Xəbər verdiyimiz kimi, "Sabunçu keçidi"nə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Elnurun ailəsi ajans.az-a müsahibə verib. Mərhumun xanımı, qaynatası və bacısı hadisə ilə bağlı öz şikayətlərini dilə gətirib. Elnur Şirinovun ailəsi bildirib ki, onlar ədalət tələb edir və günahkarların məsuliyyətə cəlb olunmasını arzu edirlər.