“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                 

Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR... - Burası AZƏRBAYCANDIR!
Tarix: 29-06-2022, 10:07 | Çap et
Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR...
Ağdaş rayon sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq əməkdaşı Əfqan Paşayev iddia edir ki, Nazirliyin şöbə rəislərindən birinin qohumuna qanunsuz ova görə cərimə yazdığı üçün həmin rəis tərəfindən hədələnib və işdən çıxarılıb.
DİA.AZ xəbər verir ki, bu barədə Yeniavaz.com-a Ə. Paşayevin özü məlumat verib.
O iddia edir ki, sözügedən idarədə ümumiyyətlə heç bir fəaliyyət göstərmədən maaş alanlar olduğu halda, onu əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar:
“Mən 2006-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyirdim.
2021-ci ilin oktyabr ayında idarənin sərəncamına əsasən ərazidə qanunsuz ovla bağlı mübarizə apararkən, Ucar rayonunda qanunsuz ovla məşğul olan 4 nəfəri saxladıq. Bu zaman Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Samir Kərimov, hansı ki, artıq bu vəzifəni icra etmir, bizə zəng elədi ki, “həmin şəxslərdən biri mənim qohumumdur, onu buraxın”. Biz də idarənin rəisinə dedik. İdarənin rəisi dedi ki, “yox, buraxa bilmərik, götürün gəlin, hamısını sənədləşdirin”. Biz də sənədləşdirdik, cərimə yazıldı.
Samir Kərimov dekabr ayında bizim idarəyə gəldi, sənədlərə baxdı, yoxladı. Ən çox da mənim yazdığım sənədlərə baxdı. Bir şey tapa bilmədi. Rəisi və məni çayxanaya dəvət etdi. Orada məni hədələdi ki, “gör, sənin başına nə oyun açacam. Səni mənə kim tapşırsa, indidən de, tapşırmasın”. Mən də cavab qaytarmadım.
Bu ilin fevral ayında idarəyə 2021-2022 ci il üçün audit yoxlaması gəlmişdi, işçilərin iş fəaliyyətinin yoxlanılması üçün. S. Kərimovun rəhbəri olduğu şöbənin əməkdaşı Səmədov Cəlair qərəzli yoxlama apardı və mənimlə birlikdə 3 nəfər işdən çıxarıldı. Haqqımızda tərtib olunan aktda qeyd olunmuşdu ki, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmayıb, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməyib. Halbuki tutduğu iradlarda bizim heç bir günahımız yoxdur. Çünki idarənin rəisi hansı istiqamətdə deyibsə, biz o istiqamətdə işimizi görmüşük.
Hər ilin əvvəlində bizim idarədə iş planı hazırlanır və bu istiqamətdə sərəncam verilir. İdarədə deyilənlərə uyğun iş planı hazırlanmayıbsa, bunun bizə aidiyyəti yoxdur. C. Səmədov Nazirliyə də belə məlumat verib ki, bu istiqamətdə iş getməyib və guya bunun səbəbkarı bizik. Beləcə 3 nəfəri işdən azad etdilər. Amma bizim idarədə 5-6 nəfər var ki, illərdir işə gəlmirlər. Heç bir qanun pozuntusu yazılmayıb onlara. Onların heç bir iş fəaliyyəti olmadığı halda ört-basdır edilib, adları çəkilməyib. Onu da qeyd edim ki, C. Səmədov 6 günlük yoxlama müddətində gündə 3 dəfə yeməyini bizim hesabımıza yeyib.
Aprelin 12-dən işdən azad olunmuşam. Məni Nazirliyə çağırmışdılar. Dedilər ki, iş fəaliyyətim zəifdir. Mən də bildirdim ki, idarədə ən çox akt tərtib edən 3 nəfərdən biri mənəm.
Hərçənd ki, rəisimiz S. Kərimov haqqında Nazirliyə məlumat verdi, onu vəzifəsindən uzaqlaşdırdılar. Amma bizi əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar. Bu da mənim 20 illik dövlət qulluğumun məhv olub getməsinə səbəb oldu. Buna görə mən bu əmək kitabçası ilə heç bir yerə işə girə bilmirəm”.
İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Qurumun Hüquq və İnsan Resursları şöbəsinin müdiri Aynurə Kərimova Yeniavaz.com-a bildirdi ki, Ə. Paşayev əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün İdarənin digər iki əməkdaşı ilə birlikdə işdən çıxarılıb:
"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirilən audit yoxlamasının nəticəsinə uyğun olaraq vəzifə funksiyalarını qeyri-qənaətbəxş təşkil etdiklərinə, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə idarənin aparıcı məsləhətçi-müfəttişi Əfqan Paşayev, baş məsləhətçi-müfəttişi Aqşin Qafurov, məsləhətçi-müfəttişi Ramin Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Nazirlikdən, Ə. Paşayevin yazdığı cəriməyə görə hədələnməsi, həmçinin sözügedən idarədə heç bir fəaliyyət göstərmədən əməkhaqqı alanlarla bağlı iddialarına isə cavab verilmədi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Bu gün, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Bu gün, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Bu gün, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru