TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                     Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? .....                     Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                 

Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar... - BƏS SONRA?
Tarix: 12-03-2022, 10:05 | Çap et
Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar...
"Şəhərimizin Məhsəti qəsəbəsinin qaz problemini yazmısınız. Oxuduq, baxdıq ki, yerli qaz idarəsi bizi də neçə ildir eyni qaydada aldadır. 20-dən çox ailə şəhərin mərkəzində – dəmiryolu vağzalının yaxınlığında evini odunla qızdırır. Ölkənin adını daşıyan küçəyə qaz xətti çəkilmir. Halbuki, bu ərazidə fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahələri satılanda vədlər başdan aşırdı”.
Bunu Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər deyir. Bir neçə gün əvvəl şəhərin başqa küçələrindən də illərdir ki, qaz xəttinin olmamasından Meydan TV-yə şikayətlər gəlmişdi.
"Bu qış da çətin keçdi”

Azərbaycan küçəsindəki fərdi evlər son bir neçə ildə inşa edilib. Ərazidəki kommunal problemlər sakinlərin davamlı şikayətlərindən sonra tədricən həllini tapmağa başlayıb. Ancaq sakinlər demişkən, uzun müddətdir ki, mavi yanacaq məsələsində ilişib qalıblar.
"Bu qışı da çox çətin keçirtdik. Uşaqlarımızın sağlam vaxtı olmadı. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, xeyri yoxdur. Bu boyda küçənin hansı səbəbdən qazlaşdırılmaması bizə məlum deyil, çünki heç bir qurum bizə konkret səbəb göstərmir. Eləcə deyirlər, imkan yoxdur”, – bunu küçə sakini Orxan deyir.
"Ötən ildən iki-üç dəfə çox işıqpulu ödəyirik”

Sakin Ruhəngiz Qasımova isə deyir, iki ildən çoxdur ki, burada ev tikib, indi peşmandır: "Evi elektrik cihazlarıyla isidirik, elektrik bahalaşıb, ötən il də işıqpulu çox gəlirdi, ancaq indi ötən ikindən iki-üç dəfə çox işıqpulu gəlir, qazancımız yoxdur, ancaq işıqpulu xirtdəyəcəndir. Bu küçənin də qazi, şəhid ailələri, veteranları var. Bizi düşünmürlər, heç olmasa onların qeydinə qalsınlar. 100 metrlik məsafədə ana qaz xətti var, ordan küçəmizə qaz xətti gətirə bilərlər, ancaq bizi aldadırlar ki, qaz xətti 500 metr məsafədəki ana xətdən gətirilməlidir. Niyəsini soruşanda deyirlər, belə məsləhətdir. Bu, kimin məsləhətidir, onu bilmirik. "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev telefon xəttində qulağımız eşidə-eşidə rəisə şəxsən tapşırıq verdi, ancaq qaz xətti hələ də yoxdur”.

Ötən ilin yayında Ruhəngiz Qasımovanın həyat yoldaşı Kamil Qasımovun "Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevə davamlı elektron müraciətlərindən sonra şəxsən Ruslan Əliyev vətəndaşla əlaqə saxlayaraq problemlə maraqlanıb. Ruslan Əliyev paralel olaraq Gəncə Regional Qaz İstismar İdarəsinin rəisinə zəng vurub və ona həmin küçənin tezliklə qazlaşdırılmasını tapşırıb.
"Hər dəfə müxtəlif bəhanələr gətirirlər”

Başqa sakin Marat Ələsgərovsa deyir, şəxsən özü bir neçə dəfə Gəncə Regional Qaz İstismarı İdarəsinə müraciət edib, gah ana qaz xəttinin uzaqda olması, gah da pul vəsaitinin olmaması kimi cavablar alıb: "Vətəndaş dövlətə həm də ona görə vergi ödəyir ki, dövlət ona yaşamaq üçün normal şərait qursun. Mənim uşaqlarım evdə soyuqdan əl-ayaqları dona-dona böyüyəcəksə, mən bu dövlətə niyə xeyir verməliyəm? Hansı evə baş çəksəniz, soyuqdəymədən xəstə yatan görərsiz. Biz də insanıq axı… Mən bir ailə başçısı kimi elektrik cihazından istifadə etdiyimə görə hər ay maddi zərərə düşürəm, elektrikin qiymətini bahalaşdırıblar, deyirlər, istəsən də budur, istəməsən də… Odun ondan da baha…”

Toplaşırlar, dərdləşirlər, dağılışırlar…
Sakinlər tez-tez məhəllələrdə toplaşıb vəziyyətdən çıxış yolu axtarırlar. Onların hökumətdən istəkləri təxminən 100 metr aralıdakı ana xətdən evlərə qaz xətti çəkilməsidir.
Başqa sakin Məhərrəm Cəfərovsa iki ildir ki, tikdiyi evinə mavi yanacaq olmadığına görə köçə bilmir: "Torpaq satıblar, söz vermişdilər ki, ilk növbədə qazlaşdırma işləri görüləcək, aldadıblar. Ev tikmişəm ki, balalarımı içərisinə yığım, ancaq onları burda soyuqdan qıra bilmərəm”.

Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, tezliklə sakinləri sevindirəcəklər, Azərbaycan küçəsi qazlaşdırılacaq. İdarədən deyilənə görə, hazırda Gəncənin bir neçə küçəsində qazlaşdırılma işləri aparılır. Azərbaycan küçəsi 97A ünvanının qazlaşdırılması da plandadır: "Yaxın vaxtlarda həmin ərazilərdə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi baş tutacaq”.
Küçənin yolları da bərbaddır. Sakinlər yolların təmiri üçün aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Bu gün, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Bu gün, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Bu gün, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Bu gün, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Bu gün, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Bu gün, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Bu gün, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Bu gün, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Bu gün, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Bu gün, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Bu gün, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Bu gün, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Bu gün, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Bu gün, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Bu gün, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Bu gün, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Bu gün, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Bu gün, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Bu gün, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru