Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                 

Ziya Məmmədovla Abbas Abbasovun fərqi – ilginc gəlişmə
Tarix: 3-06-2019, 09:00 | Çap et
Ziya Məmmədovla Abbas Abbasovun fərqi
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin keçmiş müavini Abbas Abbasovun dostluq, biznes münasibətləri haqda mətbuatda çox yazılıb. Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqları olub.

Abbasovla Məmmədov vəzifədə olarkən müxtəlif korrupsiya kombinasiyalarında, müştərək maraqlarına cavab verən məsələlərdə eyni mövqedən çıxış edirdilər. Ən müxtəlif tədbirlərdən birgə fotoları yayılırdı. Bu da təsadüfi deyildi. Abbasovla Məmmədov eyni “səngəri” bölüşürdülər. 2013-cü ildə Abbas Abbasovun başının üstünü “qara buludlar” alanda bu posta Ziya Məmmədovu təqdim etmək cəhdləri də bəlli idi. Lakin Abbas Abbasov “vurulandan” sonra Məmmədova baş nazirin müavini postu verilmədi. Abbas Abbasov vəzifəsindən çıxarılandan sonra ölkədən getdi. Həmin dönəmdə onun oğlu Aydın Abbasov Azərbaycanda deputat mandatı daşıyırdı. Abbas Abbasov 2013-cü ildə hakimiyyətə qarşı planda yer alandan sonra onun deputat oğlunun vəziyyəti xeyli qəlizləşmişdi. Deputatı olduğu Gəncədə istifadəsində olan xidməti maşın saxlanılmış, Aydın Abbasov maşından düşürülmüş və nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdı. Bir sıra mülkləri sökülmüş, bəziləri əlindən alınmışdı.

O dövrdə Ziya Məmmədov dostunun oğluna kömək etmək iqtidarında deyildi. Çünki özünün də durumu ürəkaçan deyildi, mətbuatda tez-tez “Ziya Məmmədov yola salınır” başlığı diqqət çəkirdi. Bununla belə, Abbasovla Məmmədovun arasında əlaqə qalırdı. Ziya Məmmədovun “vurulması”nın əsas səbəbi kimi də məhz Abbas Abbasov faktorunun rol oynadığı bəlli olmuşdu. Dəqiqləşmişdi ki, Abbas Abbasov iqtidara qarşı müxtəlif oyunlarda yer alandan sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bilinməsə də, aydın idi ki, bu cür hərəkətlilik hakimiyyətə xoş olmayıb. Belə iddialar da vardı ki, Ziya Məmmədov vəzifəsindən çıxarılmazdan əvvəl sorğu-sual olunarkən Abbas Abbasovla əlaqəsini etiraf edib, deyib ki, bu münasibət hakimiyyətə qarşı yönəlməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa, o, bu barədə əvvəldən “yuxarıları” məlumatlandırmalı idi. Bütün bunlardan sonra Ziya Məmmədovun “qələmi qırılsa” da, onu vəzifədən aldıqdan sonra həbsə göndərilmədi.

Abbas Abbasova, onun oğluna qarşı sərgilənən münasibət Ziya Məmmədova yönəlik baş tutmadı. Abbas Abbasovun Rusiyada hakimiyyətə qarşı fəaliyyəti onun oğlunun xaricə qaçmasına, daha sonra ölkəyə dönərkən aeroportda saxlanılmasına qədər dərinləşmişdi. 2018-ci ilin oktyabrında yayılan xəbərlərdə deyilirdi ki, Abbas Abbasovun oğlu Aydın Abbasov Bakıya gələrkən hava limanında saxlanıb. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi. Bu xəbərlərdən sonra hələ Gəncənin deputatı olduğu vaxtlardan sosial şəbəkələrdə aktiv olan, ölkədə baş verən hadisələrə münasibət bildirən Aydın Abbasov müəmmalı şəkildə “yoxa çıxdı”. Yada salaq ki, A.Abbasovun məhz sosial şəbəkədə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra yazdığı status geniş rezonans doğurmuşdu. 2 aylıq sükutdan sonra yenidən sosial şəbəkəyə qayıdan A.Abbasov oktyabrın 23-də Bakıda çəkdirdiyi şəkli özünün facebook səhifəsindən paylaşmışdı. Foto “Hilton Baku Hotel”in fonunda çəkilmişdi, Abbasovların evi o həndəvərdədir.

A.Abbasovun oğlunun Rusiya prezidenti Vladimir Putinin Bakıya reallaşan səfərindən sonra üzə çıxması da diqqətdən kənarda qalmamışdı. Rusiya prezidentinin bu cür xırda məsələyə diqqət ayıracağı real olmasa da, Ramazan Abdulatipovun rəsmi Bakıdan belə bir xahişdə buluna biləcəyi ehtimalı səsləndirilirdi. Yada salaq ki, Beynəlxalq Bank işində həbs edilənlərdən biri də Aydın Abbasovun əmisi Nadir Abbasov idi. Nadir Abbasov 2016-cı ilin iyununda Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı saxlanılmışdı. Həmin vaxt Naftalana müalicəyə gələn Dağıstan rəhbərinin Bakıdan N.Abbasov üçün xahiş etdiyi iddiası da vardı. Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Nadir Abbasov azadlığa buraxılmışdı.

Abbasovlara qarşı sərt reaksiyalar fonunda Məmmədovların ölkədə qalıb, sərbəst dolaşmaları diqqət çəkir. Düzdür, Ziya Məmədovun oğlu Anar Məmmədov hələ atası vəzifədə olarkən Azərbaycandan getmişdi. Abbas Abbasovdan fərqli olaraq Ziya Məmmədova görə qardaşları da həbsə alınmamışdı. Vəzifələrini, mövqelərini, bizneslərinin bir hissəsini itirsələr də, Məmmədovlar ölkədə qala bildilər. Hazırda isə Abbas Abbasovun dostunun yenidən dirçəlməsi prosesi gedir. Ziya Məmmədov özü vəzifəyə təyinat almasa da, qardaşı Elton Məmmədov 20 gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi, ona bu imkanı tanımamışdılar...

Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmisinin vəzifəyə təyinat almasından sonra Bakıya qayıtmasını da diqqətli izləyicilər Məmmədovlara qarşı loyallaşmanın nümunəsi kimi qəbul edirlər. Qeyd edək ki, Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Onun vəkili Nihat Axundov “Yeni Müsavat”a təsdiqləyib ki, Anar Məmmədov Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət Abbasovlardan fərqli olaraq pisləşməyib, əksinə, yaxşılaşıb.

Bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədov ölkəyə sərbəst gəlir, qardaşı Elton Məmmədovu isə vəzifəyə təyin edirlər.

Eyni sözləri Ziya Məmmədovun dostu, biznes ortağı Abbas Abbasov haqda söyləmək çətindir. Baş nazirin sabiq müavini ölkəyə qayıda bilmir, oğlu Aydın Abbasov ölkəyə gələndə onu hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayırlar, qardaşı Nadir Abbasov isə kredit borcuna görə həbsdə saxlanılır. Məmmədovlarla Abbasovların fərqi maraq doğurur - biriləri həbsə, digərləri dirçəlişə doğru addımlayırlar.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru