, bu narazılıqların artamsının ən başlıca səbəblərindəndir.

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı:

“Bankstandart”dan böyük məbləğdə kredit götürən kreditolar arasında iş adamı Şahin Mövsümov da mövcuddur, qardaşı Şahmar Mövsümov Dövlət Neft Fondunun sədridir. İş adamı ötən illər ərzində götürdüyü kreditlər üzrə ödənişlər aparıbmı və ya aparmırsa Əmanətlərin Sığortalanması Fondu aidiyyatı qurumlarla birgə hansı hüquqi tədbiləri həyata keçirib? Axı söhbət bir neçə yüz milyon manat vəsaitdən gedir. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortlanamsı Fondunun rəhbərlikləri onun qardaşından çəkinirlər, qorxurlar ki, hansısa hüquqi tədbirlər görsələr Şamar Mövsümov öz əlaqələrindən istifadə edərək onlar işlərindən problemlər yaradar, ona görə uzun müddətdir ödənilməyən bir neçə yüz milyon manat kreditin geri ödənilərək, narazı vətəndaşların əmanətlərinin qaytarılması üçün hüquqi tədbirlər həyata keçirmirlər?

Ölkə Prezidenti dəfələrə öz çıxışlarında vurğulayb ki, dövlət məmurları vətəndaşlarla münasibətdə bürokratik əngəlləri aradan qaldırmalıdırlar, onları incitməməlidir, vətəndaşlara xidmət göstərməlidir və özüdə mütəmadi olaraqda xalqın arasındadır, vətəndaşları dinəyir, onların dərdlərinə biganə qalmır, şikayətlərinə dərhal reaksiya verir. Məmurlar və oliqarxlar Cənab Prezidentdən nümunə götürməlidirlər, vətəndaşları qəbul edib onları dinləməli və problemlərinin həll olunmasında yardımçı olmalıdırlar. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortlanamsı Fondunun rəhbərlikləri bu narazı əmanətçilərlə görüşdən qaçmaları, onları qəbul etməmələri, dinləməmələri, həmin vətəndaşlara doğru düzgün - məlumat verməmələri səbəbindən bu gün həmin vətəndaşlar yalnız Cənab prezidentdən mədət umurlar, köməklik gözləyirlər. Və əmindirlər ki, Cənab prezident hər bir ölkə vətəndaşının qeydinə qalır, problemlərinə biganə yanaşmır və çətinliklərini həll olunması müvafiq göstərişlər verir.

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı:

Palata yeni İdarə Heyətinin formalaşmasını gözləyir, 04 oktyabr 2018-ci il tarixdə Cənab Prezidentin 288 saylı Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsində dəyişikliklər edildi və bu dəyişikliklərin Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıq verildi. Nizamnamədə edilən dəyişikliklərdən sonra Palataının direktorlar şurasının Sədri R.Aslanlı öz vəzifəsini itirdi. R.Aslanlı haqqında mətubatda kifayət qədər məlumatlar yayıldı, əsas məlumatlardan onun öz-özünə 65 min əmək haqqı yazması, öz başına Palatanın nəzarət etdiyi subyektlərə illik xidmət haqqı tətbiq etməsi, ağılasığımaz zadəgan həyatı yaşaması, Fransada şərab istehsal etməsi və.s.

Palatanını 04 oktyabr 2018-ci il tarixdə təsdiq olunmuş yeni Nizamnaməsində isə artıq bu kimi hallar aradan qaldırıldı, idarəetmə orqanı İdarə Heyəti müəyyənləşdirildi, Palatanın illk büdcəsinin, ştat cədvəlinin, Bank lisenziyalarının verilməsi və ləğv olunması, kənar auditorun təyin olunması, nəzarət etdiyi subyektlərdən alınan illik xidmət haqqlarının və s. vacib məsələlərinin ölkə Prezidenti ilə razılaşdırmalı olduğu göstərildi. Həmçinin yeni İdarə Heyətinin formalaşdırılmasına qədər rəhbərlik köhnə İdarə Heyyətinə havələ edildi.

Fərmanının verildiyi tarixdən artıq altı ay keçib və fərmanının icrasından irəli gələn tapşırıqların yerinə etirlməsi məqsədilə Palata tərəfindən hansı tədbirləri görülmüşdür? Yoxsa Palatanın hazırkı rəhbəri, İbrahim Alışov yeni formalaşcaq İdarə Heyətində özünü görmür. Ona görə fərmandan irəli gələn məslələrin həlli üçün müvafiq tədbirlər həyata keçirməmiş, köhnə üsulla xələfi R.Aslanlıdan qalan qaydalarla Palatanı idarə idarə edir. Zaman-zaman Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmiş tapşırıq və göstərişlər tam icra olunmamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinin icrası, yəni ölkədə valyuta mübadilə məntəqələrinin açılması haqqında tapşırığı niyə bu günə qədər öz həllini tapmamışdır? Son illər Bakıya xarici ölkələdən gələn turist axını dayanmadan artmaqdadır, ölkəmizin dünyada artan nüfuzu mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaradır və bu tədbirlər zamanı turist axını ən yüksək həddə olur. Belə bir vaxtda ölkəmizdə, xüsusəndə Bakı şəhərində valyuta mübadilə məntəqələri fəaliyyət göstərməməsi xarici turistlərin haqlı narazılıqlarının yaranmasına səbəb olsur. Bu məsələ ilə bağlı dəfələrlər Mlli Məclisin deputatları tərəfindən etirazlar səsləndirilmişdir. Amma reaksiya verən yoxdur. Sadəcə olaraq 29 dekabr 2017- ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” hazırlandı və bütün işlər sonradan dayandırıldı. Yeni Nizamnamədə göstərilən məsələlərin həlli üçün verilmiş 3ay müddətinə Palatanın rəhbərliyi onun büdcəsinin təsdiq olunması, nəzarət etdiyi struktur bölmələrdən yığılan xidmət haqqları yenidən təsdiqlənməsi, kənar auditor təyin olunması haqqında təkliflər paketi ilə çıxış edərək, qeyd olunan məcələləri Ölkə prezidentilə razılaşdırdımı, bu barədə Palatanın rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir. Ən son 2016-cı ilin maliyyə hesabatıdır və burada göstrəilən rəqəmlər Palata yaradılnda nizamnamə kapitalı üçün ayrılmış 5 milyon manata qədər olan rəqəmlərdir. Palatanın nəzarət etdiyi subyektlərindən isə ödənilən haqqlar, R.Aslanlı tərəfindən özbaşına təsdiqlənmiş 05 aprel 2017-ci il tarixli “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na uyğun tələb edilir. Palata həm də, dövlət büdcəsindən maliyyələşir. Onda hər zaman banklardan öz maliyyə hesabatlarını rəsmi internet səhifəsində yerləşdirməyi tələb edən palata, görəsən öz maliyyə hesabatlarını ictimaiyətdən gizlətməkdə məqəsdi nədir, yəqin ki, özünün səffaflığına arxayın deyil və ona görə də 2017-2018-ci ilin illik,2019-cu ilin isə I rübü üzrə maliyyə hesabtlarını açıqlamağa ehtiyyat edir. Təkcə 1 il ərzində Palatanın nəzarət etdiyi subyektlərdən topladığı haqqlar təxmini hesablamalara görə 18-20 milyon manat arası dəyişir. Palata bu qədər vəsaiti hara xərcləmişdir? Yoxsa R.Aslanlıdan sonra Palatanın hazırki rəhbərliyidə, özlərinə 65000 manat əmək haqqı yazmaq istəyirlər və ya yazıblar, ona görə maliyyə hesabatlarını ictimaiyətə açıqlamırlar. Olmaya İ.Alışov da R.Aslanlı kimi zadəgən həyatı yaşamaq eşqinə düşüb? Palatanın indiki rəhbərliyinin maliyyə hesabatlarını açıqlamamasına, fərman və sərəncamların vaxtında icra olunmamsına, bank sektorunun inkişafı üçün tədbirlər görülməməsinə başqa nə ad vermək olar? Belə söhbətlər də gəzir ki, ola bilsin palatana ümumiyyətlə ləğv edib səlahiyyətlərini digət dövlət orqanlarından birinə verilsin. Bəlkə İ.Alışovda bu söhbətləri eşidib işləmək həvəsindən düşüb, ona görə Palatanı ictimaiytə bu qədər qapadıb. Onsuz da maliyyə sektorunda İ.Alışov elə də, savadlı kadr kimi tanınmır və özü də bunu yaxşı bildiyinə görə Palata ləğv edilməyərək yeni İdarə Heyəti formalaşan zaman orada təmsil olunmayacağına əmindi ki, bütün bu sadalanan tədbiləri, tapşırıqları yerinə yetirməmişdir.

Mövzunu nəzarətdə saxlayacağıq və çalışacağıq ki, daha ətraflı məlumatlar verək.
\\moderator.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru