“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                 

BU NƏDİ BELƏ: Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir?
Tarix: 22-08-2022, 10:10 | Çap et
BU NƏDİ BELƏ: Həbsxanada oturub, Bakıda restoranlar işlədir
Bir müddət əvvəl Bakıda tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verən insidentdən yazmışdıq. Yazıda qeyd olunurdu ki, restoranda A.Fatehlə şəriki Füzuli Alıyev arasında narazılıq yaranıb və dava da bu səbəbdən baş verib.
Narazılığın səbəbinə gəlincə, Aqşin Fatehlə Kamal ləqəbli Füzuli Alıyev ötən ilin payızında şərik restoran açıblar, amma bəlli olmayan səbəbdən aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Bu il aprelin 17-də isə A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 5-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib. Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib. Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
dia-az.site xəbər verir ki, bu hadisənin detalları, həm də yazıda adı hallanan Füzuli Alıyev barəsində Bakupost.az-a ilginc məlumatlar daxil olub. Hazırda həbsdə olan Füzuli Alıyev kimdir və həbsxanaya hansı səbəbdən düşüb? Füzuli Alıyev həbsdə ola-ola şəhərdəki prestijli restoranları necə idarə edir?
Bu suallar ətrafında apardığımız araşdırma zamanı maraqlı detallar üzə çıxdı. Aydın oldu ki, Füzuli Alıyev yalnız Aqşin Fatehlə deyil, digər şərikləri ilə də problemlər yaşayıb, kriminal dillə desək, onlara da "atıb". Hər halda Füzuli Alıyevin keçmiş şəriklərindən olan Nuru Qurbanov dediklərindən belə anlaşılır:
"Bu işdə adı hallandırılan İlqar Əliyevin Moskvada Füzuli Alıyevlə yaxın münasibəti olub. İlqar Moskvadan gələndən sonra onunla görüşüb. Təklif edib ki, bir restoran işi var, gəl bir yerdə başlayaq. Razılaşıblar və bir yerdə işləməyə başlayıblar. Sonra elə oldu ki, Füzuli Alıyevin "Baku City" restoranında saxta spirtli içkidən ölüm hadisəsi baş verdi və onu həbs etdilər".
Bu yerdə qısaca olaraq, adı müxtəlif qalmaqallarda hallanan Füzuli Alıyevin həbsi barədə bəzi məlumatları xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, onun həbsi ölkədə böyük səs-küyə səbəb olan cinayət işi ilə bağlı idi. Belə ki, Füzuli Alıyevin Tibilisi prospektində yerləşən "Baku City” restoranında müştərilərə saxta içki verilməsi nəticəsində iki nəfər - Hacıqabul rayonu, Nəvahi kəndi sakini Ü.Qurbanov və Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov dünyasını dəyişiblər. İkincinin dostu isə Cəlal Həmzəyev isə zəhərli içkinin təsirindən tamamilə kor olub.
Onu da qeyd edək ki, zərərçəkənlər Füzuli Alıyevin "Baku City” restoranında "Chivas Regal 12” viskisi qəbul ediblər və məhz bu içki 2 nəfərin ölümü, bir nəfərin isə şikəst olması ilə nəticələnib. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış "Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.
Məhz bu səbəbdən Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O da maraqlıdır ki, baş vermiş ölüm hadisələri ilə əlaqədar olaraq, "Baku City" restoranın fəaliyyəti dayandırılsa da, bir müddət sonra restoran yenidən oranın işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirməyə başlayıb.
İndisə Füzuli Alıyevlə digər şərik arasında baş verənlərə qayıdaq. Nuru Qurbanov deyir ki, Füzuli həbs olunduqdan sonra o, pandemiya ərəfəsində "Everest" restoranına sərmayə qoyub, daha sonra restoranın adını dəyişib "Baku Music Hall" qoyublar: "Füzuli həbsxanada ikən İlqar Əliyev ora 140-150 min arası xərc qoydu. Restoran isə sənədlərdə mənim adıma gedirdi. Sonra oranı işlətməyə başladıq. Düşünürdüm ki, Füzuli həbsdən çıxandan sonra təmirə qoyduğum pulun yarısını verər. Elə oldu ki, 2021-ci ilin noyabr ayında Aqşin Fateh ora gəldi. Füzulinin qardaşı Kəmaləddin həmin vaxt ora nəzarət edirdi. Bizim xəbərimiz olmadan Kəmaləddin Aqşin Fatehi şərik gətirdi. Başladıq onunla birlikdə işləməyə. Kəmaləddin bizə dedi ki, Aqşin Fateh şou aləmində tanınmış adamdı, ona görə gətirib. İş gedən vaxtlarda hər şeyə Aqşinlə Kəmaləddin nəzarət edirdi. İlqar həmin vaxt Moskvada idi. Bakıya gələndən sonra Aqşinlə tanış oldu".

BU NƏDİ BELƏ: Həbsxanada oturub, Bakıda restoranlar işlədir
Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev

Müsahibimiz deyir ki, bundan bir ay sonra onların xəbəri olmadan kassadan pul götürülüb: "Füzuli (ləqəbi "Kamal"dır- red.) həbsxanadan zəng edib pul istəyib. Həbsxananın "nadzor"u gəlib 5 min manat məbləğində pulu götürüb. Kassir də onların öz adamıdır. Bunu bizə xəbər vermədən ediblər. Bundan sonra Aqşin Fatehlə Füzuli Alıyev arasında mübahisə başladı. Bundan sonra İlqar bu işdən uzaqlaşmaq istədi. Beləd də oldu: hər şeyi orada qoyub çıxdıq. İlqar dedi ki, Füzuli həbsxanadan çıxar, onunla görüşüb söhbətimizi edərik. Buna baxmayaraq, Füzuli həbsxanadan göstərişlər verirdi, işçi qrafiki qururdu, işçilərlə əlaqə saxlayırdı. Hətta vəziyyətlə bağlı xadimə ilə də əlaqə saxlayırdı. Bir sözlə, Füzuli Alıyev həbsxanadan restoranın işinə tam nəzarət edirdi. Biz ordan çıxanda obyekt sahibilə mənim aramda olan icarə müqaviləsinə xitam verdik. Aprelin 15-də Füzuli Alıyevin tapşırığı ilə obyekt sahibi və Füzulinin xalası oğlu arasında müqavilə bağlandı".
Nuru Qurbanovun sözlərinə görə, müqavilə bağlanan günü Füzuli Alıyev işçilərini göndərərək, restoranın qarşısında Aqşin Fatehin adına olan reklamı sökdürüb: "Aqşin də gəlib gördü ki, reklamını sökürlər, ona çox pis təsir etdi. Həmin vaxt arada mübahisə oldu. Daha sonra mediada yazdırdı ki, İlqarın mənə borcu var, orada yeyinti ediblər. 2 milyona yaxın şişirtmə rəqəmdən danışır. Həmin müddətdə Füzulinin qardaşı Kəmaləddin orada hər şeyə, eləcə də pula nəzarət edirdi. Bu yaxınlarda mediada yazıblar ki, guya, pandemiya dövründə dövlət bizə 35 min manat yardım edib. Lakin heç bir yardım olunmayıb. Bunların hamısı cəfəngiyyat, yalan üzərində qurulmuş bir oyundur".
Müsahibimiz deyir ki, qardaşlar öz oyunlarını şər-böhtanla davam etdirmək istəyirlər.
Nuru Qurbanovun sözlərinə görə, ona və Aqşin Fatehə qədər Füzuli Alıyev digər şəriklərini də başına eyni oyunları açıb: "Sonradan mənə məlum oldu ki, Füzuli Alıyev əvvəllər mafiya klub işlədib. Bir nəfərin təklifi və şərikliyilə "Melodiya" adlı restoran açıblar. Həmin şəxs oraya külli miqdarda vəsait qoyub. Bir neçə ay işlədikdən sonra Füzuli Alıyev həmin şəxsə şər-böhtan atıb, hədə-qorxu gəlib və onu restorandan uzaqlaşdırıb. Daha sonra həmin restoranın adını dəyişərək, "Baku City" qoyub. Eyni ssenari üzrə bizi "Baku Music Hall" restoranından uzaqlaşdırdı. Bezdirdi və İlqar xərclədiyi pulları qoyub çıxmağa məcbur oldu. İlqar burada olmadığı müddətdə Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev işçilərin, aşpazların əmək haqlarını belə ödəməyib. Onlar da Əmək Müfəttişliyinə şikayət ediblər. Əmək Müfəttişliyi tərəfindən də 4 min manat cərimə olunmuşuq. Füzuli Alıyev indi həmin pulları ödəməkdən imtina edir".
Qeyd edək ki, Füzuli Alıyevin hazırda Bakıda iki restoranı var. Onlardan biri Tiblisi prospektindəki "Yaşıl Ada" ( keçmiş Baku City) restoranı, digəri də indiki "Baku Music Hall"dır. Sonradan "Baku Music Hall"ın adı dəyişdirilib və restoran "Məktub" adlandırılıb. Məlumatlara görə, "Yaşıl Ada"ya (Baku City) Füzuli Alıyevin qardaşı Kəmaləddin, Baku Music Hall-a isə Vüsal Rəhimov nəzarət edir.
Onu da qeyd edək ki, uzun müddətdir Füzuli Alıyev həbsxananın hospitalında yatır. Lakin məlumatlara görə, onun səhhətində heç bir problem yoxdur.
Maraqlıdır, iki nəfərin ölümü, bir nəfərin isə gözdən əlil olmasına səbəbkar olan Füzuli Alıyev həbsxanada ola-ola bizneslə necə məşğul olur? Həbsxanada mobil telefon və smartfonlar qadağan olunduğu halda o, hər gün dəfələrlə öz işçilərinə necə zəng edir və səsli mesajlar göndərir? Buna həbsxana nəzarətçiləri, yoxsa Kürdəxanı təcridxanasının rəhbərliyi şərait yaradır?
Suallar çoxdur. Biz də elə bu saysız-hesabsız suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ilə müraciət etdik. Lakin təəssüf ki, sorğumuza olduqca qeyri-müəyyən bir cavab aldıq. Bizə göndərilən mətndə yuxarıda sadaladığımız konkret sualların heç birinə cavab tapa bilmədik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bakupozt.az-ın sorğusuna verdiyi cavabı olduğu kimi təqdim edirik:

"Müraciətinizə uyğun olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsininin 16-cı maddəsinə (Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi) əsasən, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidir və müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir. O cümlədən qeyd etmək istərdik ki, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığı ilə bağlı məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə bu işə məsğul olan quruma - Tibb baş idarəsinə müraciıət edilməlidir".
Cavabdan belə aydın olur ki, məhkumla bağlı yalnız onun yaxınlarına, əcnəbi vətəndaş olduqda isə həmdə onun vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyinə məlumat verilə bilər. Ancaq iş burasındadır ki, Füzuli Alıyevlə bağlı situasiya fərqlidir. Restoran biznesi ilə məşğul olan bu şəxsin cinayət törətdiyi, istehlakçı hüquqlarını kobud şəkildə pozduğu, müştərilərinə saxta içki təklif etdiyi artıq həm AQTA, həm də hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və o, layiq olduğu cəzanı alıb. Lakin şahidlər təsdiq edir ki, Füzuli Alıyev yenə də Bakıda iki restoranı idarə edir. Onun köhnə əməllərini yenidən təkrarlamayacağına kim qarantiya verir? Kim qarantiya verir ki, Füzuli Alıyev müştərilərinə yenidən saxta, zəhərli içki təklif edib yeni yeni ölümlərə səbəb olmayacaq?
Təəssüf ki, aidiyyəti qurumlar hələlik bu suallara aydınlıq gətirmək istəmirlər. Ancaq biz mövzunu diqqətdə saxlayacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru