Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                     “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” .....                     Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                 

Rövşən Rzayevin şəriki var imiş... - İDDİA
Tarix: 19-11-2020, 10:11 | Çap et
Rövşən Rzayevin şəriki var imiş...
Rövşən Rzayev ''Qaçqınkom''a sədr təyin olunandan sonra Əli Həsənovun atasına rəhmət oxutdurdu.Bu adam harda pul qazanmaq üçün isıq yolu varsa oranı sözün əsl mənasında süng elədi. Qaçqınların erməni işğalından sonra yaşadıqları ən çətin,keçməkeçli dövr elə Rövşən Rzayevin dövrünə təsadüf edir.
Görəsən Rövşən Rzayev öz vicdanıyla tək qalanda heç özünə sual verirmi ki,niyə bu qaçqınlara zülm edirəm?
Görəsən qaçqınlara qarşı belə amansız olan Rövşən Rzayevi buna təhrik edən nədir? Bəlkə heç kimin bilmədiyi müəmmalı bir məqam,sirr var? Hər nəysə bu indiki yazımızın mövzusu deyil və inanırıq ki, müharibə bitdikdən sonra güc strukturlarının bunları araşdırmağa bizdən də geniş imkanları olacaqdır.
Son günlər mətbuatda deputat və QAÇQINKOM Rövşən Rzayevin şəriki,biznes ortağı Mahir Abbaszadənin ölkəmizin bu çətin dönəmində,müharibə şəraitinin olduğu bir dövrdə,Şəhidlərimizin vətən uğrunda canından keçdiyi bir dövrdə özünə təmtəraqlı şəkildə ad günü keçirməsi ilə bağlı yazılar dərc olunmuşdur.Cənab Prezidentimiz İlham Əliyevin xalqımız,vətənimiz üçün yatmadan,dincəlmədən fasiləsiz işlədiyi bir dövrdə bunlar məclislər təşkil edib əylənirlər.
Görəsən niyə QAÇQINKOM sədri Rövşən Rzayev adı hər zaman qaranlıq tenderlərdə adı çəkilən bir deputatı özünə köməkçi seçib?
Rövşən Rzayev və onun ’’iş’’-’’baz’’ı Mahir Abbaszadənin qaranlıq işləri,müəmmalı tenderləri ilə bağlı mətbuatda geniş araşdırma yazıları dərc olunmuşdu həmin yazını sizlərə təqdim edirəm
"Qaçqınkom"da müdhiş tender əməliyyat: Deputat Mahir Abbaszadə 15 milyonluq sifarişi öz şirkətinə verib - ŞOK SƏNƏDLƏR
26 iyul, 2020 18:30

Jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Rövşən Rzayevin sədri olduğu Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində və deputat Mahir Abbaszadənin sədri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundakı korrupsiya halları ilə bağlı şok sənədlər yayıb.

C.Həsənli yazır: "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib. Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.
Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır".

Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.

“AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir. Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.

“AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.

İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!

Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edilib.

Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.

Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.

Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub.
Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik?fbclid=IwAR1VlpDiL6Zw2fNCXcLQri-ugNLLYxf2lIfFHtA1hM2iW1H-p9njTOAhiRw) qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.

Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!

Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu.
Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.

Daha sonra mətbuatda Mahir Abbaszadə və qardaşı Zahir Abbasın özlərini kriminal aləmin üzvləri kimi aparması,jurnalistləri ölümlə hədələməsi ilə bağlı məlumatlar gündəmi zəbt etmişdir. Görəsən bu milyonçu qardaşlar kimə arxayındır? Dövlətdən xımır-xımır yediyi pullaramı arxayındılar? Məmurların etdikləri əməllərə görə əllərinin qandallanması bunlara dərs olmadımı?

P.S. Görəsən Mahir Abbaszadə gecə yatanda yuxularında qara maskalı cəngavərləri görürmü?

Növbəti yazımızda Laçınlıların üzünü görmədiyi Mahir Abbaszadənin dövlətdən mənimsədiyi milyonlar və onun müəmmalı həyat tərzi araşdırma mövzumuz olacaqdır
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(gundelik-baku.com)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru